AzEmbIran
534 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
No:100/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart 2021-ci il tarixli bəyanatına dair şərhi

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz.

Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

Ermənistan tərəfi  hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış  üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir.

https://mfa.gov.az/az/news/7253/view

@AzEmbIran
No:100/21, Commentary of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the statement of the Ministry of Foreign Affairs of Armenia dated March 18, 2021

The visits of the President of the Republic of Azerbaijan to the territories of Azerbaijan cannot be the subject of the comment of the Ministry of Foreign Affairs of Armenia.

Before talking about non-existent destruction, the Armenian Foreign Ministry should not forget about the plundering of the historical, cultural and religious heritage, as well as about the policy of "cleansing" carried out by Armenia in the occupied territories of Azerbaijan for almost 30 years, including the desecration of hundreds of monuments, complete destruction of 63 mosques.

The Armenian side still does not understand the need to move away from such rhetoric and focus on the implementation of the signed trilateral statements. Poisoning its population with revanchist and dangerous ideas does not bode well for Armenia.

https://mfa.gov.az/en/news/7253/view

@AzEmbIran
❇️ در آستانه نوروز و سال نو، دکتر محمود واعظی رئیس دفتر رئیس جمهور و سرپرست نهاد ریاست جمهوری و آقای شاهین مصطفی یف معاون نخست وزیر جمهوری آذربایجان امشب در گفتگویی تلفنی ضمن تبریک عید نوروز و آرزوی سالی خوش برای مردم و مسئولان دو کشور دوست و همسایه 🇮🇷 و 🇦🇿 و با مرور آخرین تحولات روابط مستحکم و دوستانه دو جانبه در همه عرصه ها، در خصوص اجرایی و نهایی شدن برخی توافقات موجود میان دو کشور رایزنی و تبادل نظر کردند.

@IRANAZER
Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin.Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Dərin hörmət və sevgilərlə,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva

@AzEmbIran
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

Sonra dövlətimizin başçısı müraciət edib

https://president.az/articles/50941

@AzEmbIran
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

@AzEmbIran