AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿Prezident İlham Əliyev: "İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”
3👍2
🇦🇿Prezident İlham Əliyev: "Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik".
👍4
Mövqelərimiz atəşə tutulub!

"Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb".-Azərbaycan Respublikası Müdafiə Nazirliyi
"Rusiya indiyədək müharibəyə təxminən 82 milyard dollar, başqa sözlə, illik büdcəsinin dörddə birini xərcləyib".- Forbes
🇦🇿Prezident İlham Əliyev: "Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan gənclərlə görüşlərindən birində demişdi ki, biz Qarabağı azad etdik, siz də Ermənistanın Türkiyə ərazisində yerləşən tarixi torpaqlarını azad edəcəksiniz. Nə qədər qeyri-adekvat olmalısan ki, Türkiyəyə qarşı ərazi iddiası irəli sürəsən. Bütün dövlətlər Türkiyəninin maraqlarını nəzərə alırlar. Hətta İsveç və Finlandiya terrorçulara sığınacaq məsələsi ilə bağlı Türkiyənin haqlı tələblərini nəzərə alır. Amma Rusiyanın bu kiçik, kasıb, asılı müttəfiqi, deyərdim ki, Rusiyanın qulu bir gün Türkiyə ərazilərini işğal edəcəklərini bəyan edir. Bu, şüurun zəhərlənməsinin sübutudur”.
🤣113
DÇ-2022, B qrupu:

Uels - İran 0:2
😢61
🇦🇿🇷🇺Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Azərbaycan XİN-in toponimlərin ermənicə istifadə edilməsinə irad bildirən bəyanatına cavab verib. Cavab bəyanatında deyilir ki, sülhməramlılar RF Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri ilə müəyyən edilmiş toponimlərdən istifadə edirlər.

"Bakıdan Mağavuz qəsəbəsinin adı ilə bağlı tənqidlər təəccüb doğurur, çünki əvvəllər və dəfələrlə Azərbaycan avtomobil karvanlarının Dağlıq Qarabağ ərazisindən müşayiətini təmin etmək kontekstində Rusiya Müdafiə Nazirliyinin bülletenlərində başqa qeyri-azərbaycanlı toponimlər də istifadə olunub. Bundan başqa, kolonların hərəkət marşrutunu əlaqələndirərkən və Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqəni təşkil edərkən Azərbaycan tərəfi də bu toponimlərdən istifadə edir", - bəyanatda bildirilib.
👍4
🇦🇿🇮🇱Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İsraildə səfirlik açılması haqqında qərar Azərbaycanın milli maraqlarına əsaslanıb.
👍6
🇦🇿🇮🇹Prezident İlham Əliyev: “Azərbaycanın İtaliya ilə əla münasibəti var. Biz İtaliyanın yeni hökuməti ilə bu strateji istiqamətdə işləmək üçün nə mümkündürsə edəcəyik”.
👍2
🙃⁉️"The Squid Game" serialından tanınan 78 yaşlı Cənubi Koreya aktyoru O Yön Su cinsi istismarda ittiham edilir. Zərərçəkmiş tərəf olan qadın hüquq-mühafizə orqanlarına müraciət edərək, yaşlı aktyorun ona qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı şikayət edib.
🤣2
DÇ-2022, A qrupu, 2-ci tur:
✔️Ev sahibi Qatar növbəti məğlubiyyətini Seneqaldan aldı: 1-3.
✔️İlk turda isə Qatar millisi Ekvador yığmasına 0-2 hesabı ilə uduzmuşdu.
👏1
Ukraynada sıradan çıxarılmış rus zirehli texnikalarının yığıldığı meydançalardan biri.
👏5
🇮🇷👉Uels-İran oyununu izləyən iranlı azarkeşlərdən biri İran rejiminin ümumxalq etirazına divan tutmasına qarşı etirazını belə bildirib.
👍3
😐İkinci Dünya müharibəsi dövründə Adolf Hitlərə qarşı 42 sui-qəsd cəhdi olub.
👍3
🇷🇺Rusiya Prezidenti Vladimir Putin Ukraynada döyüşən hərbçilərin anaları ilə görüşündə deyib ki, Donbasın müdafiəsi uğrunda həlak olanlar əbəs yerə yaşamayıblar.

🤔"Orada 30 minə yaxın insan yol qəzalarında, təxminən eyni sayda insan da alkoqoldan həyatlarını itiriblər. Həyat belədir. Həyat belə mürəkkəb, rəngarəng, hansısa kağızda yazıldığından daha qəlizdir. Hamımız ya tanrının, ya Allahın, ya da Məsihin nəzarətində - hansı dinə inanmamızdan asılı olmayaraq, faniyik. Rəbbin, Allahın mühafizəsindəyik və hamımız bir gün bu dünyanı tərk edəcəyik.
Bu qaçılmazdır, amma əsas məsələ budur ki, biz necə yaşamışıq. Bəzi insanlar yaşayır ya yox, fərqi olmur - Bir qismi ya çox araq içməkdən, ya da başqa səbəbdən tələf olurlar. Belələri yaşayıb, ya yox, bəlli olmur. Ancaq sizin oğullarınız isə yaşadı. Onlar məqsədlərinə çatdılar və onların həyatı əlamətdar oldu".- Putin bildirib.
🤣4👍1
🇺🇦Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bildirib ki, ukraynalıların 90%-dən çoxu Avropa İttifaqına üzvlük müqabilində 2-3 il işıqsız və istiliksiz yaşamağa hazırdırlar.

"Bu yaxınlarda aparılan sosial araşdırma göstərdi ki, ukraynalılar 2-3 il sonra Avropa Birliyinin bir parçası olacaqları təqdirdə işıqsız və qazsız yaşamağa hazırdırlar", deyə Ukraynanın birinci xanımı bildirib.
👍5👎1
Vyetnam müharibəsi zamanı ABŞ 5607 döyüş helikopteri və 3339 hərbi təyyarəsini itirib.
👍5😱2
🇦🇿👍Prezident İlham Əliyev: "Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki, Ermənistan asılı ölkədir və onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik və Rusiya ilə danışıqlar aparırıq".
👍14
🇺🇦Ukrayna odun ixracını qadağan etdi
👍4
Çeçenistan Prezdenti Ramzan Kadırovun yeniyetmə oğlu 1,4 000 000$ dəyərində olan saat taxır.

🤔Deyilənə görə, o, azyaşlı olmasına baxmayaraq, indidən uğurlu iş adamına çevrilə bilib.
👍2🤮1