AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿İlham Əliyev: “Azərbaycan böyük ekoloji fəlakətlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.

Biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb".
2👍1💩1
🇦🇿Dövlət başçısı: “İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard dollara çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir.

Bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil".
3
🇦🇿Prezident: "Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir".
2💩1
🇦🇿Prezident İlham Əliyev: "Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.

Bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir".
2💩1
🇦🇿İlham Əliyev: Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır".
😐2🤗2👍1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿"Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".
6
🇦🇿🎄Əziz həmvətənlər, bayramınız mübarək olsun. Yeni il hər birinizə və bütövlükdə xalqımıza düşərli olsun.

Arzumuz budur ki, ölkəmizdə sakitlik, əminəmanlıq hökm sürsün. Xalqımız bir daha şəhid xəbəri eşitməsin. Tarixi qələbəmizlə yadda qalan ilimiz zəfərlə qeyd edəcəyimiz illərin başlanğıcı olsun. Xalqımız daima qürurla xoş günlər qeyd etsin.
4
🇦🇿Prezident İlham Əliyev: "Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq"!
👍8💩1
🇦🇲🗣Paşinyanın Yeni il müraciətindən əsas məqamlar:
▪️“2021-ci ilin mayında və 2022-ci ilin 13 sentyabrında müttəfiqlərimiz bizi tək qoydu”.
▪️“Biz müstəqil və firavan dövlətə sahib olmaq üçün mübarizə aparırıq. Bu, dövlətçilik adına çətin bir yoldur”.
▪️“Bölgəmizdə tez-tez təhdidlərə məruz qaldığımız bir mühitdə əlaqələrimizin keyfiyyətini dəyişməliyik”.
❗️ Göründüyü kimi, Paşik Rusiyadan üz döndərəcəklərinə açıq eyhamlar vurur.
🤣5💩2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🎄Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti.
8
🏠 Sığorta şirkətlərinin yeni psixoloji hücumu: Bilin və hazır olun!
💰 Son günlər müxtəlif sığrota şirkətlərindən vətəndaşlara zənglər edilərək, daşınmaz əmlaklarını məcburi şəkildə sığortalatdırmaları barədə xəbərdarlıq edilir. Onlara bildirilir ki, bunu etməsələr, yeni ildə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər. Bu, həqiqətən belədirmi, yoxsa sığortaçılar bizi aldatmağa çalışırlar?
👉 https://azvision.az/news/316024
👍1
🇦🇿Prezidentin xalqa müraciətini Xankəndi-Laçın yolundakı aksiyaçılar da izləyiblər.
👍4
🇺🇦🗣Zelenski: “Fevralın 24-də oyandıq. Biz fərqliyik. İlk raketlər nəhayət illüziyaların labirintini məhv etdi. Kimin kim olduğunu gördük. Dostlar, düşmənlər və ən əsası özümüzün nəyə qadir olduğumuzu bildik. 24 fevralda milyonlarla insan seçim etdi. Ağ bayraq yox, mavi və sarı bayraq. Qaçış yox, görüş. Düşmənlə görüş. Müqavimət və mübarizə.

2023 Ukrayna üçün qələbə ili olacaq. Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər, lakin onlar heç vaxt qorxmayacaq və utanmayacaqlar".
8
🇦🇿🪧Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yeni ilin ilk günündə də davam edir.
🔥4👍1
🇺🇦Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: "Ötən sutka ərzində Rusiya qoşunları Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib, həmçinin MLRS-dən 70-dən çox hücum həyata keçirib. Çerniqov, Sumı, Kiyev, Xmelnitski, Donetsk, Zaporojye, Nikolayev və Xerson vilayətlərinin mülki infrastrukturu zərər çəkib. Mülki əhali arasında itkilər barədə məlumatlar dəqiqləşdirilir”.
🤬5
🇰🇬🇰🇿2023-cü ildə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
👉https://azvision.az/news/316123
👍2
🇦🇿Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb.
🪖Eyni zamanda xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar
👉https://azvision.az/news/316121
👍3
🇷🇸🇽🇰Qərb Kosovoda yeni müharibə istəyirmi? – Serbiyalı politoloqun fikri
‼️💥...Serbiya ordusu "ən yüksək hazırlıq səviyyəsinə" gətirilib. Prezident Aleksandar Vuçiç xalqının müdafiəsi və Serbiyanın qorunub saxlanması üçün bütün tədbirləri görəcəyini bildirib.
👉https://azvision.az/news/316129
👍1
🇰🇵🚀Şimali Koreya Yeni ili ballistik raket atışı ilə qeyd etdi.

‼️💥Raketin Yapon dənizi istiqamətində atıldığı deyilir. Raket 350 km məsafəyə maksimum 100 km yüksəklikdə uçub və Koreya yarımadasının şərq sahillərində Yapon dənizinə düşüb.
🔥4
🥅Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.

💬Bu barədə onun bacısı danışıb: “Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”.

‼️Qeyd edək ki, Pelenin anasının 100 yaşı var. Pele isə 2 gün əvvəl 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
😢4
Media is too big
VIEW IN TELEGRAM
📱🇺🇦Zelenski bayramla əlaqədar təsirli paylaşım edib:

“2022 ürəklərimizi qırdı. Biz artıq bütün göz yaşlarımızı istifadə etdik. Bütün dualar səsləndirildi. 311 gün. Hər dəqiqə haqda deməyə sözümüz var. Amma sözlər artıqdır. İzahata ehtiyac yoxdur. Eşidilmək üçün sakitlik lazımdır. Dərk etmək üçün fasilələr gərək. Bilmirik ki, 2023 bizə nələr gətirəcək. Hamımıza qələbə arzu edirəm. Və bu, ən vacib şeydir. Qoy bu il qayıdış ili olsun. Bizim əhalimizin qayıdış ili...".
6👍2