Azad İran
5.75K subscribers
36.4K photos
22K videos
15 files
9.43K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🚨TƏCİLİ

🇮🇷 Xameneyi zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan etdi☢️


“Reuters” İran rəsmilərinə istinadla xəbər verir ki, ali rəhbər Müctəba Xameneyi zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını qadağan edib.

Mənbələrdən birinin sözlərinə görə, “ali liderin göstərişi və hakimiyyət daxilində formalaşmış konsensus uran ehtiyatlarının ölkə xaricinə göndərilməməsidir”. Bildirilir ki, bu qərar Tehranın ABŞ ilə mümkün danışıqlarda mövqeyini daha da sərtləşdirir.

Reuters yazır ki, Vaşinqtonun əsas tələblərindən biri İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması idi. Ancaq Donald Trampın dəfələrlə hərbi əməliyyatlarla bağlı təhdidlərindən sonra Tehranın mövqeyinin dəyişdiyi iddia olunur.

Məlumata görə, İran tərəfi alternativ variant kimi Atom Enerjisi üzrə Beyəlxalq Agentliyin (AEBA) nəzarəti altında uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması imkanını nəzərdən keçirir. (Euronews)

#İran #MüctəbaXameneyi #uranehtiyatları #qadağa
😁2
📰 Financial Times: “Körfəz böhranı yeni başlamış ola bilər” 🌊🤔

“Financial Times” qəzeti yazıb ki, qlobal bazarlar Fars körfəzindəki böhranın tezliklə başa çatacağına ümid etsə də, analitiklər vəziyyətin daha ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Qəzetin məlumatına görə, İran ətrafındakı gərginlik, Hörmüz boğazındakı məhdudiyyətlər və enerji infrastrukturuna dəyən ziyan artıq qlobal təchizat zəncirinə təsir göstərməyə başlayıb. Təxminən 80 gündür neft, LNG və digər strateji məhsulları daşıyan çox sayda tanker boğazdan keçmir.

Bildirilib ki, əvvəllər bölgədən çıxmış yüklər bazarı müəyyən müddət təmin etsə də, yeni daşımaların olmaması yaxın aylarda real çatışmazlıqlara səbəb ola bilər.

Analitiklərin fikrincə, yaranan vəziyyət dünya iqtisadiyyatını ya resursların məhdudlaşdırılması, ya da iqtisadi tənəzzül riski ilə qarşı-qarşıya qoyacaq. (Iranintl)

#Farskörzəfi #Hörmüzboğazı #məhdudiyyət #böhran #xəbərdarlıq

Kanala abunə olun
🔥1🤔1
🇮🇷 İran futbol komandası Dünya Kuboku üçün 🇺🇸 ABŞ vizası almağa çalışır ⚽️🏆

İran milli futbol komandasının üzvləri 2026-cı il FIFA Dünya Kubokunda iştirak üçün viza almaq məqsədilə Ankaradakı ABŞ səfirliyinə müraciət ediblər. İran mediası futbolçuların səfirliyə daxil olarkən görüntülərini yayımlayıb.

Hazırda Türkiyənin Antalya şəhərində təlim məşqlərində olan İran yığması Dünya Kubokuna hazırlıqları davam etdirir. Daha öncə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac komandanın çempionatda “mütləq iştirak edəcəyini” bildirsə də, ABŞ vizalarının hələ təsdiqlənmədiyini açıqlamışdı.

İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmmədnəbi isə bildirib ki, milli komanda ABŞ ilə siyasi gərginliyə baxmayaraq, plan üzrə Dünya Kubokunda iştirak edəcək.

#İran #futbolkomandası #DünyaKuboku #ABŞ #viza

Kanala abunə olun
🇮🇷 Vilayəti: “Zəngəzur dəhlizi ilə bağlı xəritəni 🇺🇸 Vaşinqton yox, Tehran müəyyən edir” 🛣

Bu gün İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı absurd açıqlama verib.

O bildirib ki, Qafqazda geosiyasi hesablamaların dəyişməsi və “Tramp dəhlizi” (Zəngəzur dəhlizi) ifadəsinin aktuallığını itirməsi regional nəqliyyat xətlərinin formalaşmasında yeni mərhələnin başladığını göstərir.

