🇦🇿⚡"Elə dünən ABŞ dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır"! - deyə Dövlət Başçısı İlham Əliyev bildirib.
🇦🇿❗Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, əgər Ermənistan tərəfi Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi barədə bizimlə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq.
⚡⚡Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan ora çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq və yeri gəlmişkən, bu proses artıq başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, proses daha dinamik gedər. Lakin bunun Paşinyana və onun hökumətinə heç bir aidiyyəti yoxdur".- deyə Prezident Əliyev bildirib.

🇦🇿❗Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra edilib.
⚡Azərbaycan Müdafiə Nazirliyi bildirilib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.
☑️“Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb”, - Müdafiə Nazirliyindən bildirilib.

🇪🇺Avropa İttifaqı hesab edir ki, Ukraynanın enerji infrastrukturuna dəyən ziyan kritik həddə yaxınlaşır.
❗"Ukraynanın enerji infrastrukturunun dağıdılması kritik həddə yaxınlaşır. Avropa İttifaqı ölkənin Ukraynanın enerji təchizatını dəstəkləmək üçün dayanmadan çalışır", - Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Janez Lenarçiç bildirib.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇷 3 milyondan çox braziliyalı Respublika Günündə Lula de Silvanın seçilməsinə etiraz olaraq küçələrə çıxıb.
Bolsonaronun tərəfdarları seçkilərin ləğvi üçün petisiya başladacaqlarını bildiriblər.

👍4
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Aftagentlər: Xalqımız niyə İran agentlərinə "aftafa" ləqəbini verib?
😁5
❗️CİA-nın direktoru Uilyam Börns İstanbulda rusiyalı həmkarı Sergey Narışkinlə görüşdən sonra Kiyevə gedərək, danışıqları ilə bağlı Zelenskiyə məlumat verib. Noyabrın 15-də Ukraynanın paytaxtına raket zərbələri endirilərkən Börns orada imiş (The Washington Post).
❓Sual çıxır: Börns Narışkinlə danışıqlarının məzmunu haqda Zelenskiyə niyə məlumat verməlidir ki?!
❗️Bu fakt Rusiya ilə ABŞ-ın arasında Ukrayna mövzusunda gizli sövdələşmənin getdiyi ehtimalının təsdiqi də sayıla bilər.
📌 Xatırladaq ki, AzVision Xersonun boşaldılmasının Rusiya-ABŞ sövdələşmısinin detallarından biri olması haqda ehtimalı həqiqətə yaxın saydığını bildirmişdi.

🇮🇱🇮🇷 Oman körfəzində naməlum PUA-nın hücumuna məruz qalan İsrail tankerindən "Shahed-132" dronunun qalıqları tapılıb. Qeyd edək ki, tankerə hücumun məsuliyyətini heç kim üzərinə götürməmişdi.
👍1
🇦🇿🇮🇱Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
❗️Qanun layihəsindən dərhal sonra "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

❤5👍1
AzVision
🇦🇿🇮🇱Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində…
🇦🇿🇮🇱 "İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib" - Səməd Seyidov
❤7
🇦🇿❗️Ordumuzun mövqeləri atəşə tutulub
Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

🚫🚙Dayanma-durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişiklik edilir.
🚙Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.

👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️🇮🇷İranda etirazçıların əli silaha çatıb. Hökumət qüvvələri ilə silahlı qarşıdurmalar yaşanır.
👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-ın Texas ştatında gecə vaxtı sərhədi qanunsuz keçməyə cəhd edən böyük bir miqrant dəstəsi termal kameralardan gizlənə bilməyiblər.
Son 24 saat ərzində Del Rio sektorunda 1400-dən çox qanunsuz keçid qeydə alınıb.

😱2