ANS ÇM / ANS ChM
5.21K subscribers
5.73K photos
3.64K videos
5 files
2.27K links
Fighting has been ordained for You!
Download Telegram
Rusiya Azərbaycana sataşmaqda davam edir

Rusiya XİN müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşdə sərt danışıb.

Rusiya XİN-in görüşlə bağlı məlumatında Azərbaycan XİN rəsmi Moskvanın qəribə bəyanatına cavabı "qeyri korrekt" adlandırılıb.

Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanaşması qeyd edilsə də, "DağlıqQarabağ əhalisinin hüquq və təhlükəsizliyinin müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla təmin edilməsi" şərt kimi qoyulur.

Məlumatda Azərbaycandan "sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü" təşkil edilməsi tələb olunur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin ancaq Moskvada imzalanmasına ultimativ şəkildə şərt qoyulur. 

Heç də dost və müttəfiqlik tonunda verilməyən bu üzdəniraq məlumatın sonunda riyakarcasına "görüş qarşılıqlı hörmət və konstruktiv şəraitdə" keçdiyi qeyd olunub.

Ən maraqlısı isə budur ki, belə təhqiredici və müttəfiqə yaraşmayan tonda verilən məlumatı bəzi Azərbaycan KİV-ləri Polad Bülbül oğlunun "qələbəsi" və Rusiyanın "anlaşılmazlıq və məyusluq doğuran" mövqeindən geri çəkilməsi kimi qələmə verilir. 
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Separatçıların başçısı Araik sArsaxski🐰 deyib ki, "xalqın bu ağır günündə mən rahat kabinetdə otura bilmətrəm.
Mən də qara millət kimi palatkada oturmaliyam".

Bununla əlaqədar, xüsusi olaraq Araik üçün Xankəndi obkomunun qabağında fərdi xeyir-şər palatkası qurublar.🤣

Heyvanuva şükür, Pərvərdigarə!
”Khudayar Yusifzade” gəmisinin Krım körpüsünün partladılmasına nə dəxli var?

“Khudayar Yusifzade” gəmisinin Krım körpüsünə pilotsuz uçan aparatlarla hücumda iştirakının mümkün olması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil, çünki fövqəladə hadisə zamanı gəmi Dardanel boğazında olub.

Bu barədə TASS-a gəminin sahibi olan Palmali Shipping & Agency şirkətindən məlumat verilib.
Media is too big
VIEW IN TELEGRAM
"Xəzri dalğası" taktiki təlimi başa çatıb 

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən "Xəzri dalğası" taktiki təlimi başa çatıb.

Təlimin yekun mərhələsində Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sularında təhdid zamanı şərti düşmən gəmisinin, eləcə də hava və sahil hədəflərinin məhv edilməsi üzrə döyüş atışları icra edilib. 
Təlimdə, həmçinin xilasetmə və əlverişli əməliyyat şəraitinin saxlanılması üzrə müxtəlif fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.

Ümumilikdə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınlarının cəlb olunduğu "Xəzri dalğası" taktiki təlimində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.
Ermənistan bu gün ”Laçın” SBM-də təxribat əməli planlaşdırır
Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb.

Caliber.az-ın əldə etdiyi canlı görüntülərə görə, daşınan yükün içindəkiləri gizlətmək üçün üzərlərinə brezent qoyulub. Lakin İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydındır.

Caliber.az-ın əldə etdiyimiz məlumata görə, yük Hindistandan İranın Bəndər Abbas limanına gətirilib.
Media is too big
VIEW IN TELEGRAM
Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb. 

Caliber.az-ın əldə etdiyi canlı görüntülərə görə, daşınan yükün içindəkiləri gizlətmək üçün üzərlərinə brezent qoyulub. Lakin İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydındır. 

Caliber.az-ın əldə etdiyimiz məlumata görə, yük Hindistandan İranın Bəndər Abbas limanına gətirilib.
Media is too big
VIEW IN TELEGRAM
Ermənistanın 1001 oyununa baxmayaraq "Laçın" Sərhəd Keçid Məntəqəsi saat kimi işləyir

Bu gün Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus 7 avtonəqliyyat vasitəsi və 34 nəfərə aidiyyatı qurumlar emal olunaraq Sərhəd Keçid Məntəqəsindən (SKM) keçirilib. 11 BQXK üzvü, 12 xəstə, 10 xidmətçi və 1 tibb bacısı SKM-dən keçdi.

Bütün xəstələr azərbaycanlı həkimlər tərəfindən müayinə olunub.
Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib

Amerikalı ekspert, müstəqil jurnalist və Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib.
“Azərbaycan Gündəliyi”ni yazan və erməni işğalını təsvir edən, Azərbaycan neftinin ilk barrelini Ceyhana gətirən, Heydər Əliyevi Naxçıvanda ziyarət edərək Azərbaycanı qlobal xəritəyə salan əfsanəvi Tomas Qolts bu gün vəfat edib”, - ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məlumat verib.