“Regional dəhlizlərin xəritəsi artıq Vaşinqtonun təzyiq və təhdidləri ilə deyil, “Tehranın meydandakı reallıqları” ilə müəyyən olunur”, - deyə, o iddia edib.

Vilayəti qeyd edib ki, ABŞ-nin bölgədəki siyasəti daxili problemlərlə paralel şəkildə çətinləşir və Vaşinqton “gündəlik İran təhdidləri” və iqtisadi problemlər arasında balans yaratmağa çalışır.

O, ABŞ-də inflyasiya və enerji bazarındakı vəziyyətə də toxunaraq, Vaşinqtonun daxili inflyasiyanı cilovlamaq üçün neft qiymətlərinin düşməsinə ehtiyacı olduğunu deyib.

#İran #Vilayəti #Zəngəzurdəhlizi #iddia
🤮3
🇺🇸 Trampın paylaşımı diqqət çəkdi: “🇮🇷 Tehranı necə əzmək olar?” 🤔

Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında “New York Post” qəzetinin İranla bağlı xəbərini paylaşıb.

Tramp paylaşımında əlavə heç bir şərh yazmayıb. Ancaq paylaşılan materialda diqqət çəkən əsas məqam “New York Post”un İranla bağlı istifadə etdiyi sərt başlıq olub.

Məlumata görə, qəzetin məqaləsi “Tehranı üç addımda necə əzmək olar” başlığı ilə yayımlanıb.

#ABŞ #Tramp #İran #Tehran

Kanala abunə olun
2🔥1
🇮🇷 Pezeşkiandan orduya açıq dəstək

Bu gün Vaşinqtonun Tehrandan “lazımi cavab” alınmadığı təqdirdə hərbi əməliyyatları bərpa edə biləcəyi ilə bağlı xəbərdarlıqlar fonunda hökumət ordunun müdafiə potensialına dəstəyi artırdığını açıqlayıb.

İran prezidenti Məsud Pezeşkian Ordunun baş komandanı, general Əmir Hatəmi ilə keçirdiyi görüşdə hökumətin Silahlı Qüvvələrin gücləndirilməsinə dəstək verdiyini bildirib.

Pezeşkian görüş zamanı ordunun müharibədə göstərdiyi “qətiyyətli cavabları” yüksək dəyərləndirib. O, qeyd edib ki, hökumət Silahlı Qüvvələrin yanında olacaq və avadanlıqların modernləşdirilməsi, logistik təminatın gücləndirilməsi və çəkindirmə potensialının artırılması proqramlarını dəstəkləyəcək.

Hatəmi atəşkəs dövründə ordunun gücləndirilməsi istiqamətində aparılan işlərdən danışıb. O, bildirib ki, son hərbi təlimlər ordunun imkanlarını yeniləyərək istənilən “avantürist addıma” qarşı qətiyyətli cavab verməyə hazır olduğunu göstərir. (ISNA)

#İran #Pezeşkian #ordu #dəstək

Kanala abunə olun
🤮2
🚨TƏCİLİ

🇪🇺 Avropa parlamenti 🇮🇷 İranda repressiyaları pisləyən qətnamə qəbul etdi 📢

Bu gün Avropa parlamenti İranda etirazçılara, müxalif fəallara, siyasi məhbuslara və dini azlıqlara qarşı repressiyaları pisləyən birgə qətnamə qəbul edib.

Qətnamə 516 lehinə, 14 əleyhinə, 92 bitərəf səslə qəbul olunub.

Sənəddə İran hakimiyyətindən edamların dərhal dayandırılması, siyasi məhbusların azad edilməsi və insan hüquqları pozulmasına görə məsul şəxslərin cavabdehliyə cəlb olunması tələb edilib.

Avropa Parlamentinin üzvləri İranda qadınlara, vətəndaş cəmiyyəti fəallarına və dini azlıqlara qarşı artan təzyiqlərlə bağlı ciddi narahatlıqlarını dilə gətiriblər.

Qətnamədə repressiyalara görə cavabdeh sayılan İran rəsmiləri və qurumlarına qarşı sanksiyaların genişləndirilməsinə çağırılıb. Bura Məhkəmə-Ədliyyə Sistemi, SEPAH və İranın ali rəhbəri ilə əlaqəli qurumlar daxildir. (Iranintl)

تصویب قطعنامه پارلمان اروپا علیه سرکوب و اعدام ها در ایران

#Avropaparlamenti #qətnamə #İran #repressiya

Kanala abunə olun
👍1
🇺🇸 ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən 🇮🇷 iranlı general kimdir?

