AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇪🇺🇦🇿Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq.

Aİ Şərq Tərəfdaşlığı və İnstitusional Quruculuq İdarəsinin rəhbəri Lourens Meredit deyib ki, iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və inklüziv kənd təsərrüfatının inkişafı üçün iqtisadi investisiya planının tərkib hissəsi kimi Azərbaycana 2 milyard avro investisiya ayrılacaq.

✔️"İqtisadi və investisiya planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığın daha bir bariz göstəricisidir". - Meredit bildirib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎞️📽️Türk serialında Məhəmməd Füzuli ilə bağlı məqam
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🚾 Sergey Lavrov: - Ötən il İsveçdə ATƏT ölkələrinin xarici işlər nazirlərinin sammiti zamanı fasilədə tualetin harada olduğunu soruşanda mənə üstündə WC hərfləri olan qapını göstərdilər. Soruşdum ki, bu, xanımlar üçündür, yoxsa bəylər? Dedilər, bizdə hər şey ümimidir. Mən inana bilmədim, amma həqiqətən də belə idi. Təsəvvür edə bilməzsiniz ki, bütün bunlar nə dərəcədə qeyri-insanidir! Sadəcə qeyri-insanidir!
👍4
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿❗️Niyə Qarabağa öncə ekoloqlar getdilər?..
📺 Verilişin tam versiyasına buradan baxa bilərsiniz.
👍4
🇪🇺Macarıstan Rusiyaya qarşı yeni sanksiyalar paketinə və Ukraynaya silah yardımı üçün ayrılan maliyyənin ikiqat artırılması qərarına qarşı veto qoyub.
👍2🤬2
Peskov: Rusiyanın bir sıra yeni bölgələrinin işğal altında olan əraziləri azad edilməlidir.
🤬3
🇹🇷🇦🇿Türkiyə Azərbaycana PUA-lardan atılmaq üçün nəzərdə tutulmuş MAM-T raketləri tədarük edib. Çəkisi 100 kq. olan bu raketlər hədəfi 30 km-dən vura bilirlər.
👏74👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Parisdə qanunsuz miqrantlar yolları kəsərək, hökumətdən pulsuz ev tələb ediblər.
👍1
🇧🇾 Belarusda vətənə xəyanətə görə ölüm hökmünün bərpası nəzərdən keçirilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇦🇨🇳 Səudiyyə Ərəbistanına səfər edən Si Cinpini kral ailəsinin üzvləri şəxsən qarşılayıblar. Səfərin əsas mövzusu neftin pulunun dollar yox, yuanla ödənilməsi olacaq. Bu, dünyada neft bazarındakı vəziyyəti ciddi şəkildə dəyişə biləcək hadisədir.
🇮🇷💥İran rəhbərliyi etiraz aksiyaları keçirən tələbələrə qarşı sərt addımlar atır
‼️...İran rəsmiləri Tehranın artıq dörd böyük universitetinin tələbələrində aşkarlanan "qida zəhərlənməsi", epidemiyanın səbəbini su ilə yayılmış bakteriyalarla əlaqələndiriblər. İran Tələbə Həmkarları İttifaqı rəsmi açıqlamalara və göstərilən gülünc səbəbə inanmır.
👉https://azvision.az/news/314158
🤬2
Qazaxıstanın ardınca Özbəkistan da Rusiya ilə qaz ittifaqına girmək təklifindən imtina edib. Daşkənd bildirib ki, qazını qonşu ölkələrə (əsasən Çin nəzərdə tutulur) özünün lazım bildiyi şərtlərlə satacaq.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇳🇱 Niderlandda məktəblilər üçün nəzərdə tutulmuş "School TV" şousunda beyinə çipin yeridilməsi təbliğ olunur. Bildirilir ki, bunu etsələr, onlar fikrin gücü ilə maraqlı şeylər bacaracaq, məsələn, "TikTok"u əlsiz işlədə biləcəklər. 🤯
👎2
🇷🇺 Vladimir Putin: Yalandan nə deyim, nüvə müharibəsi təhlükəsi artır. Biz nüvə silahımızı ülgüc kimi dünyanın üstünə çəkməyə hazırlaşmırıq. Biz dəli olmamışıq, nüvə silahının nə olması haqqında özümüzə hesabat veririk. Bu vasitə bizdə var və dünyanın digər ölkələrində olandan daha təkmildir. Amma biz ona sadəcə müdafiə vasitəsi kimi baxırıq.
🤬5
🇷🇺 Vladimir Putin: "Ukraynadakı hərbi əməliyyat uzun prosesə çevrilə bilər".
🤬4
🇷🇺 Vladimir Putin: "Müharibəni biz başlamamışıq. Onu 2014-cü ildəki hakimiyyət çevrilişindən sonra Ukrayna hakimiyyəti başlayıb".
🤬5👍1
🇦🇲Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək. İlin sonuna qədər sülh müqaviləsi əldə etmək üçün bütün səyləri göstərəcəyik. Lakin bunun mümkün olub-olmayacağını söyləmək çətindir".
👍2
🇦🇿📸1985-ci ildə, Şuşanın işğalından öncə dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin fonunda çəkilən foto illər sonra təkrarlanıb.

Fotoqraf Elnur Abdullanın lentə aldığı görüntü sosial şəbəkələrdə paylaşılıb.
👍8
🇦🇲Armen Qriqoryan: “Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 2 mətni var. Bir variantı Rusiya, digərini Azərbaycan təklif edib. Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı, Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir.

Rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb".
📊💰Forbes dünya siyahısında liderliyi ələ keçirən fransız iş adamı Bernar Arno kimdir?
📝...Forbes jurnalı o zaman yazırdı: “Onu “yox” sözünü qəbul etməyən və uduzmaq istəməyən adam adlandırırlar".
👉https://azvision.az/news/314168
👍3
🇦🇿 Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.