AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿📃🇦🇲"İrəvanla Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması barədə razılıq əldə olunub".

🗣️Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deputat Aqnes Xamoyanın sualını cavablandırarkən deyib. Qriqoryan qeyd edib ki, “sülh müqaviləsi”nin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.
🇷🇺🇦🇲Putin və Paşinyan arasında görüş başlayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇮🇷İranda azadlıq tələb edən etirazçılara dəstək məqsədi ilə Azərbaycanda marş hazırlanıb.
AzVision
🇷🇺🇦🇲Putin və Paşinyan arasında görüş başlayıb.
🇦🇲🇷🇺Paşinyan Putini gözlətdirib, yoxsa gecikib?
🤣4
AzVision
🇦🇲🇷🇺Paşinyan Putini gözlətdirib, yoxsa gecikib?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paşinyan: “Laçın dəhlizinin bu yaxınlarda bağlanması ilə bağlı mənə məlumat verilib, bununla bağlı böyük narahatlıq var”.
🇷🇺Rusiya nefti 45$-a satılır.
✔️Qeyd edək ki, Moskva rus neftinə qiymət limiti tətbiq edən ölkələrə neft satmayacağını bildirmişdi.
🇹🇷Ərdoğan: “Bazar günü rusiyalı həmkarım Putin və ukraynalı həmkarım Zelenski ilə danışacam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir. Bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır. Səylərimizi gələcəkdə də davam edəcəyik".
👍3
🇮🇷🖋 Bacısından Xameneiyə məktub: “Rejim iranlılara zülmdən başqa heç nə verməyib” - VİDEO
🗣 “Mən dəfələrlə xalqın haqq səsini qardaşım Əli Xameneiyə çatdırmağı özümə insani borc bilmişəm, lakin onun eşitmədiyini və Xomeyninin günahsız insanları qırmaq və əzmək yolunu davam etdirdiyini görüb onunla əlaqəmi kəsmişəm".
👉 https://azvision.az/news/314265
👍6
📷 İlham Əliyevin dekabrın 2-də Şəkiyə səfəri zamanı pişiyi sığallayarkən çəkilmiş fotosu İran şəhərlərində yayılıb.
👍3
🇭🇷🇧🇷DÇ-2022: Xorvatiya yığması Braziliyanı penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəldi.
😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦"RİA novosti" xəbər verir ki, saat 19:59-da Ukrayna hərbçiləri Donetskin mərkəzinə 20 raket atıb.
👍2
❗️ Rusiya Rövşən Əsgərovu “xarici agentlər” siyahısına daxil edib.

Siyahıda R.Əsgərovdan başqa jurnalist Mixail Fişmanın da adı var.
😁1
🇹🇷🚀 ATMACA: Türkiyənin dənizdəki “yumruğu” - Ədalət Verdiyevin yazısı
❗️⚡️...Yeni və milli silahların qısa zamanda hazırlanaraq, silahlanmaya qəbul edilməsi Ankaranın eyni zamanda həm rəqiblərinə, həm də bəzi üzdəniraq “müttəfiq”lərinə göndərdiyi mesaj kimi dəyərləndirilə bilər. ATMACA raketləri Türkiyə HDQ-nin inventarında olan, 140 kilometrlik atəş məsafəsinə və 691 kq. kütləyə malik “Harpoon” raketlərini əvəzləmək və bu sahədə xarici asılılığı minimuma endirmək məqsədilə hazırlanıb.
👉https://azvision.az/news/314285
👍6
💥 Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər - Putin

Putin Qırğızıstan sammitindən sonra jurnalistlərə açıqlamasında bu məsələnin hərbi doktrinaya salınmasının mümkünlüyünü bildirib.

-Əgər biz silahsızlaşdırma zərbəsindən danışırıqsa, bəlkə elə amerikalı tərəfdaşlarımızın yanaşmalarından istifadə edək- deyən Putin, ABŞ-ın qabaqlayıcı zərbə məqsədilə yüksək dəqiqlikli raketlərdən istifadə strategiyasına eyham vurub.

Rusiya Prezidenti bir müddət əvvəl ölkəsinin nüvə silahından yalnız özünə qarşı nüvə zərbəsinə cavab vermək üçün istifadə edəcəyini demişdi.

O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirmişdi ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.

“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir. Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – Putin demişdi.
🇫🇷 Emmanuel Makron: "2023-cü ildə bütün apteklərdə 18-25 yaşlı gənclər üçün prezervativ pulsuz olacaq".
🤣4