AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇺🇦Zelenskinin bugünkü müraciətindən: "Bu gün cənubdan şad xəbər var. Davam edən müdafiə əməliyyatı çərçivəsində öz layiqli yerinə qayıdan Ukrayna bayraqlarının sayı artıq onlarladır. 41 yaşayış məntəqəsi geri qaytarılıb. İndi baş verənlərin hamısı aylarla davam edən gərgin mübarizə nəticəsində əldə olunub.

Eləcə də, ölkəmizin şərqində - Xarkov vilayətində, Şimalda əvvəlki kimi - Kiyev, Sumi, Çerniqov, indi isə Nikolayev və Xerson bölgəsi...
Biz bütün yolu döyüş və diplomatiya meydanında getməliyik ki, bayraqlarımız torpağımızda, beynəlxalq səviyyədə tanınmış sərhədimiz boyunca dalğalansın və heç vaxt düşmən bayrağı torpağımıza sancılmasın!"
👍5
👽Bu, 1975-ci ildə Sovet İttifaqı tərəfindən kosmosa göndərilmiş "Venera" kosmik zondu tərəfindən Venera planeti səthində çəkilmiş real fotodur.

🌧️Venerada müntəzəm olaraq turşu-sirkə tərkibli yağışlar yağır, normal temperatur 464° C istiyə çatır.
👍7
🇺🇦❗️Ukrayna Silahlı Qüvvələrinin artıq Xerson şəhərinə daxil olduğu bildirilir.
👍75
🇺🇦Ukrayna silahlıları Xerson vilayətinin Novokair yaşayış məntəqəsindən foto paylaşıblar.
😊Belə görünür ki, yaxın günlərdə Ukrayna hərbçiləri Xerson şəhərinin özündən də fotolar paylaşacaqlar.
14👍3
🇺🇦🇷🇺Bəzi mətbu orqanlar bildirirlər ki, Ukrayna qoşunları Xersonu mühasirəyə alıblar, ərazidəki rusiyall hərbçilər Ukrayna Silahlı Qüvvələrinin atəşi altında Dnepr çayının digər sahilinə keçməyə çalışırlar.
❗️Məlumata görə, hazırda Xerson ətrafında dərin təlaş yaşanır. Rusiya hərbi texnikaları yollarda qalıb və 5-20 min arası rus hərbçisinin mühasirəyə düşmək təhlükəsi var.
👍11
🇦🇿🇹🇷Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğan Səmərqənddə "Özbəkistanın rəngləri" adlı sərgidə iştirak ediblər.
6👍2
🇺🇦Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Reuters agentliyinə bildirib ki, rus qoşunlarının Dnepr çayının sağ sahilindən, o cümlədən Xersondan çıxarılması azı bir həftə çəkəcək.

👆Reznikovun sözlərinə görə, Rusiyanın Xerson vilayətində 40 min əsgəri var və onların böyük hissəsi sağ sahildə, Xerson ətrafındadır. Bu qoşunları isə oradan bir neçə günə çıxartmaq asan deyil.
👍4
🇺🇸 Onlar sizin üçün ölüblər, bizim üçün sağdırlar!
#ABŞ-dakı seçkilərdə dünyasını dəyişmiş iki konqresmen yenidən seçiliblər.
🗳Fox məlumat verir ki, bunlardan biri - Pennsilvaniya ştatından olan konqresmen Entoni Delyuka oktyabrın 9-da ölməyinə baxmayaraq, 85% səs toplayıb.
İkincisi - Tenessi ştatından Barbara Kuper 93 yaşında qovuşduğu haqqın dərgahından namizədliyini irəli sürərək, 86-cı seçki dairəsində qalib gəlib.
👆Göründüyü kimi, ABŞ-da demokratiya həqiqətən də inkişaf edib. Başqa ölkələrdə rəhmətliklərin ən yaxşı halda passiv seçki hüququ var, yəni olsa-olsa, səs verə bilirlər. ABŞ-da isə rəhmətliklərin aktiv seçki hüququ da tanınır, yəni seçilmək imkanları da təmin olunub. "Qabaqcıl demokratiya" bu deməkdir!
@AzVisionaz
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 🚀 #ABŞ Arktikada keçirdiyi hərbi təlimlərdə yük təyyarəsindən uzaqmənzilli qanadlı raketlərin buraxılmasını göstərib. Rusiyaya ciddi mesajdır 👀
4👍2🤯1
❗️“İslamın genişlənməsində türklərin böyük rolu var” - Roida Rzayeva (Müsahibə)
❤️ “Dünya tarixçiləri tərəfindən türklər üçün səciyyəvi olan daha çox döyüş ruhu, hərbi şücaət qeyd edilir. Türklərin intellektual gücündən və elmi xidmətlərindən daha az bəhs olunur. Halbuki, türklərin sözü, fikri, hikməti, bəşər sivilizasiyasındakı rolu danılmazdır”.
✔️ AzVision.az fəlsəfə elmləri doktoru, türkoloq, Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Roida Rzayeva ilə müsahibəni təqdim edir:
👉 https://azvision.az/news/311394
👍3
🇦🇲 Yerablur yeni qəbirlərə hamilədir – Ədalət Verdiyevin yazısı
❗️Azərbaycan düşmənin dizi üstündən qalxmasını, yenidən silahlanmasını və daha genişmiqyaslı təxribatlar törədəcəyini səbrlə gözləyə bilməz. Ya 10 noyabr tarixli Birgə Bəyanat son nöqtə-vergülünədək yerinə yetiriləcək, ya da Ermənistanın və Qarabağ seperatçılarının başı əziləcək, düşmən daha ciddi ərazi, heyət və texnika itkilərinə məruz qalacaq.
👉 https://azvision.az/news/311502
👍4
🇺🇸👀 ABŞ-ın həqiqi "sahibləri" kimdir – Konspiroloji nəzəriyyə
...Sizə elə gəlir ki, “Coca-Cola” və “Pepsi-Cola” rəqib şirkətlərdirlər? “Facebook” və “Google” bir-birilə rəqabət aparır? “Apple” ilə “Microsoft” arasında mübarizə gedir? Bəs “Nike” ilə “Adidas”, “Boeing” ilə “Airbus”, “Ford” ilə “Toyota” CNN ilə “Fox”, “Pfizer” ilə “Moderna”? Bunlar azad bazarda bir-birilə azad rəqabətdədirlərmi?..
❗️Əgər belə düşünürsünüzsə, dünyagörüşünüzü sarsıdacağımız üçün üzr istəyirik!..
👉 https://azvision.az/news/311431
👏3👍1
🇦🇿 İlham Əliyev: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"
❗️🗣 "Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".
👉 https://azvision.az/news/311501
👏63👍1
🇺🇦 Rusiya qoşunları Xersonu tamamilə boşaldıb. Ukrayna Silahlı Qüvvələri şəhərə daxil olmağa hazırlaşırlar.
👍5
🇷🇺💥 Ruslar Xersonu tərk edərkən Dnepr çayının üzərindəki bütün stasionar körpüləri partladıblar. Xersondakı Antonov körpüsü, Kaxov İES-ə aparan körpü, dəmiryolu körpüsü (fotoda) tamamilə dağıdılıb.
👍3👎1🤬1
🇹🇷"Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edildi". - Mövlud Çavuşoğlu.
👍8