AzEmbIran
533 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Hərbi Liseydə Ümummilli Liderimizin anadan olmasının 98-ci ildönümü qeyd edilib

C.Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Hərbi Liseydəki Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə və eksponatlara baxıblar.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən qısametrajlı film nümayiş olunub.
Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli və zəngin ömür yolundan, o cümlədən ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıblar. Vurğulanıb ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin geniş konsert proqramı ilə davam edib.
____

В Военном лицее отметили 98-летие со дня рождения общенационального лидера Гейдара Алиева

В Военном лицее имени Дж. Нахчыванского состоялось мероприятие, организованное Армейским идеологическим и культурным центром имени Ази Асланова по случаю 98-летия со дня рождения общенационального лидера Гейдара Алиева.
В начале мероприятия участники посетили Музей Гейдара Алиева в Военном лицее, осмотрели фотостенды и экспонаты, отражающие жизнь и деятельность общенационального лидера.
Минутой молчания была почтена память общенационального лидера Гейдара Алиева и шехидов, павших за независимость и территориальную целостность нашей страны, прозвучал Государственный гимн Азербайджанской Республики.
Затем был продемонстрирован короткометражный фильм о славном жизненном пути великого лидера.
Выступившие поведали о славном жизненном пути общенационального лидера Гейдара Алиева и его исторически значимой деятельности в области армейского строительства. Было отмечено, что создание и формирование сильной, высокопрофессиональной и боеготовной армии в богатой традициями истории государственности Азербайджана связано с именем общенационального лидера Гейдара Алиева.
Мероприятие продолжилось концертной программой творческого коллектива Армейского идеологического и культурного центра имени Ази Асланова.
____

The Military Lyceum celebrated the 98th birthday anniversary of National Leader

On the occasion of the 98th birthday anniversary of national leader Heydar Aliyev, the Army Ideological and Cultural Center named after Hazi Aslanov organized an event at the Military Lyceum named after J. Nakhchivanski.
First, the event participants visited the Heydar Aliyev Museum at the Military Lyceum and viewed photo stands and exhibitions reflecting the Great Leader's life and activity.
The memory of the national leader of our people Heydar Aliyev and the Shehids (Martyrs) who died for the sovereignty and territorial integrity of our country was honored with observing a minute of silence. The State Anthem of the Republic of Azerbaijan was performed.
Then a short film about the glorious life of great leader Heydar Aliyev was shown.
Speakers at the event spoke about the glorious life of national leader Heydar Aliyev, as well as about historical significance of his activities in the field of army development. It was emphasized that the establishment and formation of a strong and well-trained army with high combat readiness during the rich history of Azerbaijan's statehood are associated with the name of national leader Heydar Aliyev.
The event continued with a concert program presented by the creative team of the Army Ideological and Cultural Center named after Hazi Aslanov.
Ulu Öndərin xatirəsi yad edilib

Mayın 10-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əməkdaşları qruplarla xalqımızın ümummmilli lideri, Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə idarənin inzibati binasında Ulu Öndərə həsr olunmuş güsəni ziyarət edərək büstü qarşısına qızılgüllər düzüb, xatirəsini hörmət və ehtiramla yad ediblər.
Hərbi qulluqçulara dahi liderin hər bir Azərbaycan gənci üçün örnək olan Vətənə, xalqa həsr olunmuş mənalı ömür yolu barədə bir daha ətraflı məlumat verilib və ordu quruculuğundakı müstəsna xidmətləri xatırlanıb.
Fəxarətlə qeyd edilib ki, “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, ordumuzun qalibiyyət yürüşü və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Zəfər məhz Ulu Öndərimizin, Ata vəsiyyətinin arzularının həyata keçdiyi tarixi hadisədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.


https://president.az/articles/51440

@AzEmbIran