AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇲 İki erməni əsgəri hərbi hissədən dizel yanacağı oğurlayıb

Ermənistanın Baş Prokurorluğu onları saxlayıb və 800 min dram (təxminən iki min dollar) cərimə və 200 saat ictimai işlərə məhkum edib.
👍5
💡“Azərişıq” ASC Kəlbəcərdəki hərbi hissələri və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edib.
👍1
🇺🇸🇺🇦 ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

💰"Associated Press"in məlumatına görə, onun məbləği rekord həddə - 3 milyard dollara çata bilər.
😱2
🇺🇦🗣️Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak: “İsrailin yeni baş naziri Benyamin Netanyahu Rusiya və Ukrayna arasında effektiv vasitəçi ola bilər. Çünki o, müasir müharibələrin nə olduğunu və bu şəraitdə vasitəçiliyin mahiyyətinin nədən ibarət olduğunu dəqiq anlayır. İsrail danışıqlar vaxtı gələndə tərəflərə vasitəçilik xidmətləri göstərə bilər”.
👍2
🇺🇦‼️2023-cü ilin sentyabrında keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr arasında Ukrayna yoxdur.

🗣️Bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçı deyib. G20 sammitinin dövlət və hökumət başçıları səviyyəsində sentyabrın 9-u və 10-da Yeni Dehlidə keçirilməsi planlaşdırılır.
🤔2
🇮🇳🔝 Hindistan 2023-cü ilin aprelində Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacağı gözlənilir

⚡️📊BMT hesab edir ki, Çin əhalisi qocalır və azalır, Hindistan əhalisi isə artmaqda davam edir. Dəyişikliklər olmasa, Hindistan tezliklə əhalinin sayına görə birinci yerə çıxacaq.
👍4
⚡️Ermənilərin növbəti yalanı

📢🏛️Müdafiə Nazirliyi: Erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
🤬3
Media is too big
VIEW IN TELEGRAM
🕌 Ağdam Cümə məscidinin bərpası davam edir, tezliklə istifadayə veriləcək.
👍1
🇦🇿📃Vətən müharibəsi iştirakçılarından 84423 nəfərin adı "Zəfər" altsisteminə daxil edilib.
👍1
🚰Tehran ciddi su böhranı ilə üz-üzədir

💦Şəhərə xidmət edən 5 əsas su anbarı hazırda cəmi 14% doludur. Böhrana gətirən əsas amil əhali sayının sürətlə çoxalmasına uyğun olaraq suya tələbatın artmasıdır. Mövcud infrastruktur artan tələbatın öhdəsindən gələ bilmir.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🪧 Kiselyovun başçılığı ilə Putinin təbliğatçıları dünən Riqada saxlanılan Marat Kaseme dəstək aksiyası keçirirlər.
🤣2
🇺🇦✍🏻Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Rusiya barışıqının mahiyyətini” şərh edib

⚡️“6 Yanvar. Hər yerdə hava xəbərdarlığı. Uşaqlar yenə soyuq bomba sığınacaqlarındadır. Xersonda yanğınsöndürmə məntəqəsi atəşə tutulub. “Rusiya atəşkəsi”nin mahiyyəti budur: sükutu təqlid edərək arxadan öldürmək. "Heç vaxt". Heç vaxt Rusiya Federasiyasının sözlərini ciddi qəbul etməyin”.
🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🚢🚀Rusiya "Admiral Qorşkov" gəmisindən "Sirkon" hipersəs sürətli raketlərilə sınaq məqsədilə atəş açıb. 9 max sürəti olan raketlər hədəfi 1000 kilometrdən vura bilirlər. Rusiya hakimiyyət nümayəndələri bu raketlərin istənilən HHM sistemini yara bildiyini iddia edir.
🤬2
📢🏛️Müdafiə Nazirliyi: "Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır"

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
👍1
🇦🇲🗣️Ermənistanın Xristian-Demokratik Partiyasının üzvü Hayk Sukiasyan: “Ermənistan güc yolu ilə Laçın yolunu açmağa çalışsa, bundan sağ çıxmayacaq. Laçın dəhlizini açmaq üçün informasiya-psixoloji hücum təşkil etməyi bacarmalıyıq. Bu blokada təkcə Qarabağa qarşı deyil, məqsəd Ermənistanı diz çökdürməkdir. Biz dözməliyik, təkamül yolu ilə Rusiya-Türkiyə tandemindən qopmalıyıq. Rusiya və Azərbaycan istənilən prosesi hər yerdə məhv edəcək. Putin kimi yırtıcı məhv siyasəti həyata keçirir”.
🤣2
🇺🇦Ukrayna "Global Firepower" portalının beynəlxalq reytinqinə əsasən, 2023-cü ildə dünyanın ən yaxşı 15 ordusu siyahısına daxil olub.

Xatırladaq ki, bir il əvvəl Ukrayna 22-ci yerdə idi. Bu il Ukrayna Silahlı Qüvvələri İran, İsrail, Avstraliya, Səudiyyə Ərəbistanı, İspaniya, Tayvan və hətta Almaniya ordularını qabaqlayıb.
👍7
🇳🇴Norveçdə güclü külək nəticəsində tikinti kranı ticarət mərkəzinin üzərinə aşıb

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
😢2
📜Quran ayəsindən drona: "Əbabil" nə deməkdir?
..."Əbabil" sözü "Quran"ın 105-ci surəsində hallanır. “Tayran əbabil” ifadəsi dilimizdə “uçan quşlar” mənasına gəlir. “Tayr” - uçan bir şey deməkdir, dilimizdəki "təyyarə" sözünün kökü də buradan gəlir. “Əbabil” isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən kəlmədir...
👉https://azvision.az/news/316439
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥Erməni teleqram kanalları Laçın rayonu ərazisində, Qaragöl ətrafındakı meşədə yanğın baş verdiyini yazır.

🍿🌬 Bildirirlər ki, küləyin istiqaməti Gorusa doğru yönəldiyindən şəhəri tüstü bürüyüb.
🤬5
💡🇺🇦Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynaya ümumi humanitar yardım proqramı çərçivəsində 100 milyon dollar məbləğində 1 300 generator təhvil verib.
👍3
⚡️🧯Avropada qaz niyə ucuzlaşıb? Avropada qazın qiymətinin ucuzlaşlması yalnız isti havalara görədirmi? - Ekspert rəyi
‼️...Aİ ölkələrinin əksəriyyətində temperaturun iqlim göstəricilərindən yüksək olması nəinki anbarlardan qazın çıxarılmasının azalmasına, həm də onlara vurulmanın rekord həddə artmasına səbəb olub. Bundan əlavə, Aİ-nin elektrik enerjisi istehsalında küləyin payı 20% və ya daha yüksək həddə sabit qalmaqda davam edir.
👉https://azvision.az/news/316456
👍2