The Galactic Society 👨‍🚀👩‍🚀🧑‍🚀
1.49K subscribers
177 photos
26 videos
3 files
71 links
Opportunity for scholarship, studying abroad, certification, career development, volunteer programs, and other free services – a fantastic opportunity for those wishing to benefit from them.

Reklam və Əməkdaşlıq: 0553808271
https://www.instagram.com/
Download Telegram
❗️YERİN YAXINLIĞINDAN ASTEROİD KEÇƏCƏK

Bu gün axşam saatlarında (21.51 UTC) Yerdən təxminən 2 milyon kilometr məsafədən “7482” (1994 PC1) asteroidi keçəcək. Bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür.
Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, diametri 1 kilometrdən böyük olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanıb. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilib.
“7482” asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Asteroid yanvarın 19-da Bakı vaxtı ilə saat 01.51-də Yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.
Qeyd edəkki, Yerə 48 milyon kilometrdən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədi.
NASA yeni hesabatında ciddi astronavt böhranı yaşadığını və yalnız 44 astronavtın qaldığını açıqladı. Bu rəqəmin 1970-ci illərdən bəri görülən ən aşağı astronavt sayı olduğu qeyd edilib. Dünyaca məşhur kosmos agentliyi astronavt sayının qeyri-kafi olması səbəbindən yeni kosmik missiyaların risk altında ola biləcəyinə də diqqət çəkib.
The Galactic Society 👨‍🚀👩‍🚀🧑‍🚀
Photo
Teknofest Azərbaycan

“Teknofest” hazırda Azərbaycanda keçirilən Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalıdır.

Tədbir 2018-ci ildən etibarən Türkiyə Texnologiya Komandası (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən hər il təşkil olunur.

ADA Universiteti “Teknofest in Robotics” müsabiqəsinin tərəfdaşıdır.

Teknofest Azerbaijan Team will provide more details at info session on
28 January at 14:15 in Large Auditorium, building C.
 
To register to the session please write an email to site@ada.edu.az
🛰🇷🇺 Roskosmosun sanksiyaları Britaniyanın OneWeb şirkətinə orbital peyk yerləşdirməyə imkan verməyəcək və şirkətin iflasına gətirib çıxaracaq. Bu haqda "Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin Birinci Kanalda deyib.

Nəzəri olaraq, One Web planetin ən ucqar və təcrid olunmuş yerlərində genişzolaqlı İnternetə çıxışı təmin etməli idi. Bu təkcə yer səthinə aid deyil - məsələn, internet sahildən uzaqda yerləşən təyyarələrdə və gəmilərdə "görünməli" idi.
Halal olsun❗️

Keçmiş NASA astronavtı Scott Kelly medalı onu Kosmik Tədqiqatda Nailiyyət Medalı ilə təltif edən Dimitri Medmedevə qaytardı:

Cənab Medvedev, mənə verdiyiniz Rusiyanın Kosmosun Tədqiqində Nailiyyətə görə medalını sizə qaytarıram. Xahiş edirəm, oğlu bu haqsız müharibədə həlak olan rus anasına verin.
☀️Əgər günəş birdən-birə yoxa çıxsa idi, biz bunu sadəcə 8 dəqiqə sonra hiss edə biləcəktik. Çünki günəşin şuaları yerə 8 dəqiqə 18 saniyə ləngimə ilə çatmış olur. Yəni, günəşə aid ani bir dəyişikliyi dərhal hiss etmə kimi imkanımız mövcud deyil.
🌕Dünyanın yarandığı ilk vaxtlarda Aydan Yerə olan məsafənin 25 min km olduğu iddia edilir. Hazırda bu məsafə 384 min km-dir. Təxminən 4 milyard il əvvəl mövcud olsaydıq, Ay indikindən 15 dəfə böyük görünəcəkdi. Çünki həmin dövrdə Ay Yerə indiki ilə müqayisədə təxminən 15 dəfə yaxın hərəkət edirdi. (Mənbə: ScientificAmerican Com, NHM Ac Uk, Alberteynişeydi)
Forwarded from Ordu Xəbər🇦🇿 (★⃟⃝🇹🇷 𝐆²⁰ 𝐂𝐀𝐍 𝐁𝐄𝐘 #Behemoth 🇦🇿)
Ordu Xəbər🇦🇿
Photo
🇺🇲 “The Times” iddia edib ki, rus kosmonavtları Ukrayna bayrağının rəngində forma geyinərək Rusiyanın əməliyyatına qarşı “siyasi mövqe tutur”.

Lakin görüntülər 2015-ci ilə aiddir. Kosmonavtların bu rəngdə forma geyinməsinin səbəbi hər üçünün məzun olduğu Bauman adına Moskva Dövlət Texniki Universitetinin rənglərinin sarı-mavi olmasıdır.
Rusiyanın Beynəlxalq Kosmik Simpoziumdan boykot edilməsi:

🗣 "Kosmosa ilk insan olan Yuri Qaqarinin adını hadisələrdən çıxardıq".
2018-ci ilin 18 dekabrında Rusiyanın Kamçatka əyalətinin yaxınlığında, Berinq dənizinə diametri 10 metr olan meteor düşmüşdür. Kütləsi 1400 ton olan və yerə düşərkən 173 kiloton enerji yayaraq partlayan bu meteor, 1945-ci ildə Xirosimaya atılan atom bombasından belə təxminən 10 dəfə güclü olmuşdur. (Mənbə: Facts Net, Faktor Az)
🌍 Bu gün Yerin yaxınlığından asteroid keçəcək

Bu gün Yer kürəsinə 3,29 milyon kilometr məsafədə 2022 JE1 asteroidi yaxınlaşacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.

Onun diametri 50-155 metr arasında dəyişir.

Qeyd edək ki, asteroidin Yerə növbəti yaxınlaşması 2027-ci il iyulun 14-də baş tutacaq.
🇦🇿🛰️ "SpaceX"in "Starlink" peyk xidmətləri bu ilin oktyabr-dekabr aylarında Azərbaycanda aktivləşdiriləcək.

"Starlink" hələlik xidmətlərin və avadanlıqların dəyərini açıqlamasa da, depozitin məbləğini müəyyənləşdirib. Peyk xidmətlərindən istifadə etmək istəyənlər öncədən sifariş üçün 9 ABŞ dolları (15,3 manat) ödəməlidirlər. Müştəri fikrini dəyişərsə, "SpaceX" bu məbləği geri qaytaracaq.
Ehtiram Gurbanov was awarded the first place in the "Galactic Games" space competition among international higher institutions and the space organizations organized by the "TU Munich" International Space Club operating under the Student Youth Organization of the Technical University of Munich.
Biz ADA hüquq fakültəsinin dekanı Dr. Rəşad İbadov, ADA müəllimləri, əməkdaşları, tələbə nümayəndələri və Azercosmos Kosmik Agentliyinin qonaqları ilə birlikdə beynəlxalq ali təhsil müəssisələri arasında keçirilən "Qalaktik Oyunlar" kosmik müsabiqəsində birinci yerə layiq görülməsi münasibətilə ADA hüquq fakültəsinin dekanı Dr. Rəşad İbadov adından Hüquqşünas Ehtiram Qurbanovu təbrik etməkdən məmnunluq hissi duyuruq.


On behalf of the Student Services Office, we together with the dean of ADA Law School Dr. Rashad Ibadov, ADA faculty, staff, student representatives, and guests from Azercosmos Space Agency are glad to congratulate our law student Ehtiram Gurbanov on getting awarded first place in the "Galactic Games" space competition among international higher institutions by the "Space Team" International Space Club operating under the Student Youth Organization of the "TuMunich".