İranın silahlı qüvvələrinin komandanı olan general Əhməd Vəhidi Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlarda əsas fiqurlardan biri olub.

Bu haqda "Associated Press" agentliyi məlumat yayıb.

Mütəxəssislərin qənaətinə görə, o, İranın ali rəhbəri Müctəba Xameneyi ilə birbaşa təmasa malik olan azsaylı şəxslərdəndir.
Müharibənin Öyrənilməsi İnstitutunun məlumatında qeyd olunur ki, Vəhidi və onun yaxın çevrəsi böyük ehtimalla təkcə İranın münaqişələrə hərbi cavabı deyil, həmçinin danışıqlar prosesinə də nəzarəti öz əllərində cəmləşdirmək üçün seçimidir.
Azad İran
🇺🇸 ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən 🇮🇷 iranlı general kimdir? İranın silahlı qüvvələrinin komandanı olan general Əhməd Vəhidi Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlarda əsas fiqurlardan biri olub. Bu haqda "Associated Press" agentliyi…
Tehranın əsas hədəfi qlobal miqyasda enerji böhranı yarada biləcək Hörmüz boğazını bağlamaqdan ibarətdir.
Müzakirələr prosesində İran tərəfi ABŞ-nin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi ilə bağlı tələblərini qəbul etmir.
Tehran rəhbərliyi mövcud gərginliyi uzatmağı və Donald Trampın genişmiqyaslı hərbi əməliyyatlara başlamaqdan çəkinməsini gözləyir.
Qeyd edək ki, aprel ayında hər iki dövlətin nümayəndə heyəti Pakistanda görüşsə də, bu danışıqlar heç bir nəticə verməyib.
2026-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı postuna gətirilən Vəhidi özünün barışmaz mövqeyi ilə seçilir.
General daha öncə "Qüds" qüvvələrinin komandanı və İranın daxili işlər naziri postlarını tutub.
Təhlilçilərin fikrincə, Vəhidinin bu prosesdəki iştirakı Vaşinqton və Tehran arasında ortaq məxrəcə gəlmək cəhdlərini daha da mürəkkəbləşdirir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰 Pakistanın daxili işlər naziri yenidən 🇮🇷 İran XİN rəhbəri ilə görüşüb

Bir həftə ərzində ikinci dəfə Tehrana səfər edən Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib.

Məlumata görə, Nəqəvi Tehranda baş tutan görüşdə ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparıb.

Qeyd olunur ki, Pakistan rəsmisi son günlərdə ikinci dəfə İran paytaxtına səfər edərək yüksək səviyyəli diplomatik təmasları davam etdirib. (ISNA)

#Pakistan #DİN #İran #XİN #görüş

Kanala abunə olun
🇮🇷 Qalibafın oğlunun xaricdəki gəlirləri diqqət çəkir 💵

🇬🇧 Britaniyanın “The Guardian” qəzeti İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İshaq Qalibafın 🇦🇺 Avstraliyadakı həyatı və fəaliyyəti ilə bağlı yeni məlumatlar yayıb.

Məlumatlar İshaq Qalibafın Kanadada daimi yaşayış icazəsi almaq üçün Federal Məhkəməyə təqdim etdiyi sənədlər əsasında ortaya çıxıb.

Hesabatda onun 2014-cü ildə Melbrun şəhərinə köçdüyü bildirilir.

Qəzet yazıe ki, o, 2015–2018-ci illərdə Melburn Universitetində magistr təhsili alıb.
Bank sənədlərində isə 2018-ci ildə daşınmaz əmlak agentliyindən aylıq 1.353 dollar məbləğində iki ödəniş aldığı və bunların kirayə gəliri kimi göstərildiyi qeyd olunub.

Hesabatda İshaq Qalibafın 2016–2018-ci illərdə Melburn Universitetində tədqiqat köməkçisi kimi çalışdığı bildirilib.

