AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Səfir Əli Əlizadə : İran-Azərbaycan əlaqələri, xalqlararası münasibətlər dostluq və qardaşlıq təməlləri üzərində qurulub və bu əlaqələrin daha da güclənməsində hər iki tərəf qərarlıdır.
🇦🇿🇮🇷
‏سفیر علی علیزاده : روابط ‎#ایران و ‎#آذربایجان و روابط بین مردم مبتنی بر پایه دوستی و برادری است و هر دو طرف مصمم به تقویت بیشتر این روابط هستند.

https://www.iribnews.ir/fa/news/3357842/%D8%B3%D9%81%DB%8C%D8%B1-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%DB%8C-%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86-%DA%AF%D8%B3%D8%AA%D8%B1%D8%B4-%D9%87%D9%85%D9%87-%D8%AC%D8%A7%D9%86%D8%A8%D9%87-%D8%B1%D9%88%D8%A7%D8%A8%D8%B7-%D8%A8%D8%A7-%D8%A7%DB%8C%D8%B1%D8%A7%D9%86-%D8%AF%D8%B1-%D8%A7%D9%88%D9%84%D9%88%DB%8C%D8%AA-%D9%85%D8%A7-%D9%82%D8%B1%D8%A7%D8%B1-%D8%AF%D8%A7%D8%B1%D8%AF

@AzEmbIran
🇦🇿 Azerbaijan Television (AzTV) has launched a new #project within the Year of the City of #Shusha. A new project called "My Shusha" will consist of a series of programs
https://www.azernews.az/culture/188994.html

@AzEmbIran
🇦🇿 Səfir Əli Əlizadə: #Iran 🇮🇷 şirkətləri azad olunmuş ərazilərdə sərmayə yatırmağa dəvət olunublar

https://report.az/biznes-xeberleri/eli-elizade-iran-sirketleri-azad-olunmus-erazilerde-sermaye-yatirmaga-devet-olunublar/

@AzEmbIran
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Seyid İbrahim Rəisiyə

🇦🇿🇮🇷

Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.
Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.
Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir.
İnanıram ki, Azərbaycan-İran münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 fevral 2022-ci il

https://azertag.az/xeber/Iran_Islam_Respublikasinin_Prezidenti_Zati_alileri_cenab_Seyid_Ibrahim_Reisiye-2009195

@AzEmbIran
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və #Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
🇦🇿🇮🇷

https://president.az/az/articles/view/55424

@AzEmbIran
Azərbaycan Respublikasının Səfirliyi İran İslam Respublikasının milli bayramı-İslam İnqilabının Qələbəsi Günü münasibəti ilə dost, qardaş və qonşu İran dövlətini və xalqını təbrik edir.
🇦🇿🇮🇷
سفارت جمهوری آذربایجان به مناسبت عید ملی جمهوری اسلامی ایران - روز پیروزی انقلاب اسلامی به دولت و ملت دوست و برادر ایران تبریک ابراز می دارد.

@AzEmbIran
Tehranda keçirilən Fəcr festivalı çərçivəsində bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük Vətən müharibəsinə və Şəhidlərimizə həsr olunmuş “Bir nəfəs qədər” tamaşası ilə çıxış etmişdir. Sabah “Utancaq qız” tamaşası nümayiş olunacaq.
🇦🇿
در چارچوب جشنواره فجر برگزار گردیده در تهران، امروز آکادمی تئاتر موزیکال دولتی آذربایجان با نمایش “ به اندازه یک نفس” به مناسبت جنگ ۴۴ روزه وطن و انحصار یافته به شهدایمان اجرا برگزار نمود. فردا اجرای “دختر خجالتی “ روی صحنه خواهد رفت.

@AzEmbIran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Vətən müharibəsinə və Şəhidlərimizə həsr olunmuş, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Tehranda nümayiş olunmuş “Bir nəfəs qədər”tamaşası böyük maraqla qarşılanmışdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrına təşəkkürlər 👏!


@AzEmbIran