Qolts Xocalıya səfər edən və orada azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında yazan ilk xarici jurnalistlərdən biridir.

Allah rəhmət eləsin!
Media is too big
VIEW IN TELEGRAM
"Laçın" Sərhəd Buraxılış Məntəqəsi öz işindədir

Azərbaycanın Qarabağ bölgəsindən olan bir qrup erməni sakit şəkildə sənədlərin yoxlanılması prosedurundan keçib, Görus istiqamətinə yollanırlar.

Xəstələr Azərbaycan həkimlərinin nəzarətindən də keçir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistandan Qarabağa hərbi yüklərin RSK-nın müşayiəti ilə qanunsuz daşınması ilə bağlı daha bir fakt qeydə alınıb.
Media is too big
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️İrəvan sərhədimizdə əlavə qüvvə və hərbi texnika toplayır

Caliber.az TK-ın verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Gorunzur/Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır.

Texniki müşahidə vasitəsi ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus qoşquda artilleriya qurğuları olan 4 “KamAZ” döyüş maşınının və döyüş sursatı olan 2 “KamAZ”ın komanda heyətinin olduğu kolon formasında hərəkəti aydın şəkildə əks olunub.

Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər Ermənistan tərəfdən də analoji hərəkətlər müşahidə olunub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənilər Qarabağda yeni istehkamlar qurublar 

2020-ci ildən sonra tikilmiş separatçı hərbi mövqelərin peyk görüntüləri dərc edilib.

Azərbaycan silahlı separatçıların hərəkətlərində tam nəzarət edir və bütün hərbi mövqeləri məhv etmək iqtidarındadır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənilər hərbi texnika və canlı qüvvəni yaşayış məntəqələrində yerləşdirirlər

Qanunsuz erməni silahlı birləşmələrinin yaraqlıları Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat törətmək məqsədilə hərbi texnikanı Qarabağın yaşayış məntəqələrinə çəkirlər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qarabağda RSK-nın müvəqqəti yerləşdiyi ərazidə erməni terrorçularının atəş mövqeləri və istehkam yaratması ilə bağlı yeni video.
Media is too big
VIEW IN TELEGRAM
Bu səhər Xankəndi-Gorus marşrutu ilə gedən Beynəlxalq Qırmizı Xaç Komitəsinin maşınları erməni xəstələrini Ermənistana aparıb.

Xəstələr və onları müşayiət edən BQXK-nin əməkdaşları Laçın SKM-dən qaydalara uyğun qeydiyyatdan və yoxlamadan keçərək yollarını davam ediblər.

Ümumilikdə 6-sı BQXK-nın əməkdaşı, 9-u sürücü, 9-u xəstə, 4-ü müşayiət edən şəxs və 1-i tibb işçisi olmaqla, 29 nəfər Xankəndini tərk edərək Ermənistana yollanıblar.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qanunsuz erməni silahlıları Qarabağda hava hücumundan müdafiəyə (HHM) hazırlaşır.

Onların arsenalında Radio-Elektron Mübarizə (REM) qurğuları da aşkar edilib.
Məlum olub ki, Azərbaycan səmasında təyyarəllərin uçuşuna mane olan Rusiyada istehsal edilən "Repellent"kompleksidir.
Media is too big
VIEW IN TELEGRAM
Avqustun 15-də Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlılarınıın konvoyu Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndi-Qaybalı-Laçınlar torpaq yolu ilə qanunsuz birləşmələrinin döyüş mövqelərinə doğru hərəkəti qeydə alınıb.

Qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi texnika, canlı qüvvə, sursat və yanacaq çatdırılıb.
(Caliber)
Ermənistan müdafiə nazirliyinin güya Azərbaycan tərəfinin Aİ Müşahidə Missiyasının (AİMM) avtomobilini atəşə tutması xəbərini AİMM özü təkzib edir və xəbəri FALSE (yalan) adlandırır.

Bu ermənilər heç fərli-başlı yalan da danışa bilmirlər ki! Boyunuzu yerə soxum! 🙄
#külbaşlar
Nyu Yorkda yasayanlar ucun məlumat

Avqustun 16-da Nyu York vaxtı ilə 15:00- da BMT-də Azərbaycanla bağlı vacib məsələ müzakirə edilir.

BMT-nin Nyu Yorkdakı qərargahı qarşısında Azərbaycanın haqq səsini çatdırmaq məqsədilə dinc aksiya keçirilməsi planlaşdırılır.

Xahiş edirik, saat 14:30-da BMT- nin qarşısına Azərbaycan bayraqları, ədalətli qərara çağırışlarla iştitak edəsiniz və ətrafınızdakı həmvətənlərimizi də dəvət edəsiniz.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sən demə hərbçilərimiz erməni diversantını güya yaxalayan zaman, Ermənistan əsgərləri silahdaşlarının əsir götürülməsinə sadəcə tamaşa edib videoya çəkiblər. 📹 Sonra da onu itkin düşmüş elan ediblər.😂🤣😂
#külbaşlar