AzEmbIran
536 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İran Silahlı Qüvvələrinin Baş Qərargahının Müdafiə diplomatiyası və Beynəlxalq Əlaqələr idarəsinin rəisi, briqada generalı Məhəmməd Əhədi ilə görüşüb

🇦🇿🇮🇷

آقای علی علیزاده سفیر جمهوری آذربایجان در ایران با امیر سرتیپ محمد احدی رئیس روابط بین الملل و دیپلماسی دفاعی ستاد کل نیروهای مسلح جمهوری اسلامی ایران ملاقات نمودند.

@AzEmbIran
🇦🇿 Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi gözəl məkan

İçərişəhər, Bakı şəhəri

🌇
 **تلفیق زیبا باکوی معاصر و کهن**

ایچری شهر، باکو : جمهوری آذربایجان

Bakuoldtown: Amazing synthesis of two different era 🇦🇿

#ancient #architectural #architecturedesign #moderndesign #tower #city #Baku #oldcity #icherisheher #içərişəhər #Azerbaijan

#باکو
#آذربایجان


@AzEmbIran
🇦🇿 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin #Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdi ilə bağlı açıqlaması

https://www.mfa.gov.az/az/news/no03822

@AzEmbIran
Statement of the #Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of #Azerbaijan in connection with the attempt of the #Armenian side to evade its obligations   

https://www.mfa.gov.az/en/news/no03822

@AzEmbIran
🇦🇿 Uzeyir Hajibayli's operetta "The Cloth Peddler" has been shown at the State Opera and Ballet #Theater in #Baku

https://www.azernews.az/culture/188946.html

@AzEmbIran
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın "İRİB" xəbər agentliyinə müsahibə vermişdir.
🇦🇿🇮🇷
آقای علی علیزاده سفیر جمهوری آذربایجان در ایران به خبرگزاری “ صدا و سیما” ایران مصاحبه دادند.

@AzEmbIran
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadənin İranın “İRİB” xəbər agentliyinə verdiyi müsahibəsinin tam mətni:

🇦🇿🇮🇷

1- İran hazırkı administrasiya dövründə qonşuları ilə əlaqələri genişləndirməyə çalışır, iki ölkə İran və Azərbaycan Respublikası hansı sahələrdə əlaqələri gücləndirə bilər?

İran İslam Respublikasının yeni hökümətinin qonşularla əlaqələri genişləndirmək niyyətinə Azərbaycan Respubikası hər zaman dəstək və qarşılıq verməyə hazırdır. Azərbaycan Respublikasının Prezidenti və höküməti İranla əlaqələrə xüsusi əhəmiyyət verir. İran və Azərbaycan xalqlarını bir çox oxşarlıqlar, tellər və mənəvi dəyərlər bağlayır. Bütün bu xoş məram və məqamlardan istifadə edərək əlaqələrimizi bütün sahələrdə daha da genişləndirə bilərik. Hər iki ölkə tranzit yollarının kəsişməsində yerləşir. Xüsusilə iqtisadi-ticari, energetika, nəqliyyat sahələrində əməkdaşlığımızı daha da gücləndirib ikitərəfli əlaqələrimizə, eləcə də regional əməkdaşlığa da verdiyimiz faydalı tövhələri artıra bilərik. Bu istiqamətdə hər iki ölkə rəhbərlərinin təlimatları ilə bir sıra işlərin icrasına artıq start verilib. İctimai-mədəni məsələlərə də xüsusi diqqətin ayrılması zəruridir. Hər iki xalqın sıx bağlarını nəzərə alaraq həssas məsələlərdə bütün amillərin nəzərə alınması əhəmiyyətlidir. Məsələn tarixi Azərbaycan torpağı olan Şuşanın adını hansısa küçədə yanlış olaraq Şuşi kimi qeyd etmək sözsüz ki, hər iki ölkənin xalqı tərəfindən xoş qarşılanmır və bu cür yanlışlıqlara yol verilməsi mənfi presedent (nümunə) yarada bilər. İran-Azərbaycan əlaqələri, xalqlararası münasibətlər dostluq və qardaşlıq təməlləri üzərində qurulub və bu əlaqələrin daha da güclənməsində hər iki tərəf qərarlıdır. Bu işdə biz hamımız birlikdə çalışıb öz tövhəmizi verməliyik və dəstəyimizi göstərməliyik.