Maliyyə sənədləri əsasında 2019-cu ildə onun İrandakı bank hesabında 148 min dollar, Avstraliyadakı bank hesabında isə 15 min dollar vəsaitinin olduğu açıqlanıb. (Iranintl)
🇦🇲🇮🇷 Ermənistan və İran iqtisadi–ticarət əməkdaşlığını müzakirə edib

Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran XİN başçısının iqtisadi məsələlər üzrə müavini Həmid Qəmbəri ilə görüşüb.

Görüşdə ölkələr arasında ikitərəfli iqtisadi gündəlik məsələləri, həmçinin infrastruktur, energetika və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi sahələrində birgə layihələrin icrası vəziyyəti müzakirə olunub.

Akopyan “Şimal-Cənub” marşrutu çərçivəsində Ermənistanın Qacaran-Agarak bölgəsində tikinti işlərinin müəyyən edilmiş müddətdə başa çatdırılmasının vacibliyini qeyd edib. Qəmbəri isə öz növbəsində İranın İrəvan və Tehran arasında iqtisadi–ticarət əməkdaşlığını dərinləşdirməyə hazır olduğunu bildirib.

#Ermənistan #İran #əməkdaşlıq

Kanala abunə olun
Son sutkada 31 gəmi 🇮🇷 SEPAH-ın razılığı ilə Hörmüz boğazından keçib 🌊 🚢

SEPAH-ın Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 31 gəminin İran tərəfi ilə koordinasiyalı şəkildə Hörmüz boğazını keçdiyini bəyan edib. Qurumun məlumatına görə, bu gəmilərin arasında neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri olub.

SEPAH həm də qeyd edib ki, "🇺🇸ABŞ ordusunun təcavüzünə" baxmayaraq, Hərbi Dəniz Qüvvələri bu gəmilərin təhlükəsiz keçidini təmin etməyə çalışıb.(Fars News)

#SEPAH #Hörmüzboğazı #gəmi #koordinasiya

Kanala abunə olun
🇦🇪 BƏƏ: "Hörmüz boğazından yan keçən boru kəməri" layihəsinin inşası 50% tamamlanıb" 🌊

BƏƏ-nin "Barakah" atom elektrik stansiyasına edilən dron hücumundan sonra 🇺🇳 BMT Təhlükəsizlik Şurasının təcili iclası ilə eyni vaxtda, Əbu-Dabi strateji bir boru kəmərinin tikintisində mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb.

Bu layihə "Hörmüz boğazından yan keçmək" məqsədilə layihələndirilib və ölkənin neft ixracatının bu həyati əhəmiyyətli su yolundan asılılığını əhəmiyyətli dərəcədə azalda bilər.

Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru çərşənbə günü, mayın 20-də bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazından yan keçəcək ikinci boru kəmərinin inşasının təxminən 50 faizini tamamlayıb. (Euro News)

#BƏƏ #Hörmüzboğazı #borukəməri

Kanala abunə olun
🇦🇫 Əfqanıstanda qızların evlilik yaşı doqquza endirilib 👧

Bu haqda The Times" qəzeti xəbər yayıb.

Hökumət evlilik mərhələsini yetkinlik yaşına çatma ilə əlaqələndirərək, qızların evlənməsi üçün minimum yaşı mahiyyət etibarilə ləğv edib.
Evliliyə razılıq da yenidən müəyyən edilib - qızın susması kifayətdir.

#Əfqanıstan #Taliban #qızlar #evlilikyaşı

Kanala abunə olun
🤬8
🇺🇸 Tramp 🇮🇷 İrana təzyiqi artırır: Nefti və Hörmüz boğazını nəzarətdə saxlayır

Tramp "Truth Social" hesabında İrana qarşı təzyiqlərin gücləndirilməsinin zəruriliyindən bəhs edən "New York Post" qəzetinin məqaləsini paylaşıb.

