AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇧🇭Qətərdə keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq:

👉19:00. Mərakeş - Portuqaliya
👉23:00. İngiltərə - Fransa
Azərbaycan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində monitorinqə başlayır.

Dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlayır.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulub.
👍3
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Səməd İslamov deyib ki, yaxın günlərdə humanitar yardımın növbəti hissəsi də Ukraynaya yola salınacaq.

"Azərbaycan və Ukrayna arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə bu iki dövlət və xalq arasındakı münasibətlərin zəngin tarixi var. Bu gün Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır və dost ukraynalılar üçün biz növbəti humanitar yardımı göndəririk". - S.İslamov bildirib.
👍4👎1
🇦🇿🇺🇸 ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib.

ABŞ Konqresinin Nümayəndələr Palatası ermənipərəst konqresmenlərin ölkənin 2023-cü il üçün müdafiə büdcəsi layihəsinə təklif etdikləri anti-Azərbaycan düzəlişlərini qəbul etməyib.
👍4
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺🚀🗣 "...Raketdən Müdafiə Sistemi hücum haqqında siqnal alandan sonra havaya yüzlərlə raket qalxır. Onların qarşısını almaq mümkün deyil. Amma bu, hər halda, cavab zərbəsidir. Nə deməkdir bu? O deməkdir ki, düşmənin raketlərinin başlıqları hər halda, Rusiya Federasiyasının ərazisinə düşəcək. Bundan qaçmaq mümkün deyil. Düzdür, bu baş verəndən sonra düşmənin özündən də heç nə qalmayacaq. Çünki yüzlərlə raketin qarşısını kəsmək mümkün deyil..."
👍3👎1
Aİ səfiri Ağalıdan paylaşım edib: Təsirli inkişaf!

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko azad olunmuş ərazilərə səfər edib.

Diplomat “Tvitter” səhifəsində səfəri ilə bağlı paylaşımında yazıb:

“6 aydan sonra Ağalıda. Təsirli inkişaf! Burada yaşayan bir dostla, Möhübbət Səmədovla tanış oldum, ailəsi ilə birlikdə buraya ilk qayıdan ailə kimi xoşbəxt həyat qurub. Cənab Səmədova və ailəsinə xoşbəxtlik və firavanlıq arzulayıram!
👍2
🇦🇿🇹🇷Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.
3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Ermənilər Rusiya sülhməramlıların nəzarəti altında olan ərazidə mədənlərə baxış keçirmək üçün gedən ekoloqlarımızın yolunu kəsiblər. Bu barədə erməni teleqram kanallarında xəbər yayılıb.
👍2
AzVision
❗️Ermənilər Rusiya sülhməramlıların nəzarəti altında olan ərazidə mədənlərə baxış keçirmək üçün gedən ekoloqlarımızın yolunu kəsiblər. Bu barədə erməni teleqram kanallarında xəbər yayılıb.
❗️Separatçılarla sülhməramlıların birgə təxribatı: Monitorinqə imkan verilmədi
⚡️Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.
Heyət Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.
👉 https://azvision.az/news/314345
👍1
💥 Fransa və Küveyt "Qərbin mirvarisi" adlı birgə hərbi təlimlər keçiriblər.
🇦🇿📃🇷🇺Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib…
👉 https://azvision.az/news/314374
1
🇦🇿 Cənubi azərbaycanlılar Londonda İran rejiminin digər xalqların nümayəndələrinə qarşı cinayətkar siyasətinə qarşı aksiya keçiriblər.
👍4
🇦🇿 Hərbi qulluqçumuz həlak olub.

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat etmişdir.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunmuşdur.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.