AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Cənub axını” qaz kəmərində terror aktı planlanlaşdırmaqda şübhəli bilinən şəxslərin saxlanması görüntülərini nümayiş etdirib.

📌 Məlumata görə, tutulanlar arasında Rusiya vətəndaşları da var.
👍1
😱Türkiyənin Kayseri şəhərində yoldan çıxan avtomobil iki divarın arasına girib. 3 nəfər xəsarət alıb.
🇦🇲😨 Məntiq hoqqabazlığı: Paşinyanın 3 psevdotezisi – TƏHLİL
❗️👺...Paşinyanın mövzu ilə bağlı demək olar ki, bütün çıxışlarında istifadə etdiyi bir səbəb-nəticə fokusu var: “Əgər Azərbaycanla Ermənistanın arasında sərhəd yoxdursa, demək, KTMT-nin məsuliyyət zonası da mövcud deyil; KTMT-nin məsuliyyət zonası mövcud deyilsə, onda özü də yoxdur”. Vualya! Paşik KTMT-ni yoxa çıxardı! Necə deyərlər, «ловкость рук, и никакого мошенничества!..»
👉 https://azvision.az/news/312854
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📹Alimpaşa Məmmədovun həbs olunandan sonra ilk görüntüsü
🤣1
🇦🇲❗️Əslində Paşinyanın məqsədi KTMT-dən uzaqlaşmaqdır, sadəcə, Azərbaycan mövzusunu ortaya atmaqla bunun üçün bəhanə axtarır.
🤣1
🇦🇿❗️Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Sipilin 2019-cu ildən bu günədək Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.
👍1
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib. O, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.

Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır.

Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.
🏠Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə güzəşli ipoteka krediti götürmək hüququ verilib.

👉https://azvision.az/news.php?id=312865&lang=az
🍿🇦🇲Ermənistanın bir qrup yüksək vəzifəli şəxsi, o cümlədən baş nazir Nikol Paşinyan 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.
👉https://azvision.az/news.php?id=312880&lang=az
🇫🇷Fransada 2017-ci il prezident seçkilərində Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma başlayıb.
👉https://azvision.az/news.php?id=312877&lang=az
🖋 "Sehirli realizm"in qeyri-xətti ustası
// Milorad Paviç dünya ədəbiyyatında yenilik etməyi necə bacardı
📖📚 ...Paviç deyirdi ki, ən böyük məqsədi əvvəli-sonu olmayan, istənilən səhifəsində başlayan və istənilən səhifəsində bitən romanlar yazmaqdır. Belə də edib. Məsələn, onun “Xəzər sözlüyü” bir növ qədim dini kitablarda, məsələn, yəhudilərin “Kabbala”sında olduğu kimi bir-birinə o qədər də bağlılığı olmayan əhvalatlar toplusudur. Əsərin qəhrəmanları müdrik mistiklər, yuxu ovçuları, cürbəcür fantastik özəllikləri olan şəxslərdir. Paviç bu cür ağılüstü qəhrəmanları və əhvalatları təsvir etməklə yaşadığımız dünyanın bir xaos içində olduğunu göstərmək istəyir...
👉 https://azvision.az/news/312850
1👍1
🇦🇿🇷🇺Azərbaycan Rusiya sülhməramlılarına müraciət etdi
❗️Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.
👉https://azvision.az/news/312890
👍1
🇷🇺🇺🇦Ukrayna müharibədən əvvəl və indi…
⚫️ Rusiyanın endirdiyi zərbələr ölkənin enerji infrastrukturunu sıradan çıxarmaqla, qaranlığa qərq edib…
🇦🇿 Kəlbəcərin azad edilməsindən 2 il ötür
❗️…Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəmişdilər. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
👉https://azvision.az/news/312892
🇦🇲 "Piyada"nın demarşı | TƏHLİL
// Paşinyana oyun qaydalarını növbəti dəfə başa saldılar
❗️"Müttəfiqlik" anlayışını yalnız öz xeyrinə birtərəfli oyun kimi qəbul edən və hamının yalnız ona borclu olduğunu düşünən Ermənistan digər KTMT dövlətlərinin, ilk növbədə isə elə Rusiyanın siyasətini dəstəkləməkdən nəinki boyun qaçırır, hətta bir çox hallarda əleyhinə çıxır.
👉https://azvision.az/news/312883
⚡️Elon Musk Twitter-də bloklanmış hesabların gələn həftə bərpa ediləcəyini açıqlayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Gənclər və idman naziri Fərid Qayıbov işə piyada gedib
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Gəncədə FHN işə qəbul elan edib və nəticə
👍1
🇦🇿Prezident: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".
11👍2👏1
Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.

👉Məlumatı Azərbaycan Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı verib.

“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxlandığını bildirdi və dedi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, - Prezident bildirib.
👍8
🇦🇿❗️Prezident İlham Əliyev: "Mən İranın üç prezidenti - Hatəmi, Əhmədinejat və Ruhani ilə işləmişəm, bütün bu illər ərzində indikinə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.

❗️Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
👍62