AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
✍️ Reuters Ağ Evdəki mənbələrinə istinadən maraqlı bir iddia paylaşıb.

İddiaya görə, rusların Baxmutu ələ keçirmək istəyinin arxasında Vladimir Putinə yaxın sayılan iş adamı Yevgeni Priqojin Ukraynanın Donetsk vilayətindəki duz və gips yataqlarına nəzarət etmək planı dayanır. Söhbət Baxmutun bölgəsində yerləşən Avropanın ən böyük duz yatağı – "Artyomovskoye"dən gedir. “Artyomsol” duz emalı müəssisələri isə yaxınlıqdakı Soledar şəhərində yerləşir. Hazırda həmin şəhərdə “Vaqner”çilərlə Ukrayna ordusu arasında ağır döyüşlər gedir.

Hətta Kremlə yaxın mənbələr şəhərin rusların nəzarətinə keçdiyini yazsa da, Ukrayna Baş komandanlığı Soledarın Ukrayna ordusunun nəzarətində olduğunu bəyan edib.
👍3
🇹🇷🇬🇷 Yunanıstan Türkiyə ilə sərhəddə qanunsuz miqrasiyanın qarşısını almaq üçün ümumi uzunluğu təxminən 140 kilometr olan hasar çəkəcək.
👍1
🇫🇷Fransada “sarı jiletlilər” yenidən etiraz nümayişinə başlayırlar.

⚡️Tələblər müxtəlifdir: inflyasiya, pensiya və işsizlikdən sığorta islahatı, enerji böhranı...
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📹🇺🇦Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın viran etdiyi Çornobaivkanın son görüntülərini paylaşıb.
👍1
🇺🇦Zelenski müharibəni dəstəkləyən 119 rus və ukraynalı mədəniyyət xadiminə və məşhuruna qarşı sanksiya tətbiq edib.

Bu şəxslərə qarşı qoyulan məhdudiyyətlərə aktivlərin bloklanması, dövlət mükafatlarından və titullardan məhrum edilməsi və s. tədbirlər daxildir
👍1👎1
🇺🇦🇷🇺Mariupolda kimsə şəhərin mərkəzində yerləşən bayraq dirəyindən Rusiya bayrağını götürüb.
👍7
🇺🇸 ABŞ-da Mançester Yunayted-Real oyunu
👍5
🗣Yazırlar ki, Xankəndidə elektrik enerjisinə qənaət üçün ermənilərə diod lampaları və şamlardan istifadə etmək tapşırılıb.

😂Dəhşətli hadisəyə baxın. Özlərini axırıncı yola qoyub hər formada yalan xəbərlər tirajlayırlar. Yolun işığa nə dəxli?
🤣5🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿❤️Ən böyük əsgər - bizim əsgər!
13🔥5
🇩🇪Almaniyanın xarici işlər naziri Analena Berbok İran rejiminin iki gənci edam etməsini pisləyərək Avropa Birliyi ilə Almaniyanın İrana qarşı təzyiqləri artıracağını bildirib

Annalena Berbok tvitter hesabında yazıb:
"Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni - Qəddar və qeyri-insani hərəkətlərə boyun əymək istəmədikləri üçün İran rejimi tərəfindən dar ağacından asıldılar.
Bizi Avropa Birliyi ilə birgə Tehrana təzyiqləri daha da artırmağa təşviq edən 2 faciəli taleh".
👍6
🇺🇦📃Yanvarın 13-də BMT Təhlükəsizlik Şurası Ukraynaya ilə bağlı iclas keçirəcək.
👍1
💰🇷🇺Rusiyalı oliqarx Roman Abramoviç Ukraynada müharibə başlamazdan əvvəl milyardlarla dollarlıq sərvətini uşaqlarına köçürüb. Bu barədə “The Guardian” ofşor şirkətlərin qeydiyyatı ilə məşğul olan və uzun illər rusiyalı milyarderin aktivlərini idarə edən Kiprin “Meritservus” şirkətindən sızan sənədlərə istinadən yazıb. Ən kiçiyi 9 yaşında olan Abramoviç ailəsinin uşaqları atalarının sayəsində böyük Rusiya şirkətlərində səhmlər və Eclipse superyaxtası kimi fiziki aktivlərə sahib olublar.
👍4🖕1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷Ərdoğan: “Cənab Putinə dedim ki, bizim bir Kumlucamız (Antalya) var ki, bildiyin pomidor mərkəzidir, məni pis vəziyyətdə qoyma, bu pomidorları al. O da sağolsun bizi pis vəziyyətdə qoymadı. Pomidorların Rusiya bazarına ixracı kəskin şəkildə artıb. Buna görə cənab Putinə təşəkkür edirəm”.
👍7🖕1
🇦🇿Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!"
👍2🤮1
🇮🇷🇷🇺 Tehrandan gələn “İl76” yük təyyarəsi Moskvaya enib.
👍2
🇮🇷🇦🇲İrandan ermənisayağı hərəkət

İran uşaqları qabağa verməklə ermənilərin yolunu getdiklərini nümayiş etdiriblər.

Deməli, İran-Ermənistan dostluğu o həddə çatıb ki, artıq uşaqları da eyni formada tərbiyə edirlər. yaxın gələcəkdə erməni və fars uşaqlarının birgə videoçarxı da yayımlansa, gərək təəccüblənməyək. 

Bəs, İranın budəfəki qarınağrısının səbəbi nədir? 

Əslində buna kifayət qədər səbəb, daha doğrusu bəhanə var. Çünki, müstəqil Azərbaycanın mövcudluğu belə mollaları narahat etdiyindən, onlar hər fürsətdə ölkəmizi qaralamağa çalışırlar.

Azvision.az
👍5🖕1
🇦🇲🗣️ Ruben Vardanyan: “Biz iyirmi dörd gündür ki, “blokadadayıq”. Biz qidanı Qızıl Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından alırıq. Rusiya sülhməramlıları bizə humanitar dəstək verir”.
💩10
🌨️❄️Şuşaya 10sm hündürlüyündə qar yağıb.
3👍2