Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
35.6K photos
20.9K videos
7 files
32.5K links
Download Telegram
Qubada külli miqdarda narkotik vasitə aşkarlanıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb. Həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
1
Koxalski Çempionlar Liqasının ən yaxşı üç qapıçısı sırasında
11
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Ərəstun Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.
4😡3
🚨Fevralın 18-də "Azərsilah"ın Şirvandakı zavodunda qəza olub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
3
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunan Zaur Kamal oğlu İbrahimov yeni vəzifəyə təyin olunub.

Axar.az xəbər verir ki, o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin edilib.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Orxan Lökbatanlı VİDEO paylaşdı - Ölüm xəbəri kimlərdən çıxıb?
12👎1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücü həbs edilib
👍82
‼️Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxana mərkəzini ziyarət edib
👍9👎3😱1🤡1
ABŞ Dövlət katibi Marko Rubio fevralın 28-də İsrailə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Rubio və İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı gərginliyi müzakirə edəcək.
2🤬2
❗️Bu gün Vaşinqtonda Sülh Şurasının iclası keçiriləcək.

Azərbaycan Prezidenti iclasda iştirak edəəck.
8🤡2😱1
Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq.

Bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək.

Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.

Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.
4👍1
Azərbaycan dövlət sərhədini pozan Almaniya vətəndaşı həbs olunub.

Axar.az lent.az-a istinadən xəbər verir ki, Almaniyanın Bautzen şəhərində doğulan 21 yaşlı şəxs qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb.

İttiham aktına görə, o, ailəsi aralarında yaranan mübahisə səbəbilə əvvəlcə Bolqarıstana, oradan Türkiyəyə, daha sonra isə Gürcüstana gəlib. Azərbaycana keçməyə icazəsi olmasa da, dağlıq ərazilərlə ölkəmizə keçib. Lakin sərhədçilər tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən əcnəbi bildirib ki, ailəsi Bautzen şəhərinin Jiedlitz kəndində özlərinə məxsus restoranda işləyirlər. Özü işləmədiyi üçün daim mübahisələri yaranır və atası ona işləmədiyi təqdirdə evi tərk etməyi deyib. Buna görə də o, evdən çıxaraq Gürcüstana sevdiyi qızı görmək üçün gəlib. Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, əvvəlcə Bolqarıstana, sonra Türkiyəyə, daha sonra da Gürcüstana keçib. Buradan isə Azərbaycana quru yolla keçməyin mümkün olmadığını öyrənib və dağlıq ərazilərlə ölkəmizə keçib. Sərhəd kənddə o, insanlardan qalmağa və yemək almağa yer soruşub. Az sonra sərhədçilər onu saxlayıblar.

Əcnəbi vətəndaş əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.

Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qərarı verilib.
4