AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
🇦🇿 #Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ilə 🇮🇷 #İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında onlayn formatda görüş keçirilib.
https://customs.gov.az/az/faydali/xeberler/5074
🇦🇿 #Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasında çıxışı barədə məlumatı

➡️🔗http://mfa.gov.az/az/news/no45722
Media is too big
VIEW IN TELEGRAM
“27 sentyabr – Anım Günü” ilə bağlı Azərbaycan Respublikasının İrandakı Səfirliyində “Zəfər Salnaməsinin Unudulmaz Qəhrəmanları” adlı sərgi və anım mərasimi keçirilmişdir.
🇦🇿
نمایشگاه و مراسم بزرگداشت تحت عنوان "قهرمانان فراموش نشدنی تاریخچه پیروزی" در رابطه با "27 سپتامبر - روز یادبود" در سفارت جمهوری آذربایجان در ایران برگزار گردید.
🇦🇿
On the occasion of the “27 September – Commemoration Day” an exhibition and commemoration event titled “Unforgettable Heroes of the Chronicle of Victory” were held at the Azerbaijan Embassy in Tehran.

#MartyrsNeverDie #CommemorationDay #27September #AnımGünü #ŞəhidlərÖlməz #Azerbaijan #Azərbaycan #Embassy #Diplomats #Iran #Tehran
#event #exhibition #Heroes #Victory

#آذربایجان
#ایران
#سفارت
#روز
#یادبود
@AzEmbIran
“27 Sentyabr- Anım Günü”. Unutmadıq!

Ehtiramla Anırıq!

Allah Şəhidlərimizə Rəhmət Eləsin!
🇦🇿

"27 سپتامبر - روز یادبود" فراموش نکرده ایم!

با احترام یاد می کنیم!

خداون شهدایمان را قرین رحمت بفرماید!
🇦🇿
“27 September - Commemoration Day”.
We have not forgotten!
Commemorating with deep respect!
May Allah rest the souls of all our Martyrs in eternal peace!

#MartyrsNeverDie #CommemorationDay #27September #AnımGünü #ŞəhidlərÖlməz #Azerbaijan #Azərbaycan #Embassy #Diplomats #Iran #Tehran
#event #exhibition #Heroes #Victory

#آذربایجان
#ایران
#سفارت
#روز
#یادبود
@AzEmbIran
🇦🇿 #Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 sentyabr - Azərbaycan Respublikasında #AnımGünü ilə bağlı bəyanatı
Bu gün, 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən iki il ötür.

44 günlük Vətən müharibəsinin başlanğıcını qoyan bu tədbirlər, Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi.

Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa etdi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, beynəlxalq ədaləti bərqərar etdi.
Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən geniş miqyaslı qeyri-qanuni fəaliyyəti üzə çıxardı. Azərbaycan torpaqlarının kütləvi şəkildə minalanması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntularına dair açıq dəlillər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ermənistanı beynəlxalq öhdəliklərini, habelə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciətlər etdi. BƏM Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etdi.

Son iki il ərzində Azərbaycan, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini, o cümlədən böyük infrastruktur layihələrinin icrasını həyata keçirir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz şəraitdə geri dönüşünü, bu torpaqlarda həyatın yenidən canlanmasını təmin etmək üçün məqsədyönlü addımlar atır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh və sabitliyə nail olmaq istiqamətində tədbirlər görür.

Bunun əksi olaraq, Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır, bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır, hərbi təxribatlarını davam etdirir və beləliklə də post-münaqişə normallaşma cəhdlərinə ciddi xələl gətirir.

Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır. Biz, Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.


https://www.mfa.gov.az/az/news/no45822
🇦🇿 #President of the Republic of #Azerbaijan, Victorious Commander-in-Chief Ilham Aliyev has made a post on the occasion of September 27 - the Day of Remembrance.
#AnımGünü
https://azertag.az/en/xeber/President_Ilham_Aliyev_made_post_on_Remembrance_Day-2308400
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan Respublikasının İrandakı Səfirliyində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edilmişdir
🇦🇿
در سفارت جمهوری آذربایجان در ایران یاد و خاطره عزیز شهدای جنگ وطن با یک دقیقه سکوت گرامی داشته شد.
🇦🇿
Dearest memory of Patriotic War Martyrs has been commemorated with a minute of silence at the Embassy of the Republic of Azerbaijan to the Iran
#MartyrsNeverDie #CommemorationDay #RemembranceDay #27September #AnımGünü #ŞəhidlərÖlməz #Azerbaijan #Azərbaycan #Embassy #Diplomats #Iran #Tehran
#event #exhibition #Heroes #Victory

#آذربایجان
#ایران
#سفارت
#روز
#یادبود
@AzEmbIran