AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
❗️ Rusiya Rövşən Əsgərovu “xarici agentlər” siyahısına daxil edib.

Siyahıda R.Əsgərovdan başqa jurnalist Mixail Fişmanın da adı var.
😁1
🇹🇷🚀 ATMACA: Türkiyənin dənizdəki “yumruğu” - Ədalət Verdiyevin yazısı
❗️⚡️...Yeni və milli silahların qısa zamanda hazırlanaraq, silahlanmaya qəbul edilməsi Ankaranın eyni zamanda həm rəqiblərinə, həm də bəzi üzdəniraq “müttəfiq”lərinə göndərdiyi mesaj kimi dəyərləndirilə bilər. ATMACA raketləri Türkiyə HDQ-nin inventarında olan, 140 kilometrlik atəş məsafəsinə və 691 kq. kütləyə malik “Harpoon” raketlərini əvəzləmək və bu sahədə xarici asılılığı minimuma endirmək məqsədilə hazırlanıb.
👉https://azvision.az/news/314285
👍6
💥 Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər - Putin

Putin Qırğızıstan sammitindən sonra jurnalistlərə açıqlamasında bu məsələnin hərbi doktrinaya salınmasının mümkünlüyünü bildirib.

-Əgər biz silahsızlaşdırma zərbəsindən danışırıqsa, bəlkə elə amerikalı tərəfdaşlarımızın yanaşmalarından istifadə edək- deyən Putin, ABŞ-ın qabaqlayıcı zərbə məqsədilə yüksək dəqiqlikli raketlərdən istifadə strategiyasına eyham vurub.

Rusiya Prezidenti bir müddət əvvəl ölkəsinin nüvə silahından yalnız özünə qarşı nüvə zərbəsinə cavab vermək üçün istifadə edəcəyini demişdi.

O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirmişdi ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.

“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir. Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – Putin demişdi.
🇫🇷 Emmanuel Makron: "2023-cü ildə bütün apteklərdə 18-25 yaşlı gənclər üçün prezervativ pulsuz olacaq".
🤣4
❗️Rusiya İranı silahlandırır - Amerikadan Xəbərdarlıq
🇷🇺🚀🇮🇷PUA-ların, kamikadze dronların (xüsusilə Şahed-136) müqabilində Rusiya İrana “görünməmiş səviyyədə” hərbi-texniki dəstək göstərir.
🇷🇺İrana özünün ən son silahlarını - helikopterlərini, hava hücumundan müdafiə sistemlərini göndərəcək. Bu barədə NBC telekanalına ABŞ prezidenti Co Baydenin administrasiyasındakı mənbədən məlumat verilib.
🇺🇸Administrasiyanın yüksək rütbəli rəsmisi bildirib ki, "Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, İranın regiondakı qonşuları üçün də təhlükə yaradır. Biz məsələ ilə bağlı bütün müttəfiqlərimizi, eləcə də  Yaxın Şərqdəki tərədaşlarımızı məlumatlandırmışıq".
👉https://azvision.az/news.php?id=314293&lang=az
🇦🇿🇺🇦 Azərbaycan Ukraynaya 45 ədəd transformator və 50 ədəd generator göndərib.

📍Müharibə başlayandan bu günə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata çatıb.
4👎2
🇧🇭Qətərdə keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq:

👉19:00. Mərakeş - Portuqaliya
👉23:00. İngiltərə - Fransa
Azərbaycan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində monitorinqə başlayır.

Dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlayır.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulub.
👍3
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Səməd İslamov deyib ki, yaxın günlərdə humanitar yardımın növbəti hissəsi də Ukraynaya yola salınacaq.

"Azərbaycan və Ukrayna arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə bu iki dövlət və xalq arasındakı münasibətlərin zəngin tarixi var. Bu gün Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır və dost ukraynalılar üçün biz növbəti humanitar yardımı göndəririk". - S.İslamov bildirib.
👍4👎1
🇦🇿🇺🇸 ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib.

ABŞ Konqresinin Nümayəndələr Palatası ermənipərəst konqresmenlərin ölkənin 2023-cü il üçün müdafiə büdcəsi layihəsinə təklif etdikləri anti-Azərbaycan düzəlişlərini qəbul etməyib.
👍4
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺🚀🗣 "...Raketdən Müdafiə Sistemi hücum haqqında siqnal alandan sonra havaya yüzlərlə raket qalxır. Onların qarşısını almaq mümkün deyil. Amma bu, hər halda, cavab zərbəsidir. Nə deməkdir bu? O deməkdir ki, düşmənin raketlərinin başlıqları hər halda, Rusiya Federasiyasının ərazisinə düşəcək. Bundan qaçmaq mümkün deyil. Düzdür, bu baş verəndən sonra düşmənin özündən də heç nə qalmayacaq. Çünki yüzlərlə raketin qarşısını kəsmək mümkün deyil..."
👍3👎1
Aİ səfiri Ağalıdan paylaşım edib: Təsirli inkişaf!

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko azad olunmuş ərazilərə səfər edib.

Diplomat “Tvitter” səhifəsində səfəri ilə bağlı paylaşımında yazıb:

“6 aydan sonra Ağalıda. Təsirli inkişaf! Burada yaşayan bir dostla, Möhübbət Səmədovla tanış oldum, ailəsi ilə birlikdə buraya ilk qayıdan ailə kimi xoşbəxt həyat qurub. Cənab Səmədova və ailəsinə xoşbəxtlik və firavanlıq arzulayıram!
👍2
🇦🇿🇹🇷Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.
3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Ermənilər Rusiya sülhməramlıların nəzarəti altında olan ərazidə mədənlərə baxış keçirmək üçün gedən ekoloqlarımızın yolunu kəsiblər. Bu barədə erməni teleqram kanallarında xəbər yayılıb.
👍2
AzVision
❗️Ermənilər Rusiya sülhməramlıların nəzarəti altında olan ərazidə mədənlərə baxış keçirmək üçün gedən ekoloqlarımızın yolunu kəsiblər. Bu barədə erməni teleqram kanallarında xəbər yayılıb.
❗️Separatçılarla sülhməramlıların birgə təxribatı: Monitorinqə imkan verilmədi
⚡️Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.
Heyət Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.
👉 https://azvision.az/news/314345
👍1
💥 Fransa və Küveyt "Qərbin mirvarisi" adlı birgə hərbi təlimlər keçiriblər.