2-İran və Azərbaycan Respublikası Prezidentləri Aşqabaddakı görüşlərində ikitərəfli əlaqələrin xüsusilə ticarət və iqtisadi sahədə inkişaf etdirilməsinə təkid etdilər, iki qonşu arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün ən çox hansı maneələr var? Bəs niyə İran sizin xarici ticarətinizdə səkkizinci yerdədir?

Mən heç bir maneə görmürəm. Maneələr olduğu təqdirdə də qarşılıqlı müzakirə olunaraq aradan qaldırılır. Qeyd etdiyim kimi, hər iki tərəf əlaqələrin genişləndirilməsində qərarlıdır. Təkcə ötən il ticarət dövriyyəmiz 30 %-dək artıb və ticarətimiz yüksələn istiqamətdə irəliləyir. Pandemiya dövründə Azərbaycan-İran sərhədi ikitərəfli və tranzit yüklərin daşınması üçün bir gün də olsun belə dayanmayıb, baxmayaraq ki, bir çox ölkələrlə sərhədlərimiz bağlı idi. Lakin sözsüz ki, pandemiyanın fəsadları insanlarımızın və işadamlarımızın gediş-gəlişinə öz təsirini göstərib və son dövrlər hər iki ölkədə pandemiya şəraitinin yaxşılaşması ilə bu sahədə də sadələşdirmələr həyata keçirilir. Hazırda Azərbaycan və İran preferensial (güzəştli) ticarət sazişinin imzalanması üzərində işləyir, bir sıra mərhələlər artıq başa çatdırılıb və yekunlaşmağa doğru addımlayır. Bu saziş də iki ölkə arasında ticarətin daha da artmasına təkan verəcəkdir. Bütün bu görülən işlər iqtisadi-ticari əməkdaşlığımızın artmasına, maneələrin aradan qaldırılmasına yönəlib və ticarət dövriyyəmizin daha da yüksəlməsinə öz müsbət təsirini artıq göstərir.
⬇️⬇️
3-Azərbaycan Respublikası İran şirkətlərini Qarabağa sərmayə qoymağa dəvət edib, İranın Qarabağın yenidən qurulmasında iştirakının və xarici sərmayələri cəlb etmək imkanlarının qorunması üçün hansı tənzimləmələr var?

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaratmaqla yanaşı İranla əlaqələrdə də əlavə yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərdə ağıllı kəndlər, şəhərlər tikilir, yaşıl enerji zonaları yaradılır və yaxın zamanlarda məcburi köçkün və qaçqınlarımızın həmin ərazilərə qayıtması üzərində işlər qəbul olunmuş proqram əsasında gedir. Azərbaycanın İranla sərhəd ərazilərinin 132 km hissəsi də erməni işğalından azad edilib və artıq İranla olan sərhədlərimiz tam olaraq Azərbaycan Respublikasının nəzarətindədir. Azərbaycan Prezidenti Azərbaycan-İran sərhəddini dostluq sərhəddi adlandırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzur iqtisadi rayonu, Qarabağ iqtisadi rayonu, Araz Vadisi İqtisadi Zonası kimi bölgələr yaradılıb və İran şirkətləri də həmin ərazilərdə sərmayə yatırmağa, bərpa və quruculuq işlərində iştirak etməyə dəvət olunublar. Prezidentin sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlara və özəl şirkətlərə gömrük və vergi güzəştlərinin, sosial sığorta, kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) və digər güzəştlərin tətbiqi təlimatları verilib. Orada fəaliyyət göstərən şirkətlərlə dövlət‒özəl sektor tərəfdaşlığının yaradılması və tam dövlət dəstəyinin verilməsi aidiyyəti qurumlara tapşırılıb. İcra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və regionun iqtisadi inkişafında mühüm rol oynayacaqdır. İran şirkətləri də əminəm ki, bu inkişafa öz tövhəsini verəcəkdir.

4-Hazırda davam edən 15-ə yaxın iri İran-Azərbaycan layihəsi var, bunlara nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və inkişafı layihələri daxildir?

