Azərbaycan dili - Ədəbiyyat 📚
2.75K subscribers
84 photos
1 video
25 files
16 links
📚 MİQ-ə hazırlaşanlar
📚 Sertifikasiyaya hazırlaşanlar
📚 Abituriyentlər
📚 Dövlət Qulluğuna hazırlaşanlar
🙂dəvətlidir

Müzakirə qrupumuz: ⬇️
https://t.me/azerbaycan_dili_edebiyyat_sual

@Ceyhun_muellim ✍️
Download Telegram
Tələffüz zamanı səslərin sayı hərflərin sayından fərqlənməyən, cingiltili samitlə bitən sözləri müəyyən edin.
1.Təəssüflə
2.Odunluq 3.Gəlirsiniz 4.Saatsaz 5.Şairdirlər
Anonymous Quiz
10%
A) 1.2.5
16%
B) 2.5
18%
C) 1.3.4
42%
D) 1.5
13%
E) 3.5
9 buraxılış 07.04.2024 (1).pdf
5.7 MB
07.04.2024
IX sinif buraxılış imtahanı
Frazeoloji birləşməni müəyyən edin 😊
Frazeoloji birləşməni tapın 😁
Yerdəyişmə.pdf
4 MB
Azərbaycan dili və ədəbiyyat
Yerdəyişmə vakansiyalar📚
Hansı formada olan tabeli mürəkkəb cümlədə baş cümlə budaq cümlədən əvvəl işlənər?
Anonymous Quiz
9%
A) Madam ki... , ...
14%
B) Əgər...sa , ...
14%
C) ...sa da , ... .
49%
D) Bir şərtlə ... + feil, ki, ...
14%
E) İndi ki... , ... .
Ibtidai-sinif-08.06.2024_Azərbaycan_dili (1).pdf
332.3 KB
8 iyun 2024-cü il sertifikasiya sualları
Xəbər feilin xəbər şəklində işlənibsə, aşağıdakılardan hansı mütləq işlənib?
Anonymous Quiz
9%
A) idi, imiş hissəciyi
10%
B) şəxs şəkilçili feil
3%
C) frazeoloji birləşmə
75%
D) zaman şəkilçili feil
3%
E) təsriflənməyən feil
Verilmiş üç sözdən biri eyniköklü sözlərin sırasın poza da bilər, pozmaya da .
Buna uyğun olmayan variantı müəyyən edin.
Anonymous Quiz
19%
A) tarixçi, tarixi , tarixdəki
10%
B) qandırmaq, qanacaq, qandırtmaq
21%
C) çapacaq, çapılmaq, çapdırmaq
14%
D) dini , dindar, dinsiz
36%
E) tutulmaq, tutduğu, tutağan
📚 ƏDƏBİYYAT
Qeydlər
🖇 Ədəbiyyat həyatı,insanın hisslərini,düşüncələrini,arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir
🖇 Qədim yunan filosofu Aristotel ədəbiyyatı "təqlidi sənət", yəni həyatı və insanları yamsılama sənəti adlandırmışdır.
🖇 Ədəbiyyat sözü ədəb(mərifət) sözündən götürülmüşdür
🖇 Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın fərqli cəhətləri:
1. Şifahi xalq ədəbiyyatı şifahi şəkildə,yazılı ədəbiyyat isə yazılı şəkildə yaranır.
2. Şifahi xalq ədəbiyyatı bir növ kollektiv yaradıcılıq məhsuludur,yəni onun yaranmasında bir çoxlarının zəkası,əməyi olur.
3. Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyatdan daha qədimdir.
4. Şifahi ədəbiyyat nümunəsinin müəllifi bəlli olmadığından " xalq yaradıcılığı" adlanır,yazılı ədəbiyyat nümunəsinin isə ,bir qayda olaraq,müəllifi bəlli olur.
5. Şifahi xalq ədəbiyyatı çoxvariantlı ,yazılı ədəbiyyat isə təkvariantlıdır.
6. Şifahi xalq ədəbiyyatı ağızdan-ağıza keçib bu günə gəldiyindən,təbii ki, yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır,yazılı ədəbiyyat isə saxlayır.
