AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Hal-hazırda: Tehranda Azərbaycan xalqının Ümummilli Lideri - Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Diplomatların şahmat turniri” keçirilir.
🇦🇿
در حال حاضر: در تهران «مسابقه شطرنج دیپلمات ها» اختصاص یافته به نود و نهمین سالگرد تولد رهبر ملی مردم آذربایجان - حیدر علی اف، برگزار می گردد.
🇦🇿
Happening-now:The "Diplomats chess tournament" dedicated to the 99th birthday anniversary of the National Leader of Azerbaijan - Heydar Aliyev is being held in Tehran.
#Azerbaijan #NationalLeader #HeydarAliyev #birth
#anniversary #memory #Embassy #Ambassador #diplomats #chess #tournament
#آذربایجان
@AzEmbIran
Media is too big
VIEW IN TELEGRAM
Tehranda Azərbaycan xalqının Ümummilli Lideri - Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Diplomatların şahmat turniri” keçirilmişdir
🇦🇿
در تهران «مسابقات شطرنج دیپلمات ها» اختصاص یافته به نود و نهمین سالگرد تولد رهبر ملی آذربایجان - حیدر علی اف، برگزار گردید.
🇦🇿
The "Diplomats chess tournament" dedicated to the 99th birthday anniversary of the National Leader of Azerbaijan - Heydar Aliyev was held in Tehran.

#Azerbaijan #NationalLeader #HeydarAliyev #birth
#anniversary #memory #Embassy #Ambassador #diplomats #chess #tournament
#آذربایجان
@AzEmbIran
Tehranda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə şahmat turniri keçirilib
🇦🇿🇦🇿🇦🇿
🏆🏆🏆
May ayının 10-da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə Tehranda akkreditə olunan diplomatik nümayəndəliklərdə çalışan diplomatların iştirakı ilə şahmat turniri keçirilmişdir. Turnirdə Azərbaycan, Macarıstan, Polşa, Kenya, Qırğız və Rusiya diplomatları, BMT-nin İrandakı ofisinin və İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibliyinin əməkdaşları iştirak etmişlər.
Turnirə İranın Şahmat Federasiyasından dəvət olunmuş FİDE-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Əmir Erfan Haşemi hakimlik etmişdir. Turnir 12 oyunçunun iştirakı ilə, 5 tur olmaqla İsveçrə sistemi üzrə keçirilmiş və turnirin qalibləri müvafiq olaraq Azərbaycan, Polşa və Macarıstan diplomatları olmuşlar. Qaliblər kuboklar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Turnirin ardınca Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan qaliblərin mükafatlandırılması mərasimində çıxış edən səfir Əli Əlizadə, ümummilli lider Heydər Əliyevin Azərbaycana etdiyi misilsiz xidmətlərindən danışıraq, onun Azərbaycan dövlətini və xalqını tarixin çətin və sərt sınaqlarından başı uca çıxartdığını, güclü və müstəqil Azərbaycan dövlətini yaratdığını və ölkəmizin parlaq gələcəyinin təməlini qoyduğunu bildirmişdir. Səfir Əli Əlizadə, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə, o cümlədən idman sahəsində də böyük nailiyyətlər əldə etdiyini vurğulamış, Azərbaycan şahmatçılarının da dünyanın ən güclü şahmatçıları sırasında olduğunu diqqətə çatdırmışdır. Səfir Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən təşkil olunmuş şahmat yarışının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünü qeyd etməklə yanaşı, eyni zamanda idmana diqqətin artmasına və diplomatların asudə vaxtlarının səmərəli keçirilməsinə də şərait yaratdığını bildirmiş, yarışın qaliblərini təbrik etmişdir.
Macarıstanın İrandakı səfiri, Tehranda akkreditə olunmuş Diplomatların Şahmat klubunun rəhbəri Zoltan Varga-Haszonits də çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı keçirilmiş turnirin çox maraqlı və yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə diplomatlar adından öz təşəkkürünü bildirmişdir.
Mərasim Azərbaycan xalq musiqilərinin səsləndirilməsi və şam yeməyi ilə davam etmişdir.