The Galactic Society 👨‍🚀👩‍🚀🧑‍🚀
1.49K subscribers
177 photos
26 videos
3 files
71 links
Opportunity for scholarship, studying abroad, certification, career development, volunteer programs, and other free services – a fantastic opportunity for those wishing to benefit from them.

Reklam və Əməkdaşlıq: 0553808271
https://www.instagram.com/
Download Telegram
The Galactic Society 👨‍🚀👩‍🚀🧑‍🚀
https://www.youtube.com/watch?v=Ojb7HqkXT7U
Dünyanın ən güclü Teleskopu hazırda Kosmosa göndərilir! Bununla günümüzdən 13.6 Milyard il əvvələ yəni Qalaktikanın başlanğıc yerinə baxa biləcəyik! Həqiqətən də Dünya böyük partlayışla yarandı? Bunun şahidi olmağa çox az qaldı!
İlon Maskın kosmik zibili

Pekin iddia edir ki, onun orbital stansiyası Starlink peykləri ilə toqquşmamaq üçün bu il iki dəfə - 1 iyul və 21 oktyabrda fövqəladə manevrlərə əl atıb. Bununla bağlı Çin amerikalı milyarder İlon Maskın SpaceX şirkətinə məxsus Starlink layihəsi ilə bağlı BMT-yə şikayət edib.

Twitter-in Çin analoqu olan Weibo sosial şəbəkəsinin istifadəçiləri artıq Starlink peyklərini kosmik tullantılar yığını adlandırıblar.
Yeri gəlmişkən, SpaceX bütün planeti əlçatan internetlə təmin etmək məqsədi ilə 30 000-ə yaxın peyk buraxmağı planlaşdırdığını bildirib.
👨‍🚀Bildiyimiz qədərilə dünya tarixində kosmosa uçan ilk insan Yuri Qaqarindir. Amma sonradan üzə çıxmış bəzi gizli sənədlər və şahid ifadələrinə görə Qaqarinə qədər kosmosa ən az 3 nəfər uçmuşdu. Ancaq, onlar uçuş zamanı həlak olduqlarından haqqlarında məlumatlar gizli saxlanılırdı. Çünki bu uğursuzluq SSRİ-nin adına da xələl gətirirdi. Qaqarinə qədər kosmosa uçan həmin 3 şəxs bunlardır: 1957-ci ildə - Ledovskix, 1958-ci ildə - Şaborin, 1959-cu ildə - Mitkov. 
👤Dünyanın ən yaxşı hava müdafiə sistemi olaraq göstərilən, bir çox üstün xüsusiyyətləri ilə ABŞ-ın istehsal etdiyi "Patriot"ları kölgədə qoyan S-400-ün ixtiraçılarından biri əslən azərbaycanlı olan milyarder İqor Aşurbəylidir. O, həmçinin ilk kosmik ölkə olan “Asqardiya”nın da qurucusudur.
🛸 2029-cu ildə diametri təxminən 400 metr, çəkisi 30 milyon tona yaxın olan kritik təhlükəli asteroid Yerə doğru uçacaq. "Apofis" adlandırılan asteroidin Yerə maksimum yaxınlaşma anı aprelin 13-nə təsadüf edəcək. “Yaxınlaşma sürəti saniyədə 7,42 kilometr olacaq. Onun Yer səthi ilə toqquşması zamanı ayrılan enerji 1717 meqaton olacaq. Həmin an 10 kilometr radiusda zəlzələnin gücü Rixter şkalası üzrə 6,5 bala çata bilər, küləyin sürəti saniyədə ən azı 790 metr olacaq” - deyə mütəxəssislər proqnoz verir.
🌍Yeni tədqiqatların nəticələrinə görə Samanyolu qalaktikasında Yer böyüklüyündə və həyat üçün əlverişli olan 8,8 milyard planetin olduğu təxmin edilir.
NASA elan etdi: "Yerdəki həyat 1 milyard ildən sonra sona çatacaq".
Ən yeni uçan boşqab görüntüsü! Plutonun uydusunda tapılan görüntülər!
Azərkosmos” tərəfindən “Teknofest-2022” festivalı çərçivəsində “Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” (PUA) adlı iki müsabiqə keçiriləcək. Model peyk duzeltmek ucun Ilk 3 yere 6000, 4000, 2000 AZN. PUA yarisinda ise, 4000, 2000, 1000 USD nəzərdə tutulub.
ADA Universitetini təmsilən gedəcək olan komandanın üzvləri Riyaziyyat, Fizika və IT bilmələri kifayətdir. Azərbaycan səviyyəsində qalib olanlar Beynəlxalq arenalara da gedəcək! Ən əsası bu komanda ADA Universitetini Azərbaycan səviyyəsində təmsil edəcək.
Kimlər bu şərəfli missiyanı bacara bilərsə, təcili olaraq bizimlə əlaqə saxlasın. Qeyd edilən fənləri bilmək bələdçilər tərəfindən düzəlişləri öyrənməyinizə kömək olacaq!
❗️YERİN YAXINLIĞINDAN ASTEROİD KEÇƏCƏK

Bu gün axşam saatlarında (21.51 UTC) Yerdən təxminən 2 milyon kilometr məsafədən “7482” (1994 PC1) asteroidi keçəcək. Bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür.
Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, diametri 1 kilometrdən böyük olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanıb. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilib.
“7482” asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Asteroid yanvarın 19-da Bakı vaxtı ilə saat 01.51-də Yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.
Qeyd edəkki, Yerə 48 milyon kilometrdən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədi.
NASA yeni hesabatında ciddi astronavt böhranı yaşadığını və yalnız 44 astronavtın qaldığını açıqladı. Bu rəqəmin 1970-ci illərdən bəri görülən ən aşağı astronavt sayı olduğu qeyd edilib. Dünyaca məşhur kosmos agentliyi astronavt sayının qeyri-kafi olması səbəbindən yeni kosmik missiyaların risk altında ola biləcəyinə də diqqət çəkib.
The Galactic Society 👨‍🚀👩‍🚀🧑‍🚀
Photo
Teknofest Azərbaycan

“Teknofest” hazırda Azərbaycanda keçirilən Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalıdır.

Tədbir 2018-ci ildən etibarən Türkiyə Texnologiya Komandası (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən hər il təşkil olunur.

ADA Universiteti “Teknofest in Robotics” müsabiqəsinin tərəfdaşıdır.

Teknofest Azerbaijan Team will provide more details at info session on
28 January at 14:15 in Large Auditorium, building C.
 
To register to the session please write an email to site@ada.edu.az
🛰🇷🇺 Roskosmosun sanksiyaları Britaniyanın OneWeb şirkətinə orbital peyk yerləşdirməyə imkan verməyəcək və şirkətin iflasına gətirib çıxaracaq. Bu haqda "Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin Birinci Kanalda deyib.

Nəzəri olaraq, One Web planetin ən ucqar və təcrid olunmuş yerlərində genişzolaqlı İnternetə çıxışı təmin etməli idi. Bu təkcə yer səthinə aid deyil - məsələn, internet sahildən uzaqda yerləşən təyyarələrdə və gəmilərdə "görünməli" idi.