AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺Rusiyanın Saratov vilayətinin Engels şəhərindəki hərbi aerodromda partlayışlar baş verib. Məlumata görə, 2 ədəd Tu-95 təyyarəsi sıradan çıxıb.
Avropa İttifaqı və Böyük Yeddilik (G7) ölkələrinin Rusiyadan dəniz yolu ilə nəql edilən neftə 60 dollar tavan qiymət tətbiq etməsindən sonra digər neft markalarının qiyməti artmağa başlayıb.
4
🇦🇿🇷🇺Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş başlayıb.

İkitərəfli görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir. Görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan başqa C. Bayramov və S. Lavrov 2023-2024-cü il üçün XİN-lərarası Məsləhətləşmələr Planı imzalayacaq.

Görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
AzVision
🇦🇿🇷🇺Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş başlayıb. İkitərəfli görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir. Görüşün protokol hissəsində nazirlər çıxış ediblər. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin…
“Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə deyib.

"İkitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslarımız xoş ənənəyə çevrilib.

Dövlət başçıları səviyyəsindən tutmuş hökumət başçıları, nazirlər, Rusiya Federasiyanın subyektlərinin rəhbərləri səviyyəsinədək danışıqlar Azərbaycanla ilə Rusiya arasında dialoqun intensivliyinin əyani təzahürüdür”, - nazir bildirib. 

O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: "Bu il yubiley ilidir. Arxada qalan 30 ilə yekun vuraraq, geriyə nəzər salanda mənə elə gəlir ki, bu, gələcək planları təhlil etmək üçün çox yaxşı fürsətdir”.

“Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”, - C.Bayramov deyib.
👍1
"Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasında, sərhədlərin delimitasiyasında maraqlıdır".
https://azvision.az/news.php?id=313836&lang=az
❗️🇮🇷 Tehranın azərbaycanlılara qarşı ənənəvi repressiya siyasəti

❗️Uzun illərdən bəri yürütdüyü “qamçı” siyasətini indi müəyyən mənada “qamçı və kökə” siyasətinə dəyişməklə İrandakı teokratik rejim, sadəcə, vaxt udmağa çalışır.
👉https://azvision.az/news.php?id=313840&lang=az
🇷🇺⚡️Rusiyalı ekspert: "2025-ci il bölgə üçün həlledici olacaq" | Müsahibə
❗️🗣 - Paşinyanın 2018-ci ildən ilkin məqsədinin məhz bütün Cənubi Qafqazda sabitliyi pozmaq olduğunu nəzərə alsaq, onun çox aydın və ardıcıl mövqeyi var. O buna parlaq şəkildə nail ola bilir. Belə bir qeyri-sabitlikdə “inqilabçı” olaraq özünü suda balıq kimi hiss edir. Ona görə də möhkəm və davamlı sülh mövzusunda istənilən pozulma, gecikmə və ya əksinə, sonsuz danışıqlar məhz ona lazımdır. Hərbi toqquşmalar da onu çox narahat etmir. Paşinyan sanki Azərbaycanı hərbi əməliyyatlara sövq edir. Bu, Rusiyaya qətiyyən lazım deyil, amma Paşinyan üçün fərqi yoxdur...
👉 https://azvision.az/news/313861
🇮🇷❗️Tehranın azərbaycanlılara qarşı repressiya siyasəti davam edir - HESABAT
⚡️...Etirazların elə ilk iki həftəsində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesabalmaq çətin olsa da, həbs edilənlərdən 121 nəfərin və güllələnərək öldürülən 13 etirazçının kimliyi artıq müəyyənləşdirilib.
👉 https://azvision.az/news/313840
👍1
Qarabağ iqrisadi rayonunda müvəqqəti xidmət edən Rusiya sülhməramlılarının komandiri Andrey Volkov bildirib ki, Rusiya və Azərbaycan Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi quraşdırmaq barədə razılığa gəliblər.