7. Şifahi xalq ədəbiyyatı janrları, dil-üslub xüsusiyyətlərinə görə də yazılı ədəbiyyatdan fərqlənir.
🖇 Şifahi ədəbiyyat ilə yazılı ədəbiyyat arasında aşağıdakı oxşar cahətlər var:
1. Hər iki ədəbiyyat həyatı obrazlı şəkildə öyrənir;
2. Hər iki ədəbiyyat xalqa xidmət edir.
🖇 Azərbaycan şifahi xalq ədəbiyyatı həyatı əks etdirmə -ifadə etmə üsullarına görə üç ədəbi növə ayrılır:lirik növ,epik növ, dramatik növ.
Lirik növ tərənnüm,epik növ təsvir-təhkiyə, dramatik növdə isə əyani göstərmə üsulu əsasdır.
🖇 Ağılara el arasında edilər,ediləmək də deyilir.
🖇Qəhrəmanlıq nəğmələri daha çox aşıqlar tərəfindən oxunur.
🖇 Laylalar əslində dördlük şeir formasında olur.Çox vaxt bunlara iki misradan ibarət nəqarətlər də əlavə olunur.
🖇 Laylalar bəzən nəsr şəklində də ola bilir. İstər nəzmlə, istər nəsrlə olsun, burada əsas cəhət ritm,ahəngdarlıqdır.
🖇 Bayatı janrına aşıq ədəbiyyatı və yazılı ədəbiyyatda da müraciət edilir.
🖇 Şifahi xalq ədəbiyyatında holavar, sayaçı sözü, layla ,ağı vəsvi-hal,tapmaca və s. kimi janrlar bir çox hallarda bayatı formasında olur.
🖇 16,17ci əsrlərin böyük şairi Məhəmməd Əmani bayatının 6 misralıq növünü yaratmışdır.
🖇 Epik növün əsas janrlarından olan nağıllar həcm etibarilə lətifələrdən böyük olur. Lətifələrdən fərqli olaraq, nağıllar heç də həmişə gülməli olmur. Nağıllar gülməli olduğu kimi, tam"ciddi" məzmun da daşıya bilir.
🖇 Nağılın sabit forma əlamətləri vardır. Bu əlamətlərdən biri nağılın bəzən "pişrov" adlanan və nəzm şəklində söylənən xüsusi müqəddimə ilə başlamasıdır.
🖇 Pişrovdan sonra nağılın əsas mətni" biri varmış,biri yoxmuş, Allahdan başqa heç kim yoxmuş" kimi ifadələrlə danışılır və nağıl özünəməxsus sonluqla bitir.
🖇  Kədərli sonluqla bitən məhəbbət dastanının axırında duvaqapmadan yox,cahannamədən istifadə edilir.
🖇 Atalar sözləri həm nəsr, həm də nəzmlə ifadə olunur.
https://t.me/Azerbaycan_dil_edebiyyat

🖇 Atalar sözləri yazılı ədəbiyyatdakı aforizimlərlə oxşarlıq təşkil edir.
🖇 Məsəl hansısa lətifənin,nağılın,rəvayətin,yaxud dastan parçasının yekunu kimi meydana çıxır.
🖇 Tapmacalar həm nəsr, həm də nəzmlə olur.
🖇 Tapmacalarda epitet,təşbeh,metafor kimi bədii təsvir vasitələrindən geniş istifadə olunur.
🖇 Aşıq yaradıcılığı yazılı ədəbiyyat ilə də sıx bağlıdır.
🖇 Aşıq yaradıcılığı 16-cı əsrdən  başlayaraq yazılı ədəbiyyatımızı daha çox təsiri altına almış,17,18-ci əsrlər Azərbaycan intibahında aşıq yaradıcılığı əsas rol oynamışdır.
🖇 Aşıqları qədim dövrlərdə "ata","dədə","ozan","varsaq" adlandırırmışlar.
🖇  Aşıq şeirinin ən geniş yayılan janrları gəraylı,qoşma və təcnisdir.
https://t.me/Azerbaycan_dil_edebiyyat