ℹ️ 🇺🇦 Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulub.
⠀
"Azərbaycan Hava Yolları" ilə həyata keçiriləcək çarter reysi ilə Rumıniyadan 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.
⠀
Eyni zamanda, Türkiyənin "Tailwind" aviaşirkəti ilə daha 168 vətəndaş Bakı şəhərinə çatdırılacaq.

✈️ AZAL-dan Novruz bayramı ərəfəsində daha bir aksiya!
⠀
🇹🇷🇦🇪 Bu gün, Od çərşənbəsində İstanbul və Dubay şəhərlərinə həyata keçirilən uçuşlara endirim elan edirik.
⠀
Bakı-İstanbul-Bakı və Bakı-Dubay-Bakı (və əks istiqamətdə) marşrutu üzrə ekonom sinif aviabiletlərini saytdan 30% güzəştlə əldə etmək mümkündür!
⠀
Endirim 2022-ci il aprelin 1-dən 30-dək olan uçuşlara 2 mart saat 08:00-dək aviabilet alındıqda keçərlidir.
⠀
Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur, əldə etməyə tələsin!
👇
www.azal.az

ℹ️ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı.
⠀
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
⠀
Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
⠀
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
⠀
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
⠀
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.

⚠️ Təxliyə reysinin sərnişinlərini qarşılayanların nəzərinə!
⠀
Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu sabaha - 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a keçirilib (Bakı vaxtı ilə saat 13:00).
⠀
Həmvətənlərimizin daşınmasını həyata keçirən AZAL-ın təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16:00-da nəzərdə tutulmuşdur.
⠀
Bütün sərnişinlərdən aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində və kütləvi informasiya vasitələrində reyslər barədə ən son məlumatları izləmələrini xahiş edirik.
⠀
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək. Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

⚠️ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı
⠀
Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
⠀
Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar.
⠀
Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.
⠀
Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
⠀
Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik.
⠀
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər.

❓Suallarınıza cavablar.
Səyahət üçün PSR-test və ya COVID-pasport nə vaxt lazımdır? Buster dozası mütləqdirmi? Bu və digər tez-tez verilən suallara cavabları növbəti videoda cavablandırdıq.
⠀
İzləyin və səyahətə hazırlaşan dostlarınız ilə paylaşın.
👇
https://youtu.be/C3eWtnRmJbQ

YouTube
Pandemiya dövründə səyahətlər: Suallarınızı cavablandırırıq
❓ Səyahət üçün PSR-test və ya COVID-pasport nə vaxt lazımdır? Buster dozası mütləqdirmi? Bu və digər tez-tez verilən suallara cavabları növbəti videoda cavablandırdıq.
⠀
İzləyin və səyahətə hazırlaşan dostlarınız ilə paylaşın.
⠀
❓ When do I need a PCR-test…

✈️ AZAL-dan Novruzun İlaxır çərşənbəsində daha bir aksiyadan yararlanmağa dəvət edirik!
Bu gün, Torpaq çərşənbəsində 🇹🇷İstanbul və 🇦🇪Dubay şəhərlərinə həyata keçirilən uçuşlara endirim elan edirik.
⠀
Bakı-İstanbul-Bakı və Bakı-Dubay-Bakı (və əks istiqamətdə) marşrutu üzrə ekonom sinif aviabiletlərini saytdan 30% güzəştlə əldə etmək mümkündür!
⠀
☝️ Endirim 2022-ci il aprelin 1-dən 30-dək olan uçuşlara 16 mart saat 08:00-dək aviabilet alındıqda keçərlidir.
⠀
Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur, əldə etməyə tələsin!
Bu gün, Torpaq çərşənbəsində 🇹🇷İstanbul və 🇦🇪Dubay şəhərlərinə həyata keçirilən uçuşlara endirim elan edirik.
⠀
Bakı-İstanbul-Bakı və Bakı-Dubay-Bakı (və əks istiqamətdə) marşrutu üzrə ekonom sinif aviabiletlərini saytdan 30% güzəştlə əldə etmək mümkündür!
⠀
☝️ Endirim 2022-ci il aprelin 1-dən 30-dək olan uçuşlara 16 mart saat 08:00-dək aviabilet alındıqda keçərlidir.
⠀
Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur, əldə etməyə tələsin!
Bu gün, martın 16-da, İstanbulda Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) və Türkiyənin turizm agentlikləri arasında yeni imkanların və əməkdaşlığın inkişaf perspektivlərinin təqdimatı keçirilib.
Tədbir zamanı Türkiyədə satışların həyata keçirilməsi məsələlərinin müzakirəsinə xüsusi diqqət yetirilib, həmçinin görüşdə COVID-19 pandemiyası dövründə reyslərin yerinə yetirilməsi ilə bağlı vəzifələr müzakirə olunub.
Tədbir turizm sahəsində aviaşirkətlərlə iş üzrə dünyanın aparıcı şirkəti olan "Aviareps Turkey" tərəfindən təşkil edilib.

