AzEmbIran
538 subscribers
5.8K photos
1.19K videos
6 files
4.21K links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @AzEmbIran
Download Telegram
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatı
🇦🇿
Statement by the Ministry of Foreign Affairs of the Republic of #Azerbaijan on 20January – National Mourning Day
#BlackJanuary #20January1990
⬇️⬇️⬇️
https://mfa.gov.az/en/news/no01423

@AzEmbIran
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycan Respublikasının Irandakı Səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar - Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” adlı anım mərasimi keçirilib.

در سفارت جمهوری ‎آذربایجان در ‎ایران به مناسبت ۲۰- ژانویه - روز عزای عمومی مراسم تحت عنوان « ۲۰ ژانویه- تاریخچه افتخار و قهرمانی تاریخ ما» برگزار گردید.
🇦🇿
Commemoration ceremony on the occasion of the January 20 - National ‎#Mourningday was held at Azerbaijan Embassy to Iran

#BlackJanuary #20january1990 #Azerbaijan #embassy #Iran #Tehran #National #mourningday #20Yanvar

#آذربایجان
#ایران

@AzEmbIran
Tehranda “20 Yanvar – Tariximizin Şərəf və Qəhrəmanlıq Salnaməsi” adlı anım mərasimi keçirilib

⬇️⬇️⬇️
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar təşkil olunmuş, İran ictimaiyyətinin və Tehranda yaşayan Azərbaycan vətəndaşlarının qatıldığı mərasimdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna qurandan ayələr oxunub, bu hüzn və qürur gününün əhəmiyyətinə dair çıxışlar edilibdir.Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar təşkil olunmuş, İran ictimaiyyətinin və Tehranda yaşayan Azərbaycan vətəndaşlarının qatıldığı mərasimdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna qurandan ayələr oxunub, bu hüzn və qürur gününün əhəmiyyətinə dair çıxışlar edilibdir.Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqıın yaddaşına əbədi yazıldığını, Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir tarix olduğunu bildirib. Səfir Əli Əlizadə, həmin dövrdə həyata keçirilmiş bu qətliamın məqsədinin Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə verməklə ölkəni münaqişələrə sürükləmək və öz müstəqilliyi uğrunda ayağa qalxmış Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq olduğunu qeyd edib.         Səfir qətliamın həmin dövrdə qarşısını almağın və ya miqyasını kiçiltməyin də mümkün olduğunu, lakin Azərbaycanın o vaxtkı rəhbərliyinin nəinki günahsız insanlarımızın qətlə yetirilməsinin qarşısını aldığını, hətda 20 Yanvarın gerçək miqyas və mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətməyə, bu hərbi cinayəti həmin dövrdə ört-basdır etməyə çalışdığını qeyd edib. Məhz ulu öndər H.Əliyevin qətiyyəti nəticəsində bu qətliamın olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını bildirən Əli Əlizadə, onun sayəsində də bu hadisəyə Azərbaycan Parlamentinin sonradan siyasi-hüquqi qiymət verdiyini vurğulayıb. Səfir, müasir Azərbaycanın tarixində 20 Yanvar hadisələri ilə bir daha sübuta yetirilən Azərbaycan xalqının öz mübarizliyinin, birlik və əyilməzliyinin, 30 il sonra sonra, Müzəffər Ali Baş Komandanın qətiyyəti və müdrik rəhbərliyi ilə şanlı ordumuzun zəbt olunmuş torpaqlarımızı işğaldan azad etməklə  bir daha təsbit etdiyini və şəhidlərimizin də ruhunu şad etmiş olduğunu diqqətə çatdırıb. Azərbayanın, öz şəhidləri, mərd oğulları və qızları hesabına öz müstəqillik adını yenidən tarixə yazdığını bildirən Əli Əlizadə, bu müstəqilliklə Azərbaycan və İran xalqları arasında da əlaqələrin və münasibətlərin yenidən bərqərar olduğunu bildirib. Səfir Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.   “Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüserliyi ilə Azərbaycanda tanınmış olan İranın əməkdar mədəniyyət işçisi Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin 70 il ərzində sərgilədiyi ədalətsiz mövqeyindən danışıb. Bu filmlərin çəkilişi üzərində işləyərkən onlarla 20 Yanvar hadisələrinin şahidləri ilə görüşdüyünü, onları dinlədiyini və hətda həmin dövrdə sovet ordusunun istifadə etdiyi bəzi hərbi texnikalara da baxış keçirdiyini və dəhşətə gəldiyini, Azərbaycan xalqının ağrı-acısını dərindən başa düşərək filmlərdə canlandırmağa çalışdığını vurğulayıb. Haqqını və hüququnu, həmçinin torpaqlarının işğalına son qoymağı tələb edən Azərbaycan xalqına qarşı törədilən bu qətliamın insanlığa qarşı törədilən cinayət hesab olunduğunu və bu acının Azərbaycan xalqı ilə ortaq bağları olan İran xalqı tərəfindən də dərin hüznlə qarşılandığını vurğulayaraq, şəhidlərə Allahdan rəhmət diləyib.Tədbir 20 Yanvar hadisələrinə dair qısametrajlı filmin və bədii videoçarxın nümayişi, eləcə də şəhidlərin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib. 

⬇️⬇️⬇️


https://tehran.mfa.gov.az/az/news/3365/tehranda-20-yanvar-tariximizin-seref-ve-qehremanliq-salnamesi-adli-anim-merasimi-kecirilib
@AzEmbIran