🇦🇿Prezident: "Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".
❤10
🇦🇿İlham Əliyev: "Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".
❤5💩1
🇦🇿Prezident: "Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır.
Bu il Şuşada keçirilən qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır”.

❤6
🇦🇿İlham Əliyev: “Azərbaycan böyük ekoloji fəlakətlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.
Biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb".
Biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb".
❤2👍1💩1
🇦🇿Dövlət başçısı: “İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard dollara çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir.
Bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil".

❤3
🇦🇿Prezident: "Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir".
❤2💩1
🇦🇿Prezident İlham Əliyev: "Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.
Bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir".

🇦🇿İlham Əliyev: Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.
Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır".
Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır".
😐2🤗2👍1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿"Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".
❤6
🇦🇿🎄Əziz həmvətənlər, bayramınız mübarək olsun. Yeni il hər birinizə və bütövlükdə xalqımıza düşərli olsun.
Arzumuz budur ki, ölkəmizdə sakitlik, əminəmanlıq hökm sürsün. Xalqımız bir daha şəhid xəbəri eşitməsin. Tarixi qələbəmizlə yadda qalan ilimiz zəfərlə qeyd edəcəyimiz illərin başlanğıcı olsun. Xalqımız daima qürurla xoş günlər qeyd etsin.

❤4
🇦🇲🗣Paşinyanın Yeni il müraciətindən əsas məqamlar:
▪️“2021-ci ilin mayında və 2022-ci ilin 13 sentyabrında müttəfiqlərimiz bizi tək qoydu”.
▪️“Biz müstəqil və firavan dövlətə sahib olmaq üçün mübarizə aparırıq. Bu, dövlətçilik adına çətin bir yoldur”.
▪️“Bölgəmizdə tez-tez təhdidlərə məruz qaldığımız bir mühitdə əlaqələrimizin keyfiyyətini dəyişməliyik”.
❗️ Göründüyü kimi, Paşik Rusiyadan üz döndərəcəklərinə açıq eyhamlar vurur.

🤣5💩2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🎄Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti.
❤8
🏠 Sığorta şirkətlərinin yeni psixoloji hücumu: Bilin və hazır olun!
💰 Son günlər müxtəlif sığrota şirkətlərindən vətəndaşlara zənglər edilərək, daşınmaz əmlaklarını məcburi şəkildə sığortalatdırmaları barədə xəbərdarlıq edilir. Onlara bildirilir ki, bunu etməsələr, yeni ildə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər. Bu, həqiqətən belədirmi, yoxsa sığortaçılar bizi aldatmağa çalışırlar?
👉 https://azvision.az/news/316024

👍1
🇺🇦🗣Zelenski: “Fevralın 24-də oyandıq. Biz fərqliyik. İlk raketlər nəhayət illüziyaların labirintini məhv etdi. Kimin kim olduğunu gördük. Dostlar, düşmənlər və ən əsası özümüzün nəyə qadir olduğumuzu bildik. 24 fevralda milyonlarla insan seçim etdi. Ağ bayraq yox, mavi və sarı bayraq. Qaçış yox, görüş. Düşmənlə görüş. Müqavimət və mübarizə.
2023 Ukrayna üçün qələbə ili olacaq. Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər, lakin onlar heç vaxt qorxmayacaq və utanmayacaqlar".
2023 Ukrayna üçün qələbə ili olacaq. Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər, lakin onlar heç vaxt qorxmayacaq və utanmayacaqlar".
❤8
🇺🇦Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: "Ötən sutka ərzində Rusiya qoşunları Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib, həmçinin MLRS-dən 70-dən çox hücum həyata keçirib. Çerniqov, Sumı, Kiyev, Xmelnitski, Donetsk, Zaporojye, Nikolayev və Xerson vilayətlərinin mülki infrastrukturu zərər çəkib. Mülki əhali arasında itkilər barədə məlumatlar dəqiqləşdirilir”.
🤬5
🇰🇬🇰🇿2023-cü ildə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
👉https://azvision.az/news/316123
👉https://azvision.az/news/316123
👍2