AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Forwarded from AzTV
🇮🇷🇦🇿 Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Iran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı nazirinin müşaviri Əbuzər İbrahim Torkmanla görüşüb.
🇦🇿🇮🇷
#Azerbaijan #Iran
http://mct.gov.az/az/umumi-xeberler/14381
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
🇦🇿🇮🇷
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Azərbaycan Respublikası Baş nazirinin müavini İran Prezidentinə Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

https://tehran.mfa.gov.az/az/news/3339/iran-islam-respublikasinda-seferde-olan-azerbaycan-respublikasi-bas-nazirinin-muavini-sahin-mustafayev-iran-prezidenti-seyid-ibrahim-reisi-ile-gorusub

@AzEmbIran