Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
31.9K subscribers
17.1K photos
1.95K videos
3 files
4.29K links
Download Telegram
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Mayın 3-də Qala qəsəbəsində yerləşən 216 nömrəli tam orta məktəbdə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və onların ailə üzvləri üçün vətənpərvərlik ruhunda tədbir təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin müstəsna rolundan bəhs edən sənədli film nümayiş etdirilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin və məktəblilərin vətənpərvərlik mövzusunda təqdim etdikləri musiqi nömrələri böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə "Əsgərə məktub" layihəsi və müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan şagirdlərə mükafatlar təqdim olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

https://mod.gov.az/az/news/hhq-nin-sexsi-heyeti-ucun-vetenperverlik-ruhunda-tedbir-kecirilib-51634.html
"Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.
Tədbirdə Müdafiə, Gənclər və İdman, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, Nəsimi, Nərimanov, Binəqədi, Səbail, Xətai və Pirallahı rayonlarının Gənclər və İdman idarələrinin nümayəndələri, hərbi liseyin zabitləri, eləcə də “Şahin” hərbi-idman oyununun hakimləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər iştirakçı komandalara uğurlar arzulayıb, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsədin məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarət olduğunu qeyd ediblər. Bildirilib ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolu əvəzsizdir.
Rəsmi mərasimdən sonra hərbi liseyin kursantları və məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.
Ümumilikdə 12 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsinin qalibi cari ilin iyun ayında “Gənclər paytaxtı” Lənkəranda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.

https://mod.gov.az/az/news/quot-sahin-herbi-idman-oyununun-baki-seheri-uzre-zona-merhelesi-kecirilib-video-51637.html