AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
🔺دیدار روسای جمهور ایران و آذربایجان

@president_irFans
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
🇦🇿🇮🇷
İran Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Sizi görməyimə çox şadam. Keçən dəfə də burada - Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.

x x x

İran Prezidenti Seyid İbrahim Rəisi dedi:

- Mehriban və bağışlayan Allahın adı ilə. Mən də Sizinlə görüşməkdən çox məmnunam. Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər. https://president.az/az/articles/view/56572
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub
🇦🇿🇮🇷
‏دیدار رئس جمهور ‎#آذربایجان با رئیس جمهور ‎#ایران در ترکمنستان
🇦🇿🇮🇷
President Ilham Aliyev met with President of #Iran Seyyed Ebrahim Raisi in Ashgabat


@AzEmbIran
🇦🇿 #Azərbaycan-#İran 🇮🇷 Birgə Komissiyasının 51-ci görüşün #Protokol layihəsinin müzakirəsi İranın Təbriz şəhərində keçirilib. http://mst.gov.az/az/news/336
Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb

Qonağı salamlayan mədəniyyət naziri biıdirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. Həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.

Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.

Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.

Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib. https://culture.gov.az/az/umumi-xeberler/14506
به مناسبت صد و چهارمین سالروز تاسیس نیروهای مسلح جمهوری #آذربایجان 🇦🇿

#ArmedForcesDay #Azerbaijan 🇦🇿


🗞️ Rouzegar Ma Newspaper - Iran

@AzEmbIran