Aforizmlər
329 subscribers
75 photos
77 videos
26 links
Mən gedəndə yazılarım dönəcək mirasa 💬✍️

Per aspera ad astra
Download Telegram
Demə, həyat beləymiş! Onda ədalət deyilən şey yox imiş! Bircə dəfə yıxıldın, qurtardı getdi, deməli, axırın çatdı. Odur ki, möhkəm dayanmaq lazımdır!

Jack London, Əcdadların Harayı
👍3👏1
İkiüzlü insanlar həmişə diqqət görərlər, dəliqanlı insanlar isə yalnız yaşayarlar. Unutma, ucuz malın alıcısı çox olar.
2
İlk baxışda baha və əlçatmaz görünən insanların daxili ucuzluğu, onlarla bir az yaxın münasibət quran kimi üzə çıxır. Maskalar heç vaxt uzunömürlü olmur.

Ziqmund Freyd
❤‍🔥2🤩1
İkiüzlülük və pis dost vəhşi bir məxluqdan daha çox qorxuludur. Vəhşi məxluq bizi yaralaya bilər, pis dost isə ağlımıza zərbə vurar.

Budda
👍4❤‍🔥2
İnsanlar göründükləri kimi olmalıdır. Əgər elə deyillərsə, heç görünməmələri daha yaxşıdır.

William Shakespeare
👏3
İnsanlara, onların sizə qarşı nankorluq etməyə məcbur edəcək qədər böyük yaxşılıqlar etməyin.

Kinsun
👍41
Bir ovuc qum kimi süzüldü illər,
Gəncliyi götürüb getdi fəsillər.

İbrahim Nəcəfli.
4👏2
Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki, o, sənə və başqalarına oxşamır, aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biridi, çalış unutmayasan ki, bu cür insanları tanımaq — xoşbəxtlikdir, sevmək isə təhlükəli...

Ethel Lilian Voynich, An Interrupted Friendship (Ovod 2)
3😁3
“Hər kəsin günahkar olduğu bir cəmiyyətdə yeganə günah ifşa olunmaqdır.”

— George Orwell
2
Bəlkə də əsl sevgi budur. Qarşiliq gözləmədən ,əsas da peşmançiliq çəkmədən bağişlamaği öyrənmək.Boz səhifələri silib təzə al-əlvan səhifələr yazmaq .Sevgi hər şeyin yaxşi nəticələnməsi üçün mübarizə aparmaqdir.

Marc Levy, Qadın & Kişi
2🤷‍♀2
Tənhalıq zəifləri qorxudur, güclüləri isə yetişdirir.

Fridrix Nitsşe.
2👏2👍1
Forwarded from Aforizmlər (Aybars)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İbrahim Nəcəfli (Aybars).✍🏻
4
Franz Kafka içində olduğu dövrün səmimiyyətsizliyinə daha çox dözə bilməmiş və bütün gücüylə qışqırmış: "Qaranlıqda, səs -küydən, izdihamdan uzaq tək qalmaq istəyirəm!"
2👍2
Görülən yuxuların təkrarlanmadıqlarını deyirlər. Yuxu bir dəfə görülər, bitər və insan xilas olar. Ancaq bu yuxunu dəfələrlə görürdü. Sanki ona layiq olduğu yeri göstərirdi.

Wulf Dorn, Oyunbaz
2
Bir kitabda oxumuşdum:

"Əfqanıstanda çox uşaq var. Lakin uşaqlıq yoxdur."
Dünya da elə deyilmi?
"İnsan çox. Lakin insanlıq yox."

Xalid Hüseyni "Çərpələng uçuran"
😢4
Uşaqkən, hər şeyin sahibi olmaq üçün böyümək istəyərdik.
Böyüdük; indi hər şeydən uzaq olmaq üçün uşaq olmaq istəyirik.


Paulo Coelho.
👍4
Hər gün eyni paltarı geyinib çölə çıxmaqdan utanan insanlar, niyə hər gün eyni düşüncələrlə çölə çıxmaqdan utanmazlarki ?

Fahrian Berotti
👏3
Kitab oxumayan, ədəbiyyata əl sürməmiş bir insanlıq kobud dili üzündən qorxuducu əlaqə problemləri yaşayan bir kar-lal topluluğuna dönər...


Mario Vargas Llosa.
İnsanlar arxada qoyduqları dəhşətdən qaçırlar və həyat onlarla qəribə davranır – bəzən qəddarcasına, bəzən isə o qədər yaxşı ki ümid çırağı yenidən alışır və daha heç zaman sönmür.

"Qəzəb Salxımları"
John Steinbeck
Həqiqəti çox vaxt
görmək olar, onu eşidə bilmək nisbətən çətindir.

Baltazar Qrasiani.
🤷‍♀2👍1