AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
Ukrayna Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bu günə qədər Rusiyanın verdiyi itkilər.
👍8
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺💥 Xersonu tərk edən Rusiya Ordusunun Kaxov İstilik Elektrik Stansiyasına gedən körpünü partlatma anı.
👍3🤯1
"Ukrayna Silahlı Qüvvələri sakinlərin təxliyyəsi zamanı Nova Kaxovkanın mərkəzini artilleriya atəşinə tutub", - Şəhər administrasiyasının rəhbəri.

✔️Məlumatdan belə aydın olur ki, əhali Nova Kaxovkadan da təxliyyə edilir.
👏2👍1
Britaniyanın müdafiə naziri Ben Uolles rus ordusunun Xerson şəhəri və Dnepr çayının sağ sahilindən çıxarılmasını “strateji məğlubiyyət” adlandırıb.

"Xersonun ələ keçirilməsi rus ordusunun müharibənin lap əvvəlində nail olduğu yeganə strateji hədəf idi. İndi Rusiyada sadə insanlar özlərinə “bütün bunlar nə üçün idi?” sualını verməlidirlər. Rusiyanın böyük itkilər müqabilində əldə etdiyi yeganə "nailiyyət” beynəlxalq təcrid və təhqirdir". – nazir bildirib.
👍10
🇦🇲🐷 Azərbaycanın torpaqları işğalda olarkən Ermənistanın məscidlərimizdə donuz saxlaması faktı bütün dünyaya məlumdur. Bu, təkcə Azərbaycana qarşı yox, İslam dünyasına qarşı həqarət, yalnız azərbaycanlıların deyil, bütün müsəlmanların heysiyyatını, dini hisslərini təhqir etmək idi. Bircə İrandan başqa...
🐽🇮🇷 İran məscidlərdə donuz saxlayan ölkəyə verdiyi hərtərəfli dəstəklə faktiki onun yürütdüyü siyasəti təqdir etmiş olur. Başqa sözlə, əgər Ermənistan məscidlərə donuz salan tərəfdirsə, İran da həmin donuzları yemləyən tərəfdir!
❗️Bundan sonra mollalar başlarından əmaməni götürüb, zünnar bağlaya bilərlər: artlıq maskalar yırtılıb!
👍18
🤦‍♂️Bayden səhvən "ASEAN" (Cənub-Şərqi Asiya Ölkələri Təşkilatı) sammitinə ev sahibliyi etdiyi üçün Kolumbiya rəhbərliyinə təşəkkür edib. (Əslində isə tədbir Kambocada keçirilir).

"Mən Kolumbiyanın ASEAN-a sədrliyinə və hamımızı qəbul etdiyinə görə baş nazirə təşəkkür etmək istəyirəm", - deyə Bayden bildirib.
😁12
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺Rusiya ordusunun Xersonda qoyub qaçdığı silah-sursat.
👍91
🇺🇦Zelenski: "Geniçeskdə də, Melitopolda da Xersondakı kimi olacaq. Biz Donbasın bütün şəhər və kəndlərinə gələcəyik. Biz Ukrayna qüvvələrinin Krımda Ukrayna bayraqları ilə necə qarşılanacağını mütləq görəcəyik!"
10👍2
🇦🇿📞🇫🇷Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Danışıq zamanı dövlətimizin başçısı bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsi vacibdir.

"Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil edir"- deyə Azərbaycan Prezidenti əlavə edib.
👍5👏31
Media is too big
VIEW IN TELEGRAM
🇺🇦Xerson vilayətininin sağ və sol sahillərini birləşdirən Antonov körpüsünün partladıldıqdan sonrakı vəziyyəti.
👍5
Nova Kaxovka şəhər dairəsinin rəhbəri Vladimir Leontyev bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kaxovka su elektrik stansiyasının bəndini partlatsa, Xerson vilayətinin yaşayış məntəqələrində on minlərlə insan daşqın zonasında qalacaq.

"Bütün yaşayış məntəqələri, o cümlədən bütün Dnepryanı, Korsunka və bənddən aşağıda olan hər yer su altında qalacaq."-Leontyev.

