AZERBAIJANI MILITARY PORTAL
1.16K subscribers
2.94K photos
1.66K videos
428 links
Ən yeni hərbi xəbərlər və məlumatlar bu kanalda
Download Telegram
🇺🇦💥 SBU Rusiyada iki döyüş təyyarəsini vurduğunu açıqlayıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Adıgey Respublikasındakı hərbi aerodroma PUA-larla zərbə endirdiyini bildirib.

✈️ Məlumata görə, hücum zamanı Rusiyaya məxsus Su-35 və Su-34 döyüş təyyarələri, həmçinin sursat anbarı vurulub.

📍 Aerodromun Ukraynadan təxminən 500 km məsafədə yerləşdiyi bildirilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Rusiya Kiyevdə körpünü vurub, Ukraynada 6 nəfər ölüb

Rusiya qüvvələrinin Ukraynaya yeni zərbələri nəticəsində azı 6 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

💥 Kiyevdə Şimal körpüsü zədələnib, nəqliyyatın hərəkəti dayandırılıb. Xarkov və ətrafında 5 nəfər, Odessa vilayətində mülki yük gəmisində isə bir dənizçi həlak olub.
🇷🇺 Rusiyanın Tu-95MS təyyarəsinin qəzasında 8 zabit ölüb

• Ölənlərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub.

• Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir.

• Tu-95MS sentyabrın 29-da Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
NATO blokun şərq cinahına Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır.

Bildirilib ki, "Qələbə Nəzəriyyəsi" adlı sənəd oktyabrın 12-də Polşada təqdim olunacaq.

https://t.me/AzMilitary
👍1
🇦🇲🇮🇷Ermənistan və İran XİN rəhbərləri TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
‼️‼️Azərbaycan xüsusi təyinatlıları Pakistanda təlimlərdə iştirak edib
Məkkə Birgə Müdafiə Alyansı (Məkkə Sazişi) qüvvəyə minib, Türkiyə və Pakistan hərbi qüvvələri Səudiyyə Ərəbistanına göndərilir.

⚡️Pakistanlı general-leytenant Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib.
HDQ-nin ehtiyatda olan zabiti Rüstəm Həsənov dünən gecə Qara Dənizdə Rusiyanın drone hücumu nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin 🇦🇿🤲, Yaxınlarına Allahdan səbir diləyirik.
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı ö**dürülüb.

Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.

🔸Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün bundan əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin (Rusiya) PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Vahab Quliyev, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.