AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇬🇧📦🇺🇦Böyük Britaniya hökumətinin Ukraynaya yardımı çərçivəsində 280 elektrik generatoru Nikolayev vilayətinə göndərilib.

‼️Qeyd olunub ki, həmin generatorlar xəstəxanalara, sığınacaqlara, raket zərbələri nəticəsində sıradan çıxmış infrastruktur obyektlərinə və həmçinin ordunun dayaq nöqtələrinə göndəriləcək.
👍7
📜🔍Nasistlərin xəzinə xəritəsi: Yüzlərlə insan axtarışdadır
... İlk dəfə ictimaiyyətə açıqlanan gizli sənədlər arasında yer alan xəritədə nasistlərin milyonlarla avro dəyərindəki qənimətləri hara basdırdıqlarını göstərdiyi iddia edilir.
👉https://azvision.az/news/316511
😱3👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🪖Azərbaycan hərbçiləri “QIŞ-2023" təlimində iştirak etmək üçün Türkiyəyə gediblər.

🇹🇷Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Qarsa çatıb.
4👍4
🕍🕯️Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd ediblər.
👍41
🇦🇲🗣"10 günə Qarabağda ciddi dəyişikliklər olacaq" - Petrosyan
...Xaricdən mənə xüsusi zənglər gəldi. Dedilər ki, 10 gün də səbr edin. Qarabağ, dəhlizlə bağlı dəyişiklikləri görəcəksiniz... 20-sinə qədər çox şey aydınlaşacaq
👉https://azvision.az/news/316516
🤣4👍1
🚑Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil geri qayıdıb.
👍6
✍️ The Guardian Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən yazır: Rusiya tezliklə daha yarım milyon insanı səfərbər etmək istəyir.

🪖Kreml bu yaxınlarda 300 min nəfəri səfərbərliklə orduya cəlb etmişdi. Hazırda daha 500 min nəfərin əlavə edilməsi planlaşdırılır. Bu qərarın yanvarın 15-dən sonra elan ediləcəyi gözlənilir.

📃Yazıda o da qeyd olunub ki, yeni cəlb edilənlərin döyüş hazırlığı təxminən 2 ay vaxt alacaq. Bu o deməkdir ki, Rusiya yaz və yay aylarına yeni və genişmiqyaslı hücum əməliyyatları planlayır.
👍4
🇫🇷🇹🇷Fransanın Marsel şəhərində yerləşən Türkiyənin Baş Konsulluğuna “Molotov kokteyli” atılıb.

‼️Hadisə ilə bağlı kürd əsilli iki nəfər saxlanılıb.
🤬3
Media is too big
VIEW IN TELEGRAM
🇺🇦Baxmut şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərə Çeçenistan və Suriya müharibələrinin tanınmış siması olan Rüstəm Ajiyev (Əbdülhakim əl Şişani) də qatılıb.

Polkovnik Rüstəm Ajiyev Rus-Çeçen müharibəsində İçkeriya ordusunda hərbçi kimi, Suriyada isə Əcnad əl-Qafqaz qruplaşmasının rəhbəri kimi vuruşmuşdur.

Rüstəm Ajiyev mühacirətdə olan İçkeriya Respublikasının ali baş komandanının müavini təyin edilmiş və Ukrayna tərəfindən İçkeriyanın müstəqilliyi tanındığı üçün noyabr ayında Ukrayna vətəndaşlığı almışdır.

Ajiyevin rəhbərliyi altındakı çeçen dəstəsi Kadırovçuların və rusların öldürülməsi üçün Baxmut şəhərinin müdafiəsində iştirak etdiklərini bildirib.
👍5
🇮🇷İranda etirazlar zamanı həbs edilən 2 nəfər edam olunub

"Bəsic" üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə təqsirli bilinən Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni edam cəzasına məhkum ediliblər.
🤬6