AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətləri rəhbərlərinin  üçtərəfli ilk görüşü keçirilib.
🇦🇿🇮🇷🇷🇺
22 avqust 2022-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib.

Görüşdə  çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük general leytenantı Şahin Bağırov gömrük xidməti orqanlarının ilk  3 tərəfli tədbirinin əhəmiyyətini vurğulamış və  bildirmişdir ki,  bu formatda belə görüş ilk olaraq keçirilir. Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilmiş və hər üç ölkənin iştirakı ilə imzalanacaq  tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşurutu üzrə  sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.  Qeyd olunmuşdur ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq  təkan verəcəkdir. 

Görüş zamanı vurğulanmışdır ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq. 

Yekunda  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanmış və bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulmuşdur.
🇦🇿 #AZƏRBAYCAN, #İRAN 🇮🇷#RUSİYA 🇷🇺 GÖMRÜK XİDMƏTLƏRİ RƏHBƏRLƏRİNİN  ÜÇTƏRƏFLİ İLK GÖRÜŞÜ KEÇİRİLİB


https://customs.gov.az/az/faydali/xeberler/5044
🇦🇿 #AZƏRBAYCAN#İRAN🇮🇷 GÖMRÜK XİDMƏTİ NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN RƏHBƏRLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

https://customs.gov.az/az/faydali/xeberler/5045
🇦🇿 #Azerbaijan's Economy Ministry prepared several #investment projects on #Karabakh - AZPROMO
https://en.trend.az/business/economy/3636571.html
🇦🇿Head of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of #Azerbaijan L.Abdullayeva answers the question of the local #media on commenting the press #Statement of the US Secretary of State Antony Blinken dated August 24

https://mfa.gov.az/en/news/no37322