Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
31.2K subscribers
18K photos
2.08K videos
3 files
4.49K links
Download Telegram
Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.
İlkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.
“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.

https://mod.gov.az/az/news/konya-seherinde-anadolu-ankasi-2024-beynelxalq-axtaris-xilasetme-telimi-kecirilir-video-51646.html
____

В Конье проходят международные поисково-спасательные учения «Anatolian Phoenix-2024»


В городе Конья Турецкой Республики проходят международные поисково-спасательные учения «Anatolian Phoenix-2024».
На предварительном этапе участникам учений был представлен брифинг. На брифинге было подробно рассказано о цели, сценарии, месте проведения учений, задачах, которые будут выполнены на различных этапах, и правилах безопасности.
В учениях с участием военнослужащих разных стран Азербайджан представляют группа личного состава парашютно-десантной и поисково-спасательной служб ВВС, средства авиации, а также спецназ ВМС.
Учения «Anatolian Phoenix-2024» продлятся до 17 мая.

https://mod.gov.az/ru/news/v-kone-prohodyat-mezhdunarodnye-poiskovo-spasatelnye-ucheniya-anatolian-phoenix-2024-video-51647.html
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.
Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.
“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

https://mod.gov.az/az/news/efes-2024-telimine-celb-edilen-novbeti-heyetimiz-turkiyeye-yola-dusub-video-51650.html
____

Очередная группа военнослужащих Азербайджанской Армии отбыла в Турцию для участия в учениях «EFES – 2024»

В городах Стамбул и Измир Турецкой Республики продолжаются многонациональные учения «EFES – 2024» с участием личного состава общей численностью 1567 человек из 49 стран.
Личный состав Азербайджанской Армии, привлеченный к практическим тренировкам с боевой стрельбой, проводимым в ходе многонациональных учений, отбыл в Турцию.
Многонациональные международные учения «EFES – 2024» продлятся до 30 мая.

https://mod.gov.az/ru/news/ocherednaya-gruppa-voennosluzhashih-azerbajdzhanskoj-armii-otbyla-v-turciyu-dlya-uchastiya-v-ucheniyah-efes-2024-video-51651.html
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə qarşılıqlı işgüzar görüş keçirilib.
Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
İşgüzar şəraitdə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, son illər Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan və tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.
Hər iki universitetin yaranma tarixi, təhsil sistemi və tədris prosesləri haqqqında brifinqlər təqdim olunduqdan sonra, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf prespektivləri, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra Milli Müdafiə Universitetinin şərəf kitabına ürək sözləri yazılıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

https://mod.gov.az/az/news/pakistanin-milli-mudafie-universitetinin-numayende-heyeti-ile-gorus-kecirilib-video-51658.html
____

Состоялась встреча с делегацией Национального университета обороны Пакистана

В Национальном университете обороны состоялась рабочая встреча с руководящим составом Национального университета обороны Исламской Республики Пакистан, совершающим визит в нашу страну.
Сначала гости посетили Аллею шехидов, где возложили цветы на могилы наших сограждан, отдавших жизнь во имя независимости, суверенитета и территориальной целостности Азербайджана.
На встрече, состоявшейся в деловой обстановке, было рассказано о реформах, проводимых в последние годы в области военного образования в Азербайджанской Армии по поручению Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными силами Ильхама Алиева, и применяемых технологических инновациях.
После представления брифингов об истории создания, системе образования и учебных процессах в обоих университетах были обсуждены перспективы развития сотрудничества в области военного образования, а также другие вопросы, представляющие взаимный интерес.
Затем гости оставили памятную запись в Книге почетных гостей.
В заключение состоялась церемония взаимного вручения подарков.

https://mod.gov.az/ru/news/sostoyalas-vstrecha-s-delegaciej-nacionalnogo-universiteta-oborony-pakistana-video-51659.html
Hərbi qulluqçulara daimi mənzillərin verilməsi prosesi davam edir

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi davam edir.Mayın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya növbəti daimi mənzillərin verilməsi ilə bağlı tədbir keçirilib.Tədbirdə Müdafiə Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, media mənsubları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçular və onların ailə üzvləri iştirak ediblər.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin günbəgün yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıblar.Bildirilib ki, 2023-cü il dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Daimi mənzillərin verilməsi üzrə mənzil komissiyası" tərəfindən hərbi qulluqçuların ailə tərkibi, şəffaflıq və ədalətlilik, eləcə də növbəlik prinsipi nəzərə alınmaqla püşkatma mərasimi keçirilib. Seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında ümumilikdə 473 mənzil xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçular, eləcə də vəfat etmiş hərbi qulluqçuların varisləri arasında bölüşdürülüb.Hərbi qulluqçular da öz növbələrində göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

https://mod.gov.az/az/news/herbi-qulluqculara-daimi-menzillerin-verilmesi-prosesi-davam-edir-video-51662.html