AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
Video
🚀 Kiyevdə yaşayış binaları vurulur.

Mer Vitali Kliçkonun sözlərinə görə, Peçersk rayonunda 3 yaşayış binasına raket düşüb. Raketlərdən bəzilərini havada vurmaq mümkün olub.
💡Rusiya yenə enerji infrastrukturlarını hədəfə alıb. Lvov, Odessa, Nikolayev şəhərlərinin bir hissəsi, Jitomir işıqsız qalıb. Kiyevdə də elektrik enerjisi kəsilib.
🇷🇺🇺🇦"Bir neçə saat ərzində Rusiya Federasiyası Ukrayna ərazisinə 100-ə yaxın raket zərbəsi endirib" - Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü.

İndiyə qədər bir gündə ən çox 84 raket atılmışdı (10 oktyabr).
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦Hazırda Dnepr şəhərindəki bomba sığınacaqlarından biri.
“Cənab 86%”: Gələcəyi Görən Adamın ən vacib ideyaları
💡 Rey Kursveyl futuroloq, biohaker, yazıçı, ixtiraçı – bir sözlə, dövrümüzün tanımalı olduğumuz simalarından biridir. O, 2012-ci ildən “Google” şirkətində Maşın Təlimi və Təbii Dilin İşlənməsi üzrə texniki direktor vəzifəsini tutur. Lakin Kursveyl bundan xeyli əvvəl uğurlu futuroloji proqnozları ilə məşhurlaşmışdı. Onun verdiyi 150-yə yaxın proqnozun 86%-i doğru çıxıb.
👉https://azvision.az/news/311910
"Bu gün Ukraynaya atılan 100-ə yaxın raketdən 70-i zərərsizləşdirilib".-Ukrayna Prezidenti ofisinin rəhbər müavini Kiril Timoşenko
🙏4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Parisdə aerotaksinin sınaqları keçirilib. Pilotsuz maşın iki sərnişin götürə bilir. Maksimal sürəti 90 km/saatdır. Aerotaksidən 2024-cü ildə Parisdə keçiriləcək Olimpiada zamanı istifadə olunacağı bildirilir.
👍1
Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Polşaya düşüb.

Hadisə ilə bağlı Polşanın baş naziri Mateuş Moravetski Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
👍1
🇮🇩Polşa mətbuatı bildirir ki, Rusiyadan atılan raketin düşməsi nətisində iki nəfər həlak olub.
🤬5
🇮🇩Polşa Hərbi Hava Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb.
👍9
🇷🇺🇺🇦"Rusiyanın Şebekino şəhərinin Ukrayna tərəfindən atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb". - Belqorod vilayətinun qubernatoru Vyaçeslav Qladkov.
3👍1
AzVision
🇮🇩Polşa Hərbi Hava Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb.
Hazırda Polşa Hərbi Hava Qüvvələrinin inventarında 32 ədəd 5-ci nəsil F-35 qırıcısı və 52 ədəd F-16 döyüş təyyarəsi mövcuddur.
👍7
🇮🇩"Polşa təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə İşləri üzrə Nazirlər Şurasının iclasını çağırıb" - Polşa hökumətinin sözçüsü Pyotr Müller.
👍5
🇪🇪❗️"Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik", - Estoniya Xarici İşlər Nazirliyi.
👍4
🇺🇸“Gəlin faktlar olmadan spekulyasiya etməyək” - NATO nizamnaməsinin 5-ci maddəsinin tətbiqi ilə bağlı Pentaqonun şərhi.
🇦🇹"Rusiya raketlərinin NATO üzvünün ərazisini vurması Kreml tərəfindən çox təhlükəli eskalasiyadır. Bütün nəticələrə görə Rusiya məsuliyyət daşıyacaq" - Latviya XİN-i bildirib.
👍1
🇸🇰"Rusiyanın şüursuzluğu nəzarətdən çıxır" - Slovakiyanın müdafiə naziri.
👍3
🇫🇷 Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
❗️Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
✔️Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 senator səs verib.
💩3
🇺🇸"Vaşinqton Polşa ərazisinə raket düşməsi ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Varşava ilə işləyir" - Ağ Ev.
🇷🇺🇺🇦Rusiya Müdafiə Nazirliyi bildirib ki, Polşa mətbuatı və rəsmi şəxslərinin Polşa ərazisinə Rusiya raketlərinin düşməsi ilə bağlı bəyanatları məqsədyönlü təxribatdır.

"Rusiya Polşa ərazisindəki hədəflərə heç bir zərbə endirməyib və Polşa mətbuatının dərc etdiyi fraqmentlərin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur" - Rusiya Müdafiə Nazirliyi bəyan edib.
🇺🇦"Bu gün NASAMS hava hücumundan müdafiə sistemi 100% effektivlik nümayiş etdirib.
Belə ki, hədəfə buraxılan hər 10 raket 10 düşmən raketini zərərsizləşdirə bilib"- Zelenski.