"Azərbaycan tərəfi ilə belə razılığa gəldik ki, Laçın yolundakı ilk postumuzda xüsusi avadanlıqlar yerləşdirərək, gömrük məntəqəsi yaradaq". - General deyib.
👍7
Ukrayna yenidən intensiv raket atəşinə tutulur.
😢3
🇺🇸 İlon Mask Bayden və komandasına qarşı ifşa müharibəsinə başlayıb. O, “Twitter”in daxili istifadə üçün nəzərdə tutulan fayllarını paylaşıb. Fayllardan məlum olur ki, ABŞ prezidenti dəfələrlə müəyyən postların sosial şəbəkədən yığışdırılmasını tələb edib. “Twitter”in əvvəlki komandası hər dəfə razılaşıb və tələbi yerinə yetirib.
Bu da sizə “söz və ifadə azadlığı”. 👀
🇺🇦👍Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya raket hücumunu mükəmməl dəf etdiyinə görə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinə təşəkkür edib.
8👍5
🇺🇸📲🇨🇳ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktori Kristofer Rey bildirib ki, TikTok milli təhlükəsizliyə hədə yaradır: “Çin hakimiyyəti TikTok-un alqoritminə nəzarət yolu ilə insanlara göstərilən məzmunla manipulyasiya edə bilir. Bu isə şüurlara təsir vasitəsidir. Biz bundan narahat olmalıyıq”.
👍3
⚡️Almaniyanın “Siemens Energy” şirkəti 150-300 meqavattlıq üzən elektrik stansiyalarını Odessa, İzmail və Nikolayeva sahillərinə göndərmək təklifilə Ukrayna hakimiyyətinə müraciət edib.
Vaxtları gedir, özləri də gedəcəklər!
🇷🇺 Rusiya sülhməramlıları ermənipərəst davranışları ilə özlərini Azərbaycan xalqının gözündən salaraq, mənfi obraz yaradıblar. Cəmiyyətdə heç kim onların niyyətinin həqiqətən sülh olmasına inanmır.
❗️Buna görə də, xalq ilə hakimiyyətin mövqeyi birmənalıdır və üst-üstə düşür: 5 illik müddət başa çatandan sonra sülhməramlılar Azərbaycan torpaqlarında qala bilməzlər. Həmin müddətin də 2 ildən çoxu artıq keçib. 3 ildən az vaxt qalır.
Hazırda zaman rus sülhməramlılarının və onların arxasında gizlənənlərin əleyhinə işləyir. Onlar qum saatındakı dənəcikləri xatırladırlar: vaxt tamam olan kimi sonuncusu da sürüşüb, aşağıya - layiq olduğu yerə gedəcək.
3
Qarabağdakı separatçı qurumun qondarma "milli təhlükəsizlik xidməti" bildirib ki, sülhməramlıların komandiri Andrey Volkovdan Laçın yolunda qurulacaq gömrük məntəqəsi ilə bağlı izahat tələb edilib, Volkov isə dəhlizdə heç bir nəzarət-buraxılış məntəqəsinin olmayacağını, ona azərbaycanlıların nəzarət etməyəcəyini və orada azərbaycanlıların olmayacağını bildirib.

🤔Qondarma qurumun bildirdiyinə görə, Volkov deyib ki, söhbət yalnız sülhməramlıların işini asanlaşdıracaq texniki cihazların quraşdırılmasından gedir və yaxın vaxtlarda bununla bağlı müvafiq bəyanat veriləcək.

👆Yaşayarıq, görərik!
👍5
"Ukraynaya aid kamikadze PUA-larının Rusiyanın Dyaqilevo və Engels aerodromlarına hücumu nəticəsində 3 rus əsgəri həlak olub, 4-ü yaralanıb, 2 ədəd Tu-95 strateji bombardmançı təyyarə sıradan çıxıb". - Rusiya Müdafiə Nazirliyi.
4👍2