AZERBAIJANI MILITARY PORTAL
1.15K subscribers
2.94K photos
1.66K videos
428 links
Ən yeni hərbi xəbərlər və məlumatlar bu kanalda
Download Telegram
‼️‼️‼️Prezident İlham Əliyev: "Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər"
👍2
❗️Prezident İlham Əliyev: “Yaşıl gündəlik”lə bütün dünyanı bezdirən aktivistlər də artıq başa düşüblər ki, yəni neftsiz, qazsız, yanacaqsız heç bir iqtisadiyyat inkişaf edə bilməz
👍2
🇷🇺Putin Kadırova ordu generalı rütbəsi verib
🇦🇿🇹🇷Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Zelenski: Ukraynanın uzaqmənzilli imkanları son 24 saatda Rusiyadakı hədəflərə zərbələr endirib

🔹 Samara vilayətində Rusiyanın hərbi sənayesinə xidmət edən hədəflər vurulub.

🔹 Bryansk vilayətində “İsgəndər” raket sistemlərini idarə edən Rusiya qüvvələrinin mövqelərinə zərbələr endirilib.
🔥1
🇦🇿❗️Bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
‼️‼️‼️Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
🇺🇦💥 SBU Rusiyada iki döyüş təyyarəsini vurduğunu açıqlayıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Adıgey Respublikasındakı hərbi aerodroma PUA-larla zərbə endirdiyini bildirib.

✈️ Məlumata görə, hücum zamanı Rusiyaya məxsus Su-35 və Su-34 döyüş təyyarələri, həmçinin sursat anbarı vurulub.

📍 Aerodromun Ukraynadan təxminən 500 km məsafədə yerləşdiyi bildirilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Rusiya Kiyevdə körpünü vurub, Ukraynada 6 nəfər ölüb

Rusiya qüvvələrinin Ukraynaya yeni zərbələri nəticəsində azı 6 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

💥 Kiyevdə Şimal körpüsü zədələnib, nəqliyyatın hərəkəti dayandırılıb. Xarkov və ətrafında 5 nəfər, Odessa vilayətində mülki yük gəmisində isə bir dənizçi həlak olub.
🇷🇺 Rusiyanın Tu-95MS təyyarəsinin qəzasında 8 zabit ölüb

• Ölənlərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub.

• Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir.

• Tu-95MS sentyabrın 29-da Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
NATO blokun şərq cinahına Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır.

Bildirilib ki, "Qələbə Nəzəriyyəsi" adlı sənəd oktyabrın 12-də Polşada təqdim olunacaq.

https://t.me/AzMilitary
👍1
🇦🇲🇮🇷Ermənistan və İran XİN rəhbərləri TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
‼️‼️Azərbaycan xüsusi təyinatlıları Pakistanda təlimlərdə iştirak edib