AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
🇦🇿🇮🇷
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Azərbaycan Respublikası Baş nazirinin müavini İran Prezidentinə Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

https://tehran.mfa.gov.az/az/news/3339/iran-islam-respublikasinda-seferde-olan-azerbaycan-respublikasi-bas-nazirinin-muavini-sahin-mustafayev-iran-prezidenti-seyid-ibrahim-reisi-ile-gorusub

@AzEmbIran
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb. Görüşdə energetika sahəsində mövcud layihələrin davam etdirilməsi və əməkdaşlığın artırılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun enerji sahəsi üzrə işlərinin icrası məsələləri müzakirəsi mövzusu olub.
Söhbət zamanı Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində həyata keçirilən işlərin gedişi də nəzərdən keçirilib.

Görüşdə həmçinin üçtərəfli əməkdaşlıq layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
🇦🇿🇮🇷
#Azerbaijan #Iran
https://tehran.mfa.gov.az/az/news/3340/azerbaycan-respublikasi-bas-nazirinin-muavini-azerbaycan-respublikasi-ile-iran-islam-respublikasi-arasinda-iqtisadi-ticaret-ve-humanitar-saheler-uzre-dovlet-komissiyasinin-hemsedri-sahin-mustafayev-irana-seferi-cercivesinde-iran-islam-respublikasinin-energetika-naziri-eli-elkber-mehrabian-ile-gorusub
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb.
🇦🇿🇮🇷
Görüşdə Azərbaycan ilə İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, müştərək layihələrin hər iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərarlaşdırılıb.

@AzEmbIran
Hüseyn Əmir Abdullahian: Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması 🇦🇿 #Iran ilə #Azərbaycan 🇮🇷arasında münasibətlərin inkişafını göstərir

https://azertag.az/xeber/Huseyn_Amir_Abdullahian_Qarsiliqli_seferlerin_intensiv_xarakter_dasimasi_Iran_ile_Azerbaycan_arasinda_munasibetlerin_inkisafini_gosterir-2141153

@AzEmbIran