AzEmbIran
539 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Azərbaycan bayrağının Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılması ilə bağlı şərh https://www.mfa.gov.az/az/news/no21023
14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.
Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik.

Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq.
Azərbaycan Prezidenti və birinci xanım İrəvanda Avropa çempionatında uğur qazanan türkiyəli idmançıları təbrik ediblər https://azertag.az/xeber/Azerbaycan_Prezidenti_ve_birinci_xanim_Irevanda_Avropa_chempionatinda_ugur_qazanan_turkiyeli_idmanchilari_tebrik_edibler-2575619
Forwarded from İctimai TV
💬 İrəvanın revanşist əməlləri günü-gündən güclənir - Azərbaycanın İrandakı səfiri Əli Əlizadə erməni təxribatının videosuna münasibət bildirib

“Ermənistan telekanalları Azərbaycan əsgərlərinin erməni silahlarının atəşi altında qalmasını əks etdirən kadrları paylaşır.

Bu, Ermənistanın növbəti təxribatı və eskalasiyaya gətirib çıxara biləcək çağırışdır. Ermənilərin əvvəlcədən düşünülmüş revanşist əməlləri günü-gündən güclənir və insan tələfatına səbəb olur. Təcavüz dayandırılmalıdır”, - o, tvitter hesabında yazıb.
President: Burning Azerbaijani Flag is another dirty act of Armenian government https://azertag.az/en/xeber/President_Burning_Azerbaijani_Flag_is_another_dirty_act_of_Armenian_government-2578988
Prezident İlham Əliyev: " Biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik.!"

#Azərbaycan
#AzərbaycanPrezidenti
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#Komando