AzEmbIran
533 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Azərbaycan Ordusunda Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlərin keçirilməsi davam edir.
Bu münasibətlə “N” hərbi hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər vurğulayıblar ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkə rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.
Bildirilib ki, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyətini dərindən öyrənməkdir.
Qeyd olunub ki, hərbi qulluqçular arasında bu cür tədbirlərin keçirilməsi şəxsi heyətə milli-mənəvi dəyərlərin aşılanmasında və vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında Nizami Gəncəvi və Əfsələddin Xəqaninin əsərlərinə yazılmış romanslar və muğamlardan ibarət “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili kompozisiyalar təqdim olunub.
____

В Азербайджанской Армии продолжается ряд мероприятий, приуроченных к 880-летию Низами Гянджеви

В Азербайджанской Армии продолжается ряд мероприятий в рамках объявленного Президентом Азербайджанской Республики Ильхамом Алиевым “Года Низами Гянджеви”, приуроченного к его 880-летию.
В связи с этим в Н-ской воинской части состоялось литературно-музыкальное мероприятие "Любовь - михраб ветров, к зениту вознесённых", организованное Армейским культурно-идеологическим центром имени Ази Асланова в память о выдающемся поэте и мыслителе Низами Гянджеви.
В начале мероприятия минутой молчания была почтена память общенационального лидера Гейдара Алиева и шехидов, павших за независимость и территориальную целостность нашей страны, прозвучал Государственный гимн Азербайджанской Республики.
Отмечалось, что проведение подобных мероприятий среди военнослужащих играет важную роль в привитии личному составу национально-духовных ценностей и повышении патриотизма.
____

The Azerbaijan Army continues to hold a series of events to celebrate the 880th anniversary of Nizami Ganjavi

The Azerbaijan Army continues to hold a series of events on the occasion of the declaration of 2021 as the “Year of Nizami Ganjavi” by the President of the Republic of Azerbaijan Ilham Aliyev and the 880th anniversary of Nizami Ganjavi.
On this occasion, in one of the military units the Army Ideological and Cultural Center named after Hazi Aslanov organized a literary-musical event “The altar of love is the high heavens“ dedicated to the great poet and thinker Nizami Ganjavi.
First, the memory of the national leader Heydar Aliyev and the Shehids (Martyrs) who died for the independence and territorial integrity of our country was honored with observing a minute of silence. The State Anthem of the Republic of Azerbaijan was performed.
It was noted that holding such events among servicemen plays an important role in inoculating national and moral values to the military personnel and raising their spirit of patriotism.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağdam rayonunun Sarıhacılı kəndindən videogörüntülər
___

Video footage of the Sarihajıli village of the Aghdam region

@AzEmbIran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Cəbrayıl rayonunun Qalacıq kəndindən videogörüntülər
___

Video footage of the Galajig village of the Jabrayil region


@AzEmbIran
İşğaldan azad edilmiş Şuşa şəhəri abadlaşır

@AzEmbIran
Şuşada yerləşən Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq.

@AzEmbIran
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhi

https://mfa.gov.az/az/news/7310/view

@AzEmbIran
Commentary of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the statement of the Ministry of Foreign Affairs of Armenia on the restoration work carried out by Azerbaijan in Shusha

https://mfa.gov.az/en/news/7310/view

@AzEmbIran
Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin MƏLUMATI

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə olunmuşdur. 
Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə qarşı çoxsaylı təxribatlara əl atmışdır. 
Belə ki, Livan Respublikasının vətəndaşı  Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham  29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul etmiş, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlmişdir.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna  qarşı terrorçuluq fəaliyyətində iştirak etmişlər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində  nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
05.05.2021-ci il tarixdə  cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.


https://genprosecutor.gov.az/az/post/3645

@AzEmbIran