AzEmbIran
538 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
🇦🇿 Nazir Ceyhun Bayramovun #İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının #Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirakına dair mətbuat məlumatı

https://mfa.gov.az/az/news/no02523
⬇️⬇️⬇️
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi

Mətbuat xidməti 
 Xəbərlər 
 Arxiv
No:025/23, Nazir Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirakına dair mətbuat məlumatı
24 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.
 
İclas zamanı nazir Ceyhun Bayramov bəyanatla çıxış edərək, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb.
 
Çıxış zamanı, “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb.
 
Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.
 
Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul edilmiş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarlar qeyd edilib.
 
Nazir çıxışı zamanı, Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.  
 
Qeyd edilənlərlə yanaşı, ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.
 
Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.
 
Nazir Ceyhun Bayramov çıxışı zamanı, post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə Yaşıl Enerji zonası, Azad İqtisadi Zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
 
Daha sonra, təşkilatın Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.
 
Nazirlər Şurasının iclası zamanı təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər
alqışlanıb.
 
Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.
 
Nazir Ceyhun Bayramovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
🇮🇷 #Iran, #Azerbaijan 🇦🇿 FMs discuss regional, int’l developments


📰 ➡️ IrnaEnglish
https://en.irna.ir/news/85008675/Iran-Azerbaijan-FMs-discuss-regional-int-l-developments

@AzEmbIran
🇦🇿🇮🇷
@AzEmbIran
No:033/23, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə mətbuat məlumatı
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
 
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
 
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
 
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.  
 
Allah şəhidimizə rəhmət eləsin!


https://mfa.gov.az/az/news/no03323
Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!

Выражаю глубокие соболезнования родным и близким нашего соотечественника, старшего лейтенанта Аскерова Орхана Ризван оглу, погибшего во время террористического акта, совершенного сегодня против нашего посольства в Тегеране. Да упокоит Аллах его душу! Молюсь за скорейшее исцеление раненых. Пусть Всевышний оберегает азербайджанский народ!