Məqalədə iddia olunur ki, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqi artırmaqla yanaşı, eyni zamanda ABŞ-nin enerji sahəsindəki liderliyini möhkəmləndirməli və Hörmüz boğazında gəmiçiliyə nəzarəti təmin etməlidir.👇👇👇
Azad İran
🇺🇸 Tramp 🇮🇷 İrana təzyiqi artırır: Nefti və Hörmüz boğazını nəzarətdə saxlayır Tramp "Truth Social" hesabında İrana qarşı təzyiqlərin gücləndirilməsinin zəruriliyindən bəhs edən "New York Post" qəzetinin məqaləsini paylaşıb. Məqalədə iddia olunur ki, Vaşinqton…
Qeyd olunur ki, İran iqtisadiyyatı təzyiqlərə məruz qalmaqda davam edir: neft və neft-kimya məhsullarının ixracından gələn gəlirlər azalır, milli valyuta zəifləyir və ölkənin maliyyə ehtiyatları tükənir.
ABŞ Maliyyə nazirinin sanksiyaların genişləndirilməsini və məhdudiyyətlərdən yayınma sxemlərinə nəzarətin gücləndirilməsini nəzərdə tutan "İqtisadi Qəzəb" proqramı təşəbbüsü ayrıca vurğulanır.

Bundan əlavə, nəşrdə ABŞ-nin neft infrastrukturunun modernləşdirilməsini sürətləndirmək, Səudiyyə Ərəbistanı və BƏƏ ilə birgə layihələr də daxil olmaqla, Hörmüz boğazından yan keçən alternativ neft və qaz tədarükü marşrutlarını inkişaf etdirmək təklif olunur.

Məqalə müəllifinin fikrincə, Fars körfəzində təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə birlikdə iqtisadi təzyiqlərin davam etdirilməsi, ABŞ-nin Tehranla nüvə proqramı üzrə danışıqlarda mövqeyini gücləndirə bilər.

#ABŞ #Tramp #İran #Hörmüzboğazı

Kanala abunə olun
🇷🇺 Rusiya XİN: "🇮🇷 İranın uran ehtiyatlarının taleyini yalnız Tehran müəyyən etməlidir"

Bu gün Rusiya Xarici İşlər Nazirliyi İranın uran ehtiyatları ilə bağlı açıqlama verib.

Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, İranın uran ehtiyatlarının gələcək taleyinə yalnız Tehran qərar verməlidir.

Zaxarova qeyd edib ki, Moskvanın rəsmi mövqeyi ondan ibarətdir ki, İranın nüvə məsələsi yalnız diplomatik yollarla və İranın maraqları nəzərə alınaraq həll olunmalıdır.

Rusiya tərəfi vurğulayıb ki, nüvə proqramı ətrafında yaranan bütün məsələlər siyasi təzyiqlərdən uzaq, danışıqlar yolu ilə tənzimlənməlidir.

#Rusiya #İran #nüvəproqramı

Kanala abunə olun
😁2
🇬🇧 Britaniyalı cütlük 🇮🇷 İran zindanında aclıq aksiyası keçirir

Tehranın bədnam Evin həbsxanasında saxlanılan britaniyalı məhbus Krig Formen və həyat yoldaşı Lindsi Formen 13 gündür aclıq aksiyası keçirirlər.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Cütlük, görüşə icazə verilməməsinə, özlərinə qarşı tətbiq edilən məhdudiyyətlərə və ailələri ilə telefon əlaqəsi saxlamalarına qadağa qoyuluğuna etiraz olaraq aclıq aksiyası keçirdikləri bildirilib.

Məlumata görə, həbsxana rəhbərliyi Lindsi Formenə ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə veriləcəyinə vəd verdikdən sonra o aksiyanı dayandırıb.
Ancaq vəd yerinə yetirilmədiyi üçün bir gün sonra yenidən aclığa başlayıb.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və həyat yoldaşı Lindsi Formen 2025-ci il dekabrın 30-da İranın Kerman əyalətindən keçdikləri vaxt saxlanılıblar.
"Casusluqda" ittiham olunan cütlüyün hər birinə 10 il həbs cəzası verilib.

#Britaniya #İran #həbs #aclıqaksiyası

Kanala abunə olun
🇺🇸 ABŞ: "🇮🇷 Tehran Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edərsə, İranla saziş qeyri-mümkündür" 🌊🚢

ABŞ Dövlət Katibi Marko Rubio bəyan edib ki, əgər İran Hörmüz boğazından gəmilərin keçidi üçün ödəniş sistemini tətbiq edərsə, Vaşinqtonla Tehran arasında hər hansı bir razılaşmanın əldə olunması qeyri-mümkün olacaq.

#ABŞ #İran #rüsum #keçid #Hörmüzboğazı

Kanala abunə olun