💡 Dostlar, @AzalClub yeni loyallıq proqramı barədə artıq məlumat vermişdik. Bu proqramın tərəfdaşlarından millər toplayaraq, onları pulsuz aviabiletə dəyişə bilərsiniz.
⠀
Bu proqram necə işləyir? Milləri necə toplamaq və onları aviabiletə necə dəyişmək olar? Bu videoda ən çox verilən suallara cavab verəcəyik.
👉 https://youtu.be/TTrfRsds6tY
⠀
Azal Club tətbiqini bu link vasitəsilə yükləyə bilərsiniz: http://onelink.to/amdcfg

✈️ 🇺🇿 AZAL aprel ayında Bakıdan Daşkənd şəhərinə uçuşlara başlayacaq.
⠀
“Azərbaycan Hava Yolları” aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
⠀
Aviaşirkət aprelin 2-dən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə bir dəfə - şənbə günləri uçuşlar həyata keçirəcək. Mayın 4-dən isə daha bir tezlik əlavə olunacaq, Daşkəndə uçuşlar çərşənbə günləri də yerinə yetiriləcək.

🍃 ✈️ Novruz bayramı ərəfəsində "Azərbaycan Hava Yolları"nın bütün reyslərinə 30% güzəşt elan edirik! 🥳
⠀
Yalnız bu gün cari ilin aprelin 1-dən 30-dək yerinə yetiriləcək bütün reyslərə 30% endirimli satış elan edirik.
⠀
21 mart saat 08:00-a qədər güzəştli bileti bron etməyə tələsin.
⠀
Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur, saytda, eləcə də bütün akkreditə olunmuş agentliklərdə əldə etməyə tələsin.
⠀
Novruz bayramınız mübarək! Hər kəsə xoş səyahətlər! ✈️
⠀
Yalnız bu gün cari ilin aprelin 1-dən 30-dək yerinə yetiriləcək bütün reyslərə 30% endirimli satış elan edirik.
⠀
21 mart saat 08:00-a qədər güzəştli bileti bron etməyə tələsin.
⠀
Qeyd edək ki, aksiya çərçivəsində yerlərin sayı məhduddur, saytda, eləcə də bütün akkreditə olunmuş agentliklərdə əldə etməyə tələsin.
⠀
Novruz bayramınız mübarək! Hər kəsə xoş səyahətlər! ✈️
⚠️ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı
⠀
Bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
⠀
Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.
⠀
⚠️ Сообщение пресс-службы ЗАО "Азербайджанские Авиалинии"
⠀
Информация, опубликованная в ряде отечественных СМИ и социальных сетях, о возобновлении с определенной даты азербайджанскими авиакомпаниями рейсов в аэропорты Москвы, не соответствует действительности.
⠀
Достоверная информация о выполнении всех рейсов авиаперевозчиками страны размещается на официальных ресурсах AZAL.

Hörmətli dostlar!
⠀
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın mülki aviasiyasının imkanlarını canlı görmək istəyən uşaqlar üçün öz qapılarını yenidən açır. ✈️👦🧒
⠀
Aprelin 9-dan etibarən Azərbaycanın əsas hava limanında 10-16 yaşlı uşaqlar üçün ekskursiyalar keçiriləcək.
⠀
Çoxlu sayda müraciətləri nəzərə alaraq, ekskursiyada iştirak üçün anketler yalnız elektron forma vasitəsilə qəbul olunacaq və daxil olma ardıcıllığına əsasən nəzərdən keçiriləcək.
⠀
Ənənəvi olaraq, ekskursiya Bakı hava limanının aşağıdakı obyekt və xidmətlərini əhatə edəcək:
1. Silk Way Technics anqarı;
2. Hava limanının kinoloji xidməti;
3. Hava limanının yanğınsöndürən xidməti;
4. AZAL təyyarəsinin göyərtəsi, uşaqlar pilot kabinəsinə də daxil ola biləcəklər.
⠀
❗️ Ekskursiya valideynlərdən birinin müşayiəti ilə gələn uşaqlar buraxılacaq.
⠀
✅ İştirak üçün müraciəti bu link vasitəsilə göndərə bilərsiniz.
⠀
✅ Ətraflı qaydalar: https://bit.ly/Qaydalar

🇮🇹 İtaliyaya reysləri bərpa edirik!
Mayın 21-dən etibarən çərşənbə və şənbə günləri Bakı-Milan-Bakı reysləri həyata keçiriləcək.

✈️ İlk ekskursiyamız necə keçdi?
⠀
Bu videoda izləyə bilərsiniz: 👉 https://youtu.be/vCD8vUtZjHE
⠀
Bundan öncə xəbər verdiyimiz kimi, AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunda ekskursiyaları bərpa etdi.
⠀
10-16 yaş arası uşaqların valideynləri elektron müraciət göndərə bilərlər.
⠀
Müraciət etmək üçün: https://forms.gle/Z26VAj39SuMdTSPz5
⠀
❗️Əziz dostlar və valideynlər, xahiş edirik, nəzərə alın ki, müraciətlərin sayı çox olduğundan (hazırda 800-dən çox), onlara növbə prinsipi əsasında baxılacaq.

AZAL üşaqlar üçün ekskursiya təşkil etdi
✈️ İlk ekskursiyamız necə keçdi?
⠀
Bundan öncə xəbər verdiyimiz kimi, AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunda ekskursiyaları bərpa etdi.
⠀
10-16 yaş arası uşaqların valideynləri elektron müraciət göndərə bilərlər.
⠀
❗️Əziz dostlar və valideynlər, xahiş…