AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
❄️ Xankəndi bu gün
👍3
⚡️🇮🇱🇮🇷“2-3 ilə İranı vuracağıq” – İsrailin müdafiə naziri
❗️🗣 HHQ məktəbinin məzunlarının buraxılış mərasimində çıxış edən müdafiə naziri vurğulayıb ki, İsrail səmanı şərqə tərəf keçərək, İranın nüvə obyektlərinə zərbələr endirəcək. O, məsələni yeni baş nazir Benyamin Netahyahu ilə də müzakirə etdiyini deyib.
👉 https://azvision.az/news/316571
👍1
💥❗️ İlon Mask Ukraynada gedən döyüşləri I Dünya Müharibəsi ilə müqayisə edib: "Tanklar hazırda ölüm tələsinə çevriliblər. Tərəflərinin heç birinin havada üstünlüyü yoxdur. Ümid piyadalara və artilleriyaya qalıb. Birinci Dünya Müharibəsində olduğu kimi".
👍1
🇦🇿Erməni ac gəldi, tox getdi - FOTO
// ...Və hər şey bir daha aydınlaşdı!..
❗️Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib. O, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb...
👉 https://azvision.az/news/316572
👍1
🇺🇦❗️Ukraynanın "Rezident" telegram-kanalının Zelenskinin ofisindəki mənbələrlə istinadla yaydığı məlumata görə, Qərb ölkələri yazda Kiyevə döyüş tankları, yayda isə hərbi təyyarələr verəcəklər. @AzVisionaz
👍1
🇨🇳👀 🇬🇧 Çin kəşfiyyatı Britaniya hökumətini izləyir – Qalmaqal
❗️⚡️ Britaniya hökumətinin qarajındakı avtomobillərin birində izləmə qurğusu aşkarlanıb. Hermetik detalın daxilində yerləşdirilmiş qurğunun geolokasiya funksiyası olub. Şübhəli avtomobil son vintinə qədər sökülüb. Bundan sonra bəzi narahatlıq doğuran məsələlər üzə çıxıb...
👉 https://azvision.az/news/316573
👍1
ABŞ Ukraynayaya "Bradley" döyüş maşınının (PDM) M2A2-ODS modifikasiyasını verəcək.

Bu, sözü gedən maşının "Səhrada fırtına" əməliyyatı zamanı aşkar edilmiş bəzi çatışmazlıqları aradan qaldırılaraq, modernizə edilmiş variantıdır. Döyüş texnikasının rəqəmsal sistemi və proqram təminatı yenilənib, maşına müasir məsafəölçənlər və termal görüntü kameraları quraşdırılıb.
👍3
🇦🇿🇹🇷🇮🇷Antalyada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf: "Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq. Həmçinin Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüş keçiriləcək".
👍1
🇫🇮Finlandiya xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra ölkə ərazisinə nüvə silahı idxal etmək niyyətində deyil. Həmçinin ölkə ərazisində nüvə silahı yerləşdirilməyəcək.
👍1
🇺🇦Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, ruslar strateji obyektlərin yeri barədə məlumat toplamaq üçün ukraynalı uşaqları mobil oyun vasitəsilə özlərinə cəlb ediblər.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪⚡️🇮🇷Almaniyada iranlı terrorçular yaxalandı – FOTOLAR+VİDEO
❗️Versiyalardan birinə görə, zəhərli maddələr birbaşa Almaniyanın deyil, qonşu ölkələrdən birinin - məsələn, Fransa və ya Belçikanın ərazisində tətbiq etmək üçün əldə oluna bilərdi. Bu ehtimalın fonunda istər-istəməz “Charlie Hebdo” jurnalının İranın ali dini rəhbəri haqda dərc etdiyi karikaturalar yada düşür...
👉 https://azvision.az/news/316578
👍1
AzVision
ABŞ Ukraynayaya "Bradley" döyüş maşınının (PDM) M2A2-ODS modifikasiyasını verəcək. Bu, sözü gedən maşının "Səhrada fırtına" əməliyyatı zamanı aşkar edilmiş bəzi çatışmazlıqları aradan qaldırılaraq, modernizə edilmiş variantıdır. Döyüş texnikasının rəqəmsal…
🇺🇸🇺🇦Yanvarın sonlarında Pentaqon ukraynalı hərbçilərə "Bradley" döyüş maşınını idarə etməyi öyrədəcək.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuperin sözlərinə görə, 500 ukraynalı hərbçi üçün nəzərdə tutulan kurs bir ay davam edəcək.
👍1
🇷🇺🇺🇦Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdiriblər

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib ki, əsir mübadiləsi “50-nin 50-yə prinsipi” ilə baş tutub. Qaytarılan Ukrayna hərbçilərindən 33-ü zabit, 17-si sıravi çavuşdur.
👍1
🇮🇹🗣İtaliyanın xarici işlər naziri Antonio Tajani : “Kiyevə altıncı hərbi yardım paketi hələ də müzakirə olunur və parlamentdə müvafiq hesabata qədər heç bir silah göndərilməyəcək. Biz Roma və Parisin birgə işlərinə əsaslanan hava hücumundan müdafiə sistemlərinin göndərilməsini müzakirə edirik”.
👍1
🇷🇸🏅🇷🇺Vladimir Putin bazar günü Serbiyanın milli bayramı münasibətilə keçirilən mərasimdə Bosniya Serblərinin lideri Milorad Dodik tərəfindən mükafatlandırılıb.
👍1
🇦🇲Paşinyan yanvarın 10-da mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri bu dəfə əvvəlcədən verilən sualları yox, jurnalistlərin birbaşa verdiyi sualları cavablandırmağa çalışacaq
🤣2
🇺🇦🚨🇷🇺Ukrayna ordusu Baxmut yaxınlığında rusların əsas məntəqəsini ələ keçirib. Nəticədə 18 rus əsgər öldürülüb, 24 nəfər isə yaralanıb.
🔥4👍2
💡Yanvarda qeydə alınan isti hava Avropa ölkələrini enerji böhranından xilas edib

📰Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, hazırda Fransa və Almaniyada temperatur normadan bir neçə dərəcə yuxarıdır ki, bu da istilik istehlakını azaltmağa kömək edir.

Əlverişsiz hava külək enerjisi istehsalını artıracaq. Nəticədə yanvarda Avropada isitmə tələbatı son on il ərzində orta səviyyədən aşağı olacaq. Bununla yanaşı enerji böhranı hələ bitməyib.
👍3
🪖🇷🇺Rusiya Sovet dövründən qalma "T-34" tanklarını Ukraynaya göndərməyə davam edir.
👍1