Media is too big
VIEW IN TELEGRAM
🚎🚌 Bakıda iki sərnişin avtobusu yarışa çıxıb. Sərnişinlərin həyatını riskə atan sürücülər sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi qınanılıb.

🚔 BDYPİ:

"Həmin görüntülər tərəfimizdən nəzarətə götürülüb və araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib. Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib. Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü Xanı Quliyev İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib”.

@oxuaze