AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Letter from FM Jeyhun Bayramov
on continued illegal military activities of #Armenia, including the planting of mines on the territory of #Azerbaijan, was circulated as #UNGA & #UNSC documents.

⬇️⬇️⬇️

https://twitter.com/AzerbaijanMFA/status/1569667990718906369?s=20&t=AG0fqRB8ybc1-b7UraNBtg
Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.

https://mod.gov.az/az/news/ordumuzun-movqeleri-artilleriya-atesine-tutulub-42350.html
Allah Şəhidlərimizə Rəhmət eləsin! 🇦🇿

May Allah rest the souls of all our #Martyrs in peace! 🇦🇿

خداوند تمامی شهیدان را قرین رحمت بفرماید!🇦🇿

@AzEmbIran
🇦🇿 #Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun #İran İslam Respublikasının 🇮🇷 xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığına dair məlumatı

http://mfa.gov.az/az/news/no40122?fbclid=IwAR3-Vd4CwTMD42H5r_Cp4UfnELxdRB8zbNPgul3ug2qaGxtSkKRIcBGNAXo
No:401/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığına dair məlumatı
14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəfin təşəbbüsü əsasında İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.



Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın beynəlxalq hüquq prinsiplərini, habelə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı əl atdığı növbəti genişmiqyaslı təxribatlar barədə məlumat verib. Azərbaycanın ərazi bütövlüyünə, hərbçilər və mülki şəxslərin təhlükəsizliyinə hədə törədən bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü vurğulayan nazir, təxribatın qarşısının alınması zamanı 50 hərbçimizin şəhid olduğunu diqqətə çatdırıb. Azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işlərinin getdiyi, habelə iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin göstərildiyi bir vaxtda Ermənistanın bu təxribatının sülh prosesinə ciddi xələl gətirdiyi qarşı tərəfin nəzərinə çatdırılıb.



İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin narahatlıq doğurduğunu bildirib və bölgənin yeni qarşıdurmaya hazır olmadığını ifadə edib. O, bölgə ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının İran üçün vacib olduğunu qeyd edib. Nazir Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasındakı məsələlərin sülh yolu ilə danışıqlar vasitəsilə həllinin tərəfdarı olduqlarını və İranın bu xüsusda köməklik göstərməyə hazır olduğunu söyləyib.



Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. https://www.mfa.gov.az/az/news/no40122