AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Yaz yağışından sonra Şuşa səmasını bəzəyən gözəl göy qurşağı
🇦🇿
منظره زیبای طبیعت بعد از باران

شهر شوشا/ جمهوری آذربایجان

beautiful rainbow 🌈 in the Shusha blue sky after the rain on spring 🌦️

#amazing #beautifulview #beautiful #sky #view #rain #rainbow #rain #spring #time #nature #photography #Shusha #Şuşa
#Azerbaijan #yearofShusha
#Shusha270
#آذربایجان
#شوشا
#باران
#طبیعت

📸shusha.city.az

@AzEmbIran
The 4th meeting of the High-Level Working Group on Caspian Sea issues kicks off in Tehran, Iran. The delegation of the Republic of Azerbaijan is led by the Deputy FM Mr.Khalaf Khalafov.
🇦🇿
Tehranda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 4-cü iclası işə başlayıb. Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Xələf Xələfov rəhbərlik edir.

#meeting
#conference
#diplomats
#amabassador
#ministry
#foreignaffairs
#highlevel
#workinggroup
#delegation
#Azerbaijan
#caspiansea
#Tehran
#Iran

@azerbaijanmfa

@AzEmbIran
Tehranda, İƏT-in Baş katibliyində keçirilən və Azərbaycan Respublikasının nümayəndə heyətinin də iştirak etdiyi "İƏT -in səmərəliliyinin artırılması və təşkilatın mövqeyinin gücləndirilməsi” üzrə yüksək səviyyəli nümayəndələrin xüsusi sessiyası uğurla başa çatıb. 🇦🇿

@AzEmbIran
Media is too big
VIEW IN TELEGRAM
Hal-hazırda: 28 May - Müstəqillik Günü münasibəti ilə Tehran şəhərində yerləşən Parsian İstiqlal otelində rəsmi qəbul keçirilir.
🇦🇿
در حال حاضر به مناسبت ۲۸ می - روز استقلال جمهوری آذربایجان در هتل پارسیان استقلال واقع در شهر #تهران مراسم رسمی برگزار می شود.
🇦🇿
Happening-now: Official reception on the occasion of the May 28 - #IndependenceDay of the Republic of #Azerbaijan is being held at the Parsian Esteghlal International Hotel in #Tehran

@AzEmbIran
Media is too big
VIEW IN TELEGRAM
Hal-hazırda: 28 May - Müstəqillik Günü münasibəti ilə Tehran şəhərində yerləşən Parsian İstiqlal otelində keçirilən rəsmi qəbuldan maraqlı görüntülər
🇦🇿

تصاویر جالب توجه از مراسم رسمی برگزار شده به مناسبت ۲۸ می - روز استقلال در هتل پارسیان استقلال واقع در شهر تهران.
🇦🇿
happening-now: Interesting scenes from the official reception on the occasion of May 28 - Independence Day which was held at the Parsian International Hotel in Tehran

@AzEmbIran
Media is too big
VIEW IN TELEGRAM
28 May - Müstəqillik Günü münasibəti ilə Tehran şəhərində yerləşən Parsian İstiqlal otelində rəsmi qəbul keçirilib.
🇦🇿
به مناسبت ۲۸ می - روز استقلال جمهوری آذربایجان در هتل پارسیان استقلال واقع در شهر تهران مراسم رسمی برگزار گردید.
🇦🇿

Official reception on the occasion of the May 28 - Independence Day of the Republic of Azerbaijan was held at the Parsian Esteghlal International Hotel in Tehran 🇮🇷

#IndependenceDay
#National
#Day
#Azerbaijan
#official
#ceremony
#hotel
#Parsian
#esteghlal
#Iran

#آذربایجان
#تهران
#استقلال

@AzEmbIran
Tehranda “28 May - Müstəqillik Günü” təntənəli qeyd olunub
“28 May - Müstəqillik Günü”nün 104-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən Tehran şəhərinin İstiqlal mehmanxanasında təşkil olunan rəsmi qəbulda İranın Yol və şəhərsalma naziri, Azərbaycan, İran, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin müavinləri, İranın dövlət rəsmiləri və tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin İrandakı səfirləri, diplomatlar, İran Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri və İranda yaşayan azərbaycanlılar iştirak etmişlər.
Azərbaycan və Iranın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçılarını salamlayan səfir Əli Əlizadə, 28 May - Azərbaycanın Respublikasının Müstəqillik Gününün, Azərbaycan Xalq Cümhuriyyətinin və müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi gün olduğunu bildirmişdir. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını qeyd etmişdir. Əli Əlizadə keçdiyimiz tarixin, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu göstərdiyini qeyd edərək, 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulamışdır.
Səfir bildirmişdir ki, 1918-ci ildə ADR-in yaradılmasının Azərbaycan xalqı üçün tarixi hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və onun xalqı üçün növbəti şanlı tarixi qələbə və nailiyyət olmuşdur. Səfir, Azərbaycan Prezidentinin 2022-ci ili “Şuşa ili” elən etdiyini və onun birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini, mədəni və ictimai tədbirlərin keçirilməsi ənənəsinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya yenidən qayıtdığını diqqətə çatdırmışdır.
Əli Əlizadə müstəqilliyimizin bərpasında sonra Azərbayacanın İran İslam Respublikası ilə əlaqələrinin möhkəmləndiyini və inkişaf etdiyini vurğulamışdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhəddi adlandırdı qeyd edən səfir, Azərbaycan Respublikasının İranla möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası və xalqlararası münasibətlərə xüsusi önəm verdiyini, iki ölkə prezidentlərinin ötən il keçirilmiş səmimi görüşünün və iki ölkə arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı qəbul edilmiş qərarların əlaqələrimizin daha da yüksəlməsi və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına öz töhfəsini verdiyini diqqətə çatdımışdır. Səfir Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verərək, ötən il Azərbaycan ilə İran arasında da ticarət dövriyyəsinin 30 % artdığını qeyd etmişdir. Bu il Azərbaycanla İranın diplomatik münasibətlərinin yaradılmasının 30 illiyinin də qeyd olunduğunu bildirən Əli Əlizadə bu münasibətlə, eləcə də “28 May – Müstəqillik Günü” münasibəti ilə təbriklərini çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov İranla əməkdaşlıq əlaqələrinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda hər iki ölkə Prezidentlərinin siyasi iradəsi ilə Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.