Bəli, nəqliyyat və kommunikasiya layihələri daxildir, lakin bir sıra digər sahələri də əhatə edir. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində istehsal müəssisələrinin yaradılması, Azərbaycanın sənaye parklarında avtomobil ehtiyyat hissələrinin istehsalı müəssisəsinin və dərman zovudunun qurulması, neft, qaz, elektroenergetika sahəsində layihələr, üçtərəfli layihələr və bir sıra digər layihələr daxildir.
⬇️⬇️
5- İran, Türkmənistan və Azərbaycan qaz mübadiləsi sazişi imzalayıblar, Tehran və Bakının bu sahədə böyük imkanları var və bu əməkdaşlığın perspektivini necə qiymətləndirirsiniz?

İran, Türkmənistan və Azərbaycan qaz mübadiləsi layihəsi İranın yeni höküməti ilə qısa müddətdə hazırlayaraq imzaladığımız və icrasına başladığımız ilk böyük və səmərəli layihədir. Bu layihə hər üç tərəfə fayda verməklə yanaşı, eyni zamanda üçtərəfli və regional əməkdaşlığa da öz tövhəsini verəcək. Bu layihənin perspektivi də uğurlu görünür, hətta qaz mübadiləsinin artırılması təklifləri də olubdur və bu istiqamətdə müzakirələr aidiyyəti qurumlarımız tərəfindən davamlı olaraq aparılır. Qaz sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı yeni təşəbbüslər də var və dəyərləndirmələr aparılır.

6- Azərbaycan Respblikasının müdafiə naziri bu yaxınlarda İrana səfər edib, müdafiə sahəsində əməkdaşlıq sahəsində əlaqələrin inkişafını gözləmək lazımdırmı?

Azərbaycan Respublikasının müdafiə nazirinin səfəri uğurlu və zamanında edilmiş səfər idi. Çox səmərəli görüşlər baş tutdu, səfərin protokolu imzalandı. Aparılan danışıqlarda hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin artırılması barədə müzakirələr aparılıb və əməkdaşlığın daha da gücləndirilməsi razılaşdırılıb. Sözsüz ki, bu səfər də əlaqələrin inkişafına öz tövhəsini verəcəkdir.

7- Regional təhlükəsizliyin təşviqi üçün ikitərəfli əməkdaşlığın əhəmiyyətini necə təsvir edirsiniz?

Azərbaycan və İran regionun əhəmiyyətli ölkələridir və regionda təhlükəsizliyin təmini üçün hər iki ölkənin möhkəm əməkdaşlığı vacibdir.

8-İkitərəfli münasibətlərin perspektivini necə görürsünüz? Və sonda əlavə etmək üçün başqa şərhiniz varmı?

Azərbaycan-İran əlaqələri çox sıxdır və bütün sahələr üzrə bir-birinə bağlanıb. Mən deyərdim ki, İran, Azərbaycanın ən çox əməkdaşlıq etdiyi ilk ölkələr sırasındadır və əlaqələrimizin gələcəyini də səmərəli və faydalı görürəm. Sıx olan əlaqələrdə sözsüz ki, ara-sıra məsələlər, çatışmazlıqlar da ortaya çıxa bilər və bu kimi məsələləri səbrlə həll edərək biz əməkdaşlığımızı daha da gücləndirə bilərik. Əlaqələrin gücləndirilməsində medianın rolu böyükdür və bizim media dostlarımız gərək bu işdə bizə dəstək verə. İran və onun əziz xalqı bizim üçün dəyərlidir və İranın inkişafını və tərəqqisini biz həmişə özümünkü kimi bilirik. Fürsətdən istifadə edərək 11 fevral – İran İslam Respublikasının milli günü münasibətilə bütün İran xalqını səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm can sağlığı, sülh və əmin-amanlıq arzulayıram.

https://www.iribnews.ir/fa/news/3357842/%D8%B3%D9%81%DB%8C%D8%B1-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%DB%8C-%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86-%DA%AF%D8%B3%D8%AA%D8%B1%D8%B4-%D9%87%D9%85%D9%87-%D8%AC%D8%A7%D9%86%D8%A8%D9%87-%D8%B1%D9%88%D8%A7%D8%A8%D8%B7-%D8%A8%D8%A7-%D8%A7%DB%8C%D8%B1%D8%A7%D9%86-%D8%AF%D8%B1-%D8%A7%D9%88%D9%84%D9%88%DB%8C%D8%AA-%D9%85%D8%A7-%D9%82%D8%B1%D8%A7%D8%B1-%D8%AF%D8%A7%D8%B1%D8%AF

@AzEmbIran