AzEmbIran
532 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
No:052/21, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə dair sualını cavablandırır

Cavab:
Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır.

https://mfa.gov.az/az/news/7205/view

@AzEmbIran
Bazardüzü zirvəsinin şərqindəki adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.
“Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.
Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.


https://mod.gov.az/az/news/bazarduzu-zirvesinin-serqindeki-adsiz-yuksekliye-zefer-zirvesi-adi-verilib-video-34889.html

@AzEmbIran
Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb

Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.


https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-covid-19-a-qarsi-vaksinasiyaya-baslanilib-video-34895.html

@AzEmbIran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prezident cənab İlham Əliyev:

Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın.

@AzEmbIran
Fevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

https://azertag.az/xeber/Milli_Meclisde_Iranin_parlament_numayende_heyeti_ile_gorus_olub-1713751

@AzEmbIran
Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edir

Fevralın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

https://azertag.az/xeber/Azerbaycan_Iran_munasibetleri_yukselen_xetle_inkisaf_edir-1713757

@AzEmbIran
Fevralın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

https://www.meclis.gov.az/news.php?id=3154&lang=az

@AzEmbIran
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnuri ilə görüşü barədə məlumatı

https://mfa.gov.az/az/news/7209/view

@AzEmbIran
Qaradağlı faciəsindən 29 il ötür...


https://azertag.az/xeber/1713815

@AzEmbIran