AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺🇦🇲 Rusiya prezidenti Vladimir Putin İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirməyi planlaşdırır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
👍1
📚 Tarixin “arxa bağçası”ndakı çiçəklər | Lonqrid
// Türklərin sivilizasiyanın inkişafına verdikləri töhfələr düzgün qiymətləndirilmir
❗️...Dünya tarixşinaslığında qədim türklər ən yaxşı halda cəsarətli döyüşçülər kimi təqdim olunurlar. Bu, onların sivilizasiyanın inkişafına verdikləri çox vacib töhfələrə kölgə salır. Halbuki, dünyanın keçdiyi mədəni və elmi tərəqqidə də türklər böyük, hətta həlledici rol oynayıblar. AzVision.az-ın növbəti lonqridi bu qaranlıq tərəfə aydınlıq gətirmək məqsədi daşıyır. Mütləq oxuyun!
👉 https://azvision.az/news/311926
👍1
AzVision pinned a photo
Media is too big
VIEW IN TELEGRAM
❗️İranın Cavanrud şəhərində (Kermanşah əyaləti) hökumət qüvvələri ilə etitazçılar arasında qarşıdurmalarda 20-dən çox etirazçı ölüb və yaralılar var.
🇦🇲 "Oğlumu basdırdım, gəlib qazıb apardılar" - Erməni əsgər atası
❗️ 44 günlük müharibədə əsir və itkin düşmüş erməni əsgərlərin yaxınları bu gün İrəvanda etiraz aksiyası keçiriblər. Etiraz aksiyalarından biri Opera Teatrının həyətində baş tutub.
👉 https://azvision.az/news/312491
👍1
🇫🇷🇦🇲🇷🇺 “Fransa Ermənistanın vasitəsilə Rusiyadan qisas almaq istəyir” – Sergey Markov
❗️🗣 "Fransa Ermənistanı faktiki olaraq Mərkəzi Afrika Respublikası, Mali və Burkina-Faso ilə eyni cərgəyə qoyur. Məsələ burasındadır ki, son bir neçə ildə bu ölkələrdə Fransa çox ciddi uğursuzluğa düçar olub, Rusiya onu sıxışdırıb.İndi də, Paris qisas almaq istəyir".
👉 https://azvision.az/news/312542
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷💥 #İran "Shahed-136" süzən sursatlarından istifadə etməklə İraqın şimalındakı kürd mövqelərinə yeni zərbələr endirib.
👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸❄️ ABŞ-ın Nyu-York ştatında güclü qar yağması səbəbindən fövqəladə vəziyyət elan edilib.
👍6
🇺🇦👊Ukraynanın Silahlı Qüvvələrinin tərkibində "Turan" adlı türk batalyonu yaradılıb. Batalyonun rəhbəri, Qırğızıstan vətəndaşı Almaz Kudabekulu müharibənin ilk günündən Rusiyaya qarşı döyüşür.
👍15
🇬🇧🇺🇦 Britaniyanın Ukraynaya “Brimstone 2 Dual Mode” idarəolunan raketləri verməsi təsdiqləndi. Bu raketlər daha uzaq məsafəyə və daha yüksək dəqiqliyə malikdirlər.
❗️Ermənistan-İran-Hindistan üçbucağı dayanıqlı formatdırmı? – Qırğız politoloqun şərhi
🗣 Hindistan tarixi-mədəni baxımdan Mərkəzi Asiya regionunda, müəyyən qədər də Cənubi Qafqazda mövcud olmaq istəyir. Bunu etmək hələ ki çətindir. Çünki Hindistanın həmin bölgələrə birbaşa coğrafi çıxışı yoxdur. Ona görə də İranla yaxşı münasibətlər saxlamağa üstünlük verməlidir.
👉 https://azvision.az/news/312561
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎢Hacı Şahin azyaşlı oğlu ilə belə əyləndi:
👍6🤬2
"Terrorçular törətdiklərinə görə cavab verəcək!" - Altun

"PKK/YPG separatçı terror təşkilatına qarşı əməliyyatlar son terrorçu məhv edilənə qədər davam edəcək" - Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bəyan edib.

Sosial mediada yayılan bəyanatda Altun “mülki əhaliyə, hərbçi və polislərə, müəllimlərə, qadınlara və uşaqlara fərq qoymadan hücum edən” terrorçuların davam edən cinayətlərinə diqqət çəkib.

"Təhlükəsizlik qüvvələrimiz terror təşkilatlarının günahsız vətəndaşlara hücumuna daha sərt cavab verir. Əməliyyatlar sonuncu terrorçu məhv edilənə qədər davam edəcək. Terrorçuları və onlara dəstək verənləri əməllərinə görə cavab verdirtdirəcəyik” deyən Altun Qaziantepin Karkamış rayonunda PKK/YPG terrorçularının 5 raket hücumu nəticəsində vətəndaşların həlak olmasından təəssüfləndiyini bildirib.
🇦🇲⚡️ Bu, təlim deyil. Bəs nədir?! – ŞƏKİLLƏR
// Ermənistan əsgəri özündə olmayan silahla nəyi məşq edə bilərdi
❗️İsrail istehsalı “IWI Tavor TAR-21” hücum tüfəngi Ermənistan silahlı qüvvələrinin arsenalında yoxdur. Buna görə də onunla "taktiki atəş hazırlığının" aparılması tamamilə boş və mənasız bir şoudur. Güman etmək olar ki, düşmən ölkənin xüsusi təyinatlıları Kiprdə növbəti təxribat-diversiya hazırlığı kursu keçib.
👉 https://azvision.az/news/312586
❗️🇷🇺 Rusiya, neftinə qiymət maksimumu təyin edən ölkələrə ixracı dayandıracaq.

Baş nazirin müavini Aleksandr Novak bildirib ki, əvəzində Rusiya neftin istiqamətini "bazar tərəfdaşlarına yönəldəcək və ya hasilatı azaldacaq".

O, əlavə edib ki, enerji resurslarına məhdud qiymət tətbiqi, eləcə də enerji sektorunun siyasiləşdirilməsi ancaq enerji çatışmazlığına və enerji təchizatında problemlərə gətirib çıxara bilər.

Qeyd edək ki, G7 ölkələri Rusiya nefti üçün müəyyən edilmiş qiyməti sabah, noyabrın 23-də açıqlamaq niyyətindədir.

G7 və Aİ tərəfindən dəstəklənən qiymət maksimumu, neft müəyyən olunmuş səviyyədən yuxarı satıldığı təqdirdə şirkətlərə Rusiya neftinin daşınmağı, sığortalamağı, vasitəçilik və maliyyə xidmətləri göstərməyi qadağan edəcək.

Müttəfiqlər daha əvvəl, hələ Rusiya -Ukraynaya müharibəsi başlamazdan qabaq Rusiya neftinə hasilat xərcləri səviyyəsində (40-60 dollar) qiymət maksimumunu müzakirə ediblər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😂"Bacılar" mahnısı bu qədər yerinə düşməmişdi💃💃
😁9
🛬Qətər Almaniya millisinin üstünə LGBT şüarı vurulan xüsusi təyyarəsini qəbul etməkdən imtina edib. Bu barədə ərəb portalı "Mqalaty" məlumat yayıb.

Qeyd edək ki, alman idmançıları daşıyan Lufthansa təyyarəsinin göyərtəsində bir neçə kişinin qol-qola şəkli olub. İslam dövləti bunu qəbul etmədiyi homoseksuallığın təbliğatı ilə əlaqələndirib.

Sonda almanların təyyarəsi Omana uçub. İdmançılar oradan yerli aviaşirkətin təyyarəsi ilə Qətərə qayıdıb.
👍3😱1
Media is too big
VIEW IN TELEGRAM
❗️🔥 İranın Cavanrud şəhərində etirazçılar onlara atəş açan mülki geyimli polisi tutub, evini də yandırıblar.