✔️O, həmçinin, əlavə edib ki, Kaxovka şəhəri sakinlərinin əhəmiyyətli bir hissəsi artıq təxliyə edilib və hazırda qalan əhalinin təxliyəsi üzrə tədbirlər davam edir.
👍3
🇩🇪Almaniya kansleri Olaf Şolts İranda iki aydır davam edən etirazlarda nümayişçilərə göstərilən münasibəti tənqid edib: “Biz küçələrdə və məhkəmə salonlarında baş verənləri görürük. Bu, qətiyyən qəbuledilməzdir."

Şolts bildirib ki, Almaniyada yaşayan yüz minlərlə iran əsilli insan öz qohumları üçün narahatdır və rejimin nümayişçilərə qarşı törətdiyi əməllərdən dəhşətə gəlir.

📍“Aydındır ki, zorakılığa görə məsuliyyəti yalnız İran hökuməti daşıyır. Avropa Birliyi artıq bir neçə sanksiya paketini qəbul edib və gələn həftə sanksiyalara yeniləri də əlavə olunacaq. Biz zorakılığın dərhal dayandırılmasını və siyasi məhbusların azad edilməsini tələb edirik".-deyə Şolts vurğulayıb.
👍7
🇷🇺Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Şərqi Asiya Sammitindəki iştirakından sonra bildirib ki, NATO özünü müdafiə təşkilatı elan etməyi dayandırıb və indi Asiya-Sakit Okean regionunda aparıcı rol oynamaq iddiasındadır.

👆"NATO artıq demir ki, bu, sırf müdafiə ittifaqıdır. Sovet İttifaqı və Varşava Müqaviləsi mövcud olanda o, müdafiə xarakteri daşıyırdı. İndi nə Varşava Müqaviləsi, nə də Sovet İttifaqı var və onların kimdən müdafiə olunduğu bəlli deyil. Onlar bu "müdafiə xəttini" bir neçə dəfə sərhədlərimizə yaxınlaşdırdılar və bu yay Madrid sammitində Avro-Atlantik və Hind ölkələrinin təhlükəsizliyinə cavabdehlik daşıdıqlarını elan etdilər. Sakit okean regionu bölünməzdir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
👍3
Media is too big
VIEW IN TELEGRAM
🇺🇦Çernobayevka aerodromundan yeni görüntülər yayılıb.
👍3
Nova Kaxovka şəhər dairəsinin rəhbəri Vladimir Leontyev: "Ukrayna Silahlı Qüvvələri tərəfindən Kaxovka su elektrik stansiyasının müntəzəm atəşə tutulması bizi onun fəaliyyətini dayandırmaq haqqında düşünməyə vadar edir".
👍3
Gürcüstan Prezidenti Salome Zurabaşvili bildirib ki, Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra 700 min Rusiya vətəndaşı Gürcüstana daxil olub.

"Onlardan 100 minə yaxını hələ də ölkədədir, qalanları isə Gürcüstandan başqa ölkələrə gediblər", deyə Zurabaşvili vurğulayıb.
👍8
🇷🇺Rusiya Müdafiə Nazirliyi: "Donetsk vilayətinin Mayorsk yaşayış məntəqəsi Ukrayna hərbi birləşmələrindən tamamilə təmizlənib".
🤣6👍2
🇺🇸👆ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Xersonun azad edilməsi Ukrayna üçün əlamətdar qələbədir: "Ukraynalılar möhtəşəm qələbə qazanıblar və nəticədə, indiyə qədər Rusiyanın ələ keçirmiş olduğu yeganə regional mərkəzdə yenidən Ukrayna bayrağı dalğalandı".
5
🇹🇷İstanbulun mərkəzində partlayış olub. İlkin məlumatlara görə, kamikadze terrorçu tərəfindən törədilən partlayış nəticəsində azı 11 yaralı və 4 ölü var.
😢2
18+
Həssas və ağır görüntülər.
Bir qədər əvvəl İstanbulda baş verən terror hadisəsindən sonra…
🤬8