AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
"Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.
Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.
Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.

https://mod.gov.az/az/news/quot-snayper-heddi-musabiqesinde-sinaq-atislari-yerine-yetirilib-41403.html
İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub

🇦🇿🇮🇷
https://mod.gov.az/az/news/iran-herbi-numayende-heyetinin-azad-edilmis-erazilere-seferi-teskil-olunub-41406.html

@AzEmbIran
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran XİN Protokol İdarəsinin baş direktoru Mehdi Hünərdust ilə görüşüb.
🇦🇿🇮🇷
آقای علی علیزاده سفیر جمهوری آذربایجان در جمهوری اسلامی ایران با آقای مهدی هنردوست مدیر کل تشریفات وزارت امورخارجه جمهوری اسلامی ایران ملاقات نمودند.

@AzEmbIran
🇦🇿 #Azerbaijan's foreign #trade turnover significantly increases
https://en.trend.az/business/3633841.html
İran hərbi nümayəndə heyəti Ağdam rayonunda olub

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar. Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.

https://mod.gov.az/az/news/iran-herbi-numayende-heyeti-agdam-rayonunda-olub-41439.html