AzEmbIran
539 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Azərbaycan tərəfindən Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı başlanmış arbitraj prosesinə dair mətbuat məlumatı
➡️mfa.gov.az/az/news/no09323
-
Press release on arbitration case filed by Azerbaijan against Armenia under Energy Charter Treaty
➡️mfa.gov.az/en/news/no09323
🇦🇿 President of #Azerbaijan Ilham Aliyev has signed a decree on approving the Charter of the #Research Center of the #Economic Cooperation Organization (ECO).


https://president.az/az/articles/view/59051

@AzEmbIran
Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Daimi Nümayəndələr Şurasının iclasına dair mətbuat məlumatı

27 fevral 2023-cü il tarixində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi çərçivəsində Daimi Nümayəndələr Şurasının 273-cü iclası keçirilib. Tədbir Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin sədrliyi, İƏT-in Baş katibi Xusrov Nozirinin və İƏT üzv dövlətlərinin Tehrandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə hibrid formatda baş tutub.

İclasın əvvəlində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu zamanı şəhid olmuş səfirlik əməkdaşının və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda İƏT Nazirlər Şurasının cari ilin 24 yanvar tarixində Daşkənd şəhərində keçirilmiş 26-cı iclasının nəticələri müzakirə edilib və təşkilatın cari ildə Bakıda keçirilməsi planlaşdırılan 27-ci Nazirlər Şurasının iclası, eləcə də Özbəkistanda keçiriləcək 16-cı zirvə görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Ölkəmizin təşəbbüsü ilə iclasın gündəliyinə təşkilata cari ildə olan sədrliyimizin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə dair yeni bənd daxil edilib. Qeyd olunan bəndin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti cari ilin 27 yanvar tarixində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə bağlı məlumat verib.

Terror aktını təşkil edənlərin və törədənlərin tezliklə müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, eləcə də ev sahibi ölkə İran İslam Respublikası tərəfindən Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin, diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılıb. Bu xüsusda, İranın həmçinin İƏT qərargahına ev sahibliyi etdiyi vurğulanmaqla, İƏT Katibliyinin və İƏT üzv dövlətlərinin diplomatik toxunulmazlıqlarının təmin edilməsinin vacibliyi önə çəkilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, terror hücumu nəticəsində səfirliyimizin Tehrandan təxliyyə edilməsi ilə əlaqədar İƏT DNŞ-nın iclaslarına fiziki olaraq sədrlik edilməsində məhdudiyyətlərin yarandığına baxmayaraq, 2023-cü ildə İƏT-ə sədrliyimiz çərçivəsində Azərbaycannın ev sahibliyi ilə təşkil edilməsi planlaşdırılan tədbirlərin həyata keçirilməsi və sədrliyimizdən irəli gələn digər öhdəliklərin icrası tam təmin ediləcəkdir.

İclasın sonunda Daimi Nümayəndələr Şurasının növbəti iclasının razılaşdırılmış tarixləri barədə iştirakçılara məlumat verilib.
https://www.facebook.com/100064833542489/posts/pfbid0WYceqYe7Y9P7FmNx33fn5kGdVS8rQckefrgDQJLTTEyv1zBWTxxZXYwiHFL7kPSvl/?mibextid=Nif5oz
@AzEmbIran
Nazir Ceyhun Bayramovun #İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşünə dair mətbuat məlumatı

https://mfa.gov.az/az/news/no10723
Ermənistan tərəfi növbəti dəfə təxribat törədib

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.
Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur.
Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir.
Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir.
Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.
Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.
Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

https://mod.gov.az/az/news/ermenistan-terefi-novbeti-defe-texribat-toredib-46922.html
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə mətbuat məlumatı

mfa.gov.az/az/news/no12323

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib.

Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Azerbaijan’s Foreign Ministry issues statement on another provocation committed by Armenia


https://azertag.az/en/xeber/Azerbaijans_Foreign_Ministry_issues_statement_on_another_provocation_committed_by_